Ən Dözümlü Canlı Tardigradlar Haqqında 7 Maraqlı Məlumat

Bu yazımızda, kəşf edilmiş ən dözümlü canlılardan olan Tardigradları araşdıracağıq. Tardigradlar o qədər möhkəmdirlər ki, ən çətin şəraitlərdə çətinlik çəkmədən canlı qala bilərlər. Uzun müddətdir dünya üzərində yerləşən bu maraqlı canlılar elmin olduqca marağını çəkir.






Necə Kəşf Etdik?

 Tardigradlar -ayrıca su ayıları, ya da yosun çoşqaları deyə də bilinir- ilk dəfə 1773-cü ildə Alman keşiş Johann Goeze tərəfindən müəyyən edilmişdir. Ləng addımlar mənasına gələn tardigrada adını bioloq Lazzaro Spallanzi vermişdir.

Anatomiyası Necədir?

4 cüt qısa ayağı olan, onurğasız, tənəffüs orqanı olmayan adətən sulu mühitlərdə yaşayan mikroskopik canlılardır. Bir iynə ucuna olduqca çox tardigrad sığa bilər.

Harada Yaşayırlar?

Tardigradlar hədsiz dərəcədə çətin şəraitlərdə yaşayırlar. Qaynar sudan ionlaşma radiasiyaya, buzlaqların içərisindən vakumsuz kosmos mühitinə və okeanın ən dib nöqtələrində belə yaşaya bilirlər.


Nə Qədər Çoxdurlar?

Günümüzdə, Tardigrada şöbəsinə bağlı 1000 fərqli Tardigrad növü müəyyən edilmişdir. Yemək və ya su olmadan 10 ildən artıq yaşaya və çox az suyun olduğu quraq şəraitlərə həyatda qalıb nəsillərini davam etdirirlər. O qədər çoxdurlar ki bədənimizdə də yetəri qədər mövcuddur.

Nə Zamandır Varlar?

Tardigradların nəsli dinozavrlardan əvvəlki zamana qədər uzanır. O qədər dözümlüdür ki dinozavları belə yox edən təbii fəlakətdə daxil beş böyük təbii fəlakətdən sağ çıxmışlar.
6-cı Bəs Tardigradlar bu hədsiz şəraitlərə necə dözürlər?
Əslində Tardigradlar fəal olaraq həyatda qalmırlar. Onun yerinə Cryptobiosis (Kriptobiosis) adı verilən yarı-ölü mərhələyə keçirlər. Qış yuxusuna bənzər bu mərhələdə, metabolizm sürəti az qala sıfırlanır. Cryptobiosis mərhələsində ən əsas dəyişikliklərdən biri isə proqramlı su itkisidir. Tardigradlar mövcud olan suyu ataraq, mümkün kristallaşmaların qarşısını alır. Bu müqavimət mexanizminə da Cryobiosis adı verilir. Su itkisi, radiasiya müqavimətində də böyük rol oynayır. Bu məsələ ilə bağlı işlər davam etsə də, əsas müqavimətin, bədənlərindəki aşağı səviyyə sudan gəldiyi irəli sürülür.


Elm Üçün Niyə Əhəmiyyətlidir ?

Tardigradların bu "həyatda qalma bacarıqlarını" digər orqanizmlərə da tətbiq olunmasına mümkün qıla bilər. Belə ki, 2004-cü ildə bu məsələ ilə bağlı həyata keçirilən işlər, peyvənd texnologiyalarında bəzi prosesləri təmin etmişdir. Cryptobiosis xüsusiyyəti ilə, bəzi patogenləri öldürmədən qurutmaq mümkündür. Bu sayədə, peyvəndin tərkibindəki "zəiflədilmiş orqanizmlər" quru şəkildə qoruna bilir. Həmçinin kosmos səyahətlərində donduraraq yatırtma prosesi mümkün ola bilər.




Mənbə
Yazının Paylaşımı zamanı istinad vacibdir.

www.OxuZali.com



Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment