Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu — ilk azərbaycanlı hərbi pilot, İlya Muromets №16 adlı bombardumançının heyət üzvü, Birinci dünya müharibəsi iştirakçısı, poruçik.
Araşdırıcı jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də Qayıbovlardandır.
Çar ordusunda "artilerya allahı" sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun həyat yoldaşı, ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi.
Çar ordusunda "artilerya allahı" sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun həyat yoldaşı, ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi.
Fərrux ağa 2 oktyabar 1891-ci ildə Qazax qəzasının Qıraq Salahlı kəndində doğulmuşdu. Atası Məmmədkərim ağa da hərbçi idi. O, imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 27 iyul 1877-ci ildə əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə ona praporşik rütbəsi verilmişdir.
Əla xidmətə görə "Müqəddəs Stanislav" ordeni də almışdı. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.
Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür.
Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda təhsil alır. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır.
1913-cü ildə hərbi məktəbi bitirərək podporuçik rütbəsi alan Fərrux Ağa xidmət etmək üçün 39-cu artilleriya briqadasına göndərilir, sonradan isə məşhur İlya Muromets-16 ekipajına qəbul edilir. Birinci dünya müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Fərrux Qayıbovun təyyarəsi almanların müharibə boyunca vurduğu yeganə rus bombardmançı təyyarəsi olur.
Yaxın zamanlaradək poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer naməlum qalırdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığındakı çağdaş dövrümüzdə bərpa edilən alman məzarıstanında Fərrux Qayıbovun uyuduğu son mənzilini aşkarlamışlar.
mənbə. Vikipediya
0 yorum:
Post a Comment