Rhythm 0

Rhythm 0, sənətçi Marina Abramoviçin sosial mesaj məzmunlu bir çıxışıdır. Bu çıxış sosial mesaj göndərməyindən daha çox, dəhşətli nəticələri ilə məşhur olmuşdur.


Marina Abramoviç, 1974-cü ildə həyata keçirdiyi "Rhythm 0" adlı çıxışında bir qalereyanın ortasında dayanmış və qarşısına 72 ədəd müxtəlif əşya qoyulmuşdur. Bu əşyalar arasında qayçı, tapança, kəndir, zəncir, gül, şərab, üzüm, ülgüc, bıçaq kimi insanların romantiqləşə biləcəcyi və vəhşiləşə biləcəyi əşyalar qoyulur. Sənətçi paltarının üstünə, "mən 6 saat ərzində burada ayaq üstə duracağam. Bu əşyalarla mənə istədiyinizi edə bilərsiniz, olacaqların hamısından mən cavabdehəm" yazmışdır. Marina Abramoviç bu təcrübəsində insanların əslində necə olduqlarını, özlərinə heç bir şey etməyən hərəkətsiz bir insanla necə rəftar edəcəklərini ölçmək istəmişdir.

Çıxışın əvvəlində tamaşaçılar sənətçiyə gül verirlər, toxunurlar, öpürlər lakin zaman keçdikcə tamaşaçılar vəhşiləşməyə başlayır. Sənətkarın üzərini qayçıyla kəsirlər, qucaqlayıb sağa sola itələyirlər, bədənini kəsiçi alətlərlə xəsarət yetirirlər, kobud hərəkətlər edirlər və Marina bu proses içərisində heç bir reaksiya vermir. Tamaşaçılardan biri əlinə tapança alır və Abramoviçə doğruldur. Bu zaman qalereya sahibi gəlir adamın əlindən silahı alır, çünki silah doludur və o vaxta qədər vəhşiliyini yaxşıca sübut etmiş olan birliyin silahla atəş açması çox adi haldır.

6 saat bitir və qalereya sahibi şou bitdi deyəndə sənətçi qan içərisində hərəkət edir və hər kəs qaçmağa başlayır. İnsanlar öz yaratdıqları mənzərədən qorxmağa başlayırlar. Marina bu təcrübənin nəticəsində vəhşiləşən insanların onu necə dərindən sarsıtdığını bu cümləsi ilə yekunlaşdırır;


“Tamaşadan sonra otel otağına gedib güzgüyə baxanda saçımda müəyyən bir hissənin ağarmış olduğunu gördüm”

Paylaşım zamanı istinad vacibdir.
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment