Quran və Elm
Bu iğtişaş, bəzi ateist "elm adamlarının" Qurana qərəzli formada yanaşmalarından irəli gəlir. Allahın varlığına inanmayan, buna görə də Quranın Həzrət Məhəmməd tərəfindən "yazıldığını" irəli sürən bu şəxslər Quranın verdiyi xəbərlərin mütləq elmlə zidd olacağı nöqtəsindən hərəkət etmişlər. "6. Əsrin məlumatı ilə yazılan bir kitab, əlbəttə, daim inkişaf edən və yeni həqiqətlər tapan elmlə zidd olacaqdır" kimi bir məntiq irəli sürmüşlər. Belə bir qərəz ilə baxdıqları Quran ayələrinin mənalarını təhrif edərək, həmin iddialarına dəstək tapmağa cəhd göstərmişlər.
Buna qarşılıq bəzi müsəlmanlar, bu qara yaxmalara qarşı müdafiə etməyə çalışarkən, bir xətaya düşərək, Quranı bir "elm kitabı" olaraq tanıtmağa başlamışlar. Quranın elmlə zidd olmadığını sübut etməyə çalışarkən, demək olar ki, bütün elm Quranın içində olduğunu söyləmişlər. Hətta, elmi inkişaf üçün, formullarla və ya təcrübələrlə məşğul olmaq əvəzinə, Quranın daha dərindən araşdırılmasının daha faydalı olduğunu irəli sürənlər olmuşdur. Halbuki, Quran ayələrindən anladığımıza görə, Quran bir "elm kitabı" deyildir. Elmə rəhbərlik etmək, kimya formulları çatdırmaq və ya kvant fizikası öyrətmək üçün göndərilməmişdir.
Quranın nə məqsədlə endirildiyini ayələr belə açıqlayır:
"Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik." (İbrahim Surəsi, 1)
"(Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax!" (Müminun Surəsi, 54)Qısacası Quran, möminlərə rəhbər olmaq üzrə endirilmişdir. Onları "qaranlıqlardan aydınlığa", yəni küfrdən imana çıxaracaq və onlara Allaha necə qulluq edəcəklərini, Onun razılığını necə axtaracaqlarını açıqlayacaqdır.
"Rəhbər" olma xüsusiyyəti möminin qarşılaşacağı hadisələrlə bağlı əsaslı məlumatları çatdırmağı da daxildir. Başqa sözlə, Quran, möminin bütün ibadətlərini necə yerinə yetirəcəyini açıqlayır.
Möminin ibadətləri isə iki cürdür: Namaz, oruc kimi birbaşa Allaha qarşı edilən ibadətlər və "yaxşılığı əmr edib, pisliyə mane olmaq" və cəmiyyət içində keçiriləcək ibadətlər. Bu səbəbdən Quran, möminə, "yaxşılığı əmr edib, pislikdən çəkindirərkən" yəni dini anladarkən və dinin düşmənlərinə qarşı mübarizə edərkən nə kimi üsullar izləməsi lazım olduğunu izah edir. Bunun yanında, nə cür insanlarla və cəmiyyətlərlə qarşılaşacağını tərif edir. Saysız-hesabsız ayədə "De ki". Və "Deyirlər ki". İfadələri ilə başlayan cümlələr, möminlərin digər insanlarla necə bir dialoq içinə girəcəyini bildirir.
Amma bunlardan yola çıxaraq "Quran bir sosiologiya kitabıdır", ya da "Quran bir psixologiya kitabıdır" demək olmaz. Çıxarılacaq nəticə, Quranı, özünə rəhbər tutan möminlərə, Allaha yaxınlaşmaq və Allah yolunda mübarizə üçün girəcəkləri səydə köməkçi olmaq üzrə psixoloji və sosioloji məlumatlar verməsidir. Bu məlumatların, heç bir sosiologiya və psixologiya kitabında verilməyəcək qədər əsaslı və düzgün olduğunu, möminlər, yaşadıqları təcrübələrdən bilirlər.Quran eyni şəkildə, "dünyaya nizam vermə kimi" bir missiya da yüklənmiş olan möminlərə, siyasi məlumatlar verir. Dünyada fəal "güc mərkəzlərini" tərif edir. Müsəlmanlara kim olacağını bildirir. Dünyadakı fəsadın arxasında kimlərin olduğunu açıqlayır. Amma bundan da "Quran bir siyasət elmi kitabıdır" nəticə çıxmaz. Quran bu məlumatları, möminlərə "rəhbərlik" etmək üçün verir. Eyni şey, Quranın verdiyi tarixi məlumatlar üçün də keçərlidir: Bəşəriyyət tarixi əlbəttə, Qurandan öyrənilmir, amma Quran, tarixin ən mühüm açarlarını verir, möminlərlə dinə düşmən olanlar arasındakı mübarizənin tarixdəki yerindən bəhs edir.
