Vaterloo Döyüşü
Dünya tarixini
dəyişən müharibə
Vaterloo döyüşü, Böyük İsgəndər, Sezar, Hannibal kimi əfsanələrdən belə daha çox müharibə görmüş və qazanmış, Papanın əlindən tacı götürüb özünə geyindirmiş, Fransa Prezidenti,
İtaliya Kralı və
General ünvanları ilə
İmperiya tacını geymiş bir adam olan Napoleonun son döyüşüdür. Dünyanın
taleyini müəyyən edən, tarixə yön verən müharibədir. 18 İyun 1815-ci ildə Fransa ilə İngiltərə - Prussiya ittifaqı arasında
baş vermiş olan Vaterloo döyüşü, I Dünya müharibəsi ərəfəsində baş vermiş son qəti nəticəli və böyük müharibədir. Napoleon və məğlubedilməz ordusunun bu müharibədə necə məğlub olduğu hələ də müzakirə edilir. Amma tarix əmin idi ki, əgər Napoleon Vaterloo döyüşünü qələbə qazansaydı tamamilə başqa bir dünya tarixi baş
vermiş olacaqdı.
Vaterloo Döyüşünün inkişafı

Leipzig müharibəsi hakimiyyətin sonunu yaxşıca gətirməyə başlamışdır. 1814-cü ildə düşmən Paris qapılarına çatmış və Napoleon Elba adasına sürgünə göndərilmişdir. Elba adasından qaçıb
ölkəyə qayıdan Napoleon, xalqın dəstəyi ilə birlikdə yenidən güc qazanmış və ikinci dəfə taxta çıxmışdır.
Bu dövrdə döyüş Napoleonun istəmədiyi bir şey idi. Çünkü maliyyə vəziyyət əlverişli olmamaqla yanaşı, ordu
da buna hazır deyildi. Prussiyaya və İngiltərəyə sülh təklif etməsinə baxmayaraq bu ölkələr təklifi qəbul etməmişdi. Napoleonun sülh zamanı
güclənib yeni
işğallara başlayacağından çəkiniblər və gücsüz Napoleonu məhv etmək istəmişlər. Bu ideyanın ardından İngiltərə, Prussiya və İsveç dərhal birləşmişlər.
Orduların
başına Vellinqton hersoqu Artur Wellesley, Prussiyalı General Von Blucher və
İsveçdən Napoleonun şəxsi düşməni Bernadette təyin olunmuşdu. Napoleon hücumda
nə qədər usta bir generalidisə, Vellinqton hersoqu Artur Wellesley də müdafiə
etmədə o qədər usta idi. Koalisiya qüvvələrinin komandanlığı Artur Wellesleyə vermişdi.
Artur Wellesleyin, döyüşdən bir gün əvvəl
qaldığı yerin adını müharibə adı etmə vərdişi vardı. Wellesley döyüşdən bir gün
əvvəl Vaterlooda qaldığı üçün müharibənin adını Vaterloo döyüşü qoymuşdur.
Əslində müharibə Vaterloodan 2 km məsafədə qəsəbədə baş vermişdir.
Müharibədə ilk İngilislər vardı. Napoleon
Prussiya orduları gəlmədən İngilisləri məğlubiyyətə uğratmaq üçün hücum edirdi
amma hücum bir cür uğurlu olmurdu. İngilislər çox yaxşı müdafiə olunurdular.
Prussiya ordusunun da gəlməsi ilə birlikdə hücum əmri verən İngilislər, Fransız
ordusunu olduqca qorxutmuş və geri çəkilmələrini təmin etmişdi. Napoleon qaçarkən
top hücumunu yoxlamış amma bu da uğurlu olmamışdı. Fransız ordusu əksəriyyətlə
öz əsgərlərini hədəfə almışdı. Əsgərlər qaçarkən Napoleona "Hara gedəcəyik"?
Deyə soruşanda Napoleon: "Parisə. Gerisini Allah bilir". Deyə cavab
verdi. Müttəfiqlər savaşı qazanmışdı. Napoleon Parisə qayıdanda yaxalandı və
St. Helena adasında sürgünə göndərilir. Napoleon, 5 May 1821-də sürgündə həyata
gözlərini yumur.
Paylaşım zamanı istinad vacibdir.
0 yorum:
Post a Comment