Eyni meyar, şübhəsiz, elm üçün də keçərlidir: Elm, tədqiqat və sınaq nəticələrindən əldə edilir. Bu onsuz da, Allahın "yerdə və göydəki" ayələrinin araşdırılması üçün verilən Quran əmrinin də bir gərəyidir. Amma Qurandan kimya formulları çıxarmağa çalışmaq şübhəsiz, səhv olacaqdır. Kimya formulları, möminin "ibadətləri" üçün birbaşa bir əhəmiyyət daşımır ki, Quranda açıqlansın. Bunu araşdırmaq kimyaçıların işidir. Və şübhəsiz, zəruridir, lakin laboratoriyada keçiriləcəkdir.--Bunun yanında, Quran ayələri həqiqətən də bəzi elmi həqiqətlərə toxunur. Çünki mömin, bir politoloq olmasa da gələcəyi siyasi mühiti bilməsi lazım olsa; "Elm adamı" olmaq məcburiyyətində olmasa da, Allahın yaratdıqlarını tanımaq baxımından elmə tanış olmalıdır. Bu səbəblə Quran, kainatın yaradılışı, insanın doğuşu, atmosferin quruluşu kimi bəzi məsələlərdə əsas məlumatlar verir. Bu məsələlərdə verilən məlumatların, müasir elmin son kəşfləri ilə harmoniya içində olması isə, Quranın "insan yazısı olmadığını" bir daha ortaya qoyması baxımından mühüm əhəmiyyət daşıyır.
Big Bang (BÖYÜK PARTLAYIŞ)
Bu əsrdə əldə edilən bəzi göstəricilər, kainatın yoxikən var hala gəldiyini göstərmişdir. Buna görə, kainatın bir başlanğıcı var və bu başlanğıc Big Bang adı verilən bir "Böyük Partlayış" ilə gerçəkləşmişdir. Bu gün Big Bang Nəzəriyyəsi, elm dairələrinin böyük əksəriyyətində qəbul olunur.--Bu nəzəriyyəyə görə, kainatın bütün materialı təxminən 15 milyard il öncə tək bir nöqtədə cəmlənmişdi. Bu tək nöqtə sonsuz sıxlıq və sonsuz bir istilik mənasına gəlirdi. Sıxlıq sonsuzdu amma bir həcmi yox idi. Məhz Böyük Partlayışdan əvvəlki bu dövr (ki, buna vaxt demək çətindir; Maddə olmadığı üçün vaxt da yoxdur) kainatın olmadığı, hər şeyin "məhv olduğu" dövr idi. Nəzəriyyəyə görə, böyük bir partlama ilə sonsuz sıxlıq təcrübə böyük sürətlə dağılmağa başlamışdır. Başqa sözlə, Böyük Partlayış ilə, kainat "yox" ikən, "mövcud olmağa" doğru yola çıxmışdır.Bu gün, kainatın davamlı olaraq genişlənməkdə olduğunu sübut etməsi Böyük Partlayışın ən böyük dəlili olaraq qəbul edilir.
"Bu gün artıq qalaktikaların hər istiqamətə doğru bizdən uzaqlaşdığını bilirik. Kosmologiya alimləri kainatı şişən bir şarın səthi kimi düşünürlər. Şübhəsiz, həqiqət kosmos, şarın səthi kimi 2 deyil 3 ölçülüdür və hər istiqamətə doğru genişlənir". (New Scientist, 26 Sentyabr 1987)
Göy cisimlərinin qaçma sürəti məsafə artdıqca artır. Məsələn, bizdən bir milyard işıq ili uzaqlıqdakı Ursa-Major Komanda Ulduzu, hər saniyə dünyadan 1.500 kilometr uzaqlaşdıqca, daha uzaq olan Hidra Komanda Ulduzunun uzaqlaşma sürəti saniyədə 6.000 kilometrdir.
Kainat genişləndiyinə görə bu genişlənmənin başlandığı bir an olmalıdır.
"Bu genişlənməyi əksinə, doğru düşünər və kainatın inkişafını zaman ərzində geriyə doğru çəksək, o zaman hər şey, 15 milyard il əvvəl sonsuz çoxluqda tək bir riyazi nöqtədə, vəhdətdə zamanda toplanacaqdır."(New Scientist, 12 May 1988, sf. 52)
Big Bang nəzəriyyəsinin ən böyük əhəmiyyəti, kainatın bir başlanğıcı olduğunu sübut etməsidir. Bununla yanaşı, bir çox kimsənin düşdüyü bir səhvə toxunmaq lazımdır: Çox insan, Allahın kainatı Big-Bang ilə və ya başqa bir şəkildə, yaratdığını lakin bundan sonrakı hadisələrin "öz-özünə" işlədiyini zənn edər. Bu məntiqə görə, Allah yalnız "ilk hərəkatı" yaradıb və kainat bir-biri ardına düzülmüş domino daşları kimi öz-özünə əmələ gəlmişdir. Halbuki bu fikir kökündən yanlışdır. Big-Bang, kainatda bildiyimiz, hesablaya bildiyimiz ilk hərəkətdir. Kainatın bu partlayış səbəbilə yaranması və yaşadığımız böyük tarazlığın özünü yaratmış olması düşünülə bilməz. Heç bir qayda olmayan bir partlayış nəticəsində dağılan hissəciklərin, qalaktikaları, ulduz sistemlərini və içində dünyamızın yer aldığı Günəş sistemini öz özünə yaratdığı kimi bir nəticəyə gəlmək olmaz. Təkcə bir atomun belə, daşıdığı fövqəladə sistemlərlə öz-özünə formalaşması düşünüləməzkən böyük bir kainatın bir partlayışın "qüdrəti" ilə yarandığını söyləmək qeyri-real bir münasibətdir. Bunların hamısı da yenə Allahın elmi ilə gerçəkləşmişdir. Belə ki, Quranda Allahın əvvəl "göyləri" yaratdığını, daha sonra yer üzünü yaratdığını onda dağları yaratdığını sonra atmosferi yaratdığını, ən sonda da canlıları var etdiyi bildirilir. Eyni şəkildə Quran ayələri Allahın kainatdakı bütün varlıqları davamlı idarə etdiyini bildirir:
"Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər)." (Fatir Surəsi, 41)
"Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət günü) yenə dirildəcək məhz Odur." (Həcc Surəsi, 66)
"O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr." (Səcdə Surəsi, 5)
"Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar." (Talaq Surəsi, 12)Big Bang, kainatın başlanğıcı ilə əlaqədar bu gün üçün ən tutarlı nəzəriyyə kimi tanınır. Müxtəlif etirazlar gəlməsinə baxmayaraq, bunlar Big Bang sonra kainatın formalaşması ilə bağlıdır ki, bu məsələ onsuz da olduqca mürəkkəbdir. Atomların, ulduzların, qalaktikaların hansı səbəb-nəticə əlaqələri içində yaradıldıqları bu gün tam olaraq bilinmir. Amma şübhəsiz Allah, insanı bir su damcısını səbəb edərək yaratdığı kimi, kainatı də səbəblər zənciri içində yaratmış olduğu düşünülə bilər. Və bu səbəbin çıxış nöqtəsi bir partlayış və ya başqa bir şey ola bilər. Lakin heç bir mərhələ Allahdan müstəqil öz-özünə yaranmamışdır. Və nəticədə yaranan mükəmməllik onun üstün elm və qüdrətini nümayiş etdirir.
Bütün kainat, bu kainatın ucunda bir yerdə yaşayan insan övladına faydalı olmuşdur. Quran,
'O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!' (Nəhl Surəsi, 12)Ayəsi buna diqqət çəkir.
Və əvvəlcədən də dediyimiz kimi, Quranda kainatın və dünyanın yaradılışı ilə bağlı bütün Quran xəbərləri, elm vasitəsilə olan həqiqətlərə uyğundur. Yazının davamında bu mövzu ilə bağlı bəzi məsələlər yer alır.
Ardı ... Quran və Elm 2-ci Hissə
Yazıda Akademik Ziya Bünyadov və Professor Vasif Məmmədəliyevin dilimizə tərcümə etdiyi Qurani Kərimdən istifadə olunmuşdur. Ayələr www.Quran.az saytından götürülmüşdür.
Yazının Paylaşımı zamanı istinad vacibdir.
www.OxuZali.com
Maraqli imish. Davamini gozleyirik.
ReplyDeleteÇox sağolun. Yazının davamı qısa zamanda yayımlanacaq.
DeleteCox sagolun ki menbeleri yazirsiz
ReplyDelete