Quran və Elm 2-ci Hissə

İlk Hissəni oxumaq üçün daxil olun: Quran və Elm 1-ci Hissə

Quran və Elm 

 

KAİNATIN GENİŞLƏNMƏSİ 

20-ci əsrə gələnə qədər vahid bir elm adamı da kainatın genişlənməkdə olduğu istiqamətində bir nəzəriyyə ortaya atmamış, hətta, bəlkə də, belə bir hadisə ağlından keçirən belə olmamışdı. Stephan Hawking, kainatın genişlənməsinin görülməsini 20-ci əsrin ən böyük hadisələrindən biri kimi qiymətləndirdikdən sonra, bu hadisənin bu günə gizli qalmasından duyduğu çaşqınlığı belə dilə gətirir: Kainatın genişlənməkdə olduğunu ortaya çıxması 20-ci əsrin ən böyük ideoloji inqilablarından biridir. Bu gündən keçmişə baxanda heç kəs bunu niyə daha əvvəl ağıl etmədiyinə heyrət etməmək əldə deyil.

Halbuki Allahın, 600-cü illərdə vəhy etdiyi kitabında Allahın kainatı yaratdığını və onu "genişləndirdiyi" bildirilir. Məsələ ilə əlaqədar ayə deyir:

"Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik)." (Zəriyət surəsi 47)

KAİNATDAKI QÜSURSUZLUQ

"Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!" (Mulk Surəsi, 3-4)Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl bir harmoniya içində özləri üçün təsbit edilmiş orbitdə hərəkət edir. Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dönürlər. Hətta bəzən içində 200 -300 milyard ulduz olan qalaktikalar bir-birinin içindən keçib gedərlər. Bu keçiddə, kainatdakı böyük nizamı pozacaq hər hansı bir toqquşma olmaz.

Kainatda sürət anlayışı dünya ölçüləri ilə müqayisədə ağıl dayandıracaq qədər. Milyardlarla, trilyonlarla ton ağırlığında ulduzlar, planetlər və ədədi qiymətləri ancaq riyaziyyatçıların anlayacağı böyüklük qalaktikalar və qalaktika yığını fəzada dəhşətli bir sürətlə hərəkət edirlər.--

Məsələn, dünya saatda 1670 km. Sürətlə öz oxu ətrafında dönər. Bu gün ən sürətli güllənin saatda orta hesabla 1.800 km-lik bir sürətə malik olduğu düşünülsə dünyanın nəhəng ölçülərinə baxmayaraq sürətinin nə qədər böyük olduğu aydın olar.Dünyanın günəş ətrafındakı sürəti isə güllənin sürətindən təxminən 60 dəfə çoxdur: Saatda 108.000 km. (Belə böyük bir sürətlə yol alan bir qurğu düzəldilə bilsəydik yerin ətrafında bir dövrə vurmaq 22 dəqiqə olardı).

Verdiyimiz bu rəqəmlər yalnız dünya üçündür. Günəş sistemi isə daha da maraqlıdır. Bu sistemin sürəti məntiq sərhədlərini zorlayacaq dərəcədədir. Kainatda sistemlər böyüdükcə sürət artır. Məhz günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti: Saatda tam 720.000 km, 200 milyard ulduzu tərkibində olan "Süd Yolu Qalaktikasının" kosmos içindəki sürəti isə saatda 950.000 km.-dir

Bu başdöndürücü sürət, əslində dünya üzərindəki həyatımızın pambıq ipinə bağlı olduğunu göstərir. Belə mürəkkəb və sürətli bir sistem içində nəhəng qəzaların yaranması normalda olduqca mümkündür. Ancaq, ayədə deyildiyi kimi, bütün bu sistem daxilində heç bir ziddiyyət və uyğunsuzluq yoxdur. Çünki kainat də, hər şey kimi, "özbaşına deyildir" və Allahın qoyduğu tarazlığa görə işləyir.

ORBİTALAR VƏ DÖNƏN KAİNAT

Kainatdakı böyük tarazlığın ən mühüm səbəblərindən biri, şübhəsiz, göy cisimlərinin müəyyən orbit izləməsidir. Bu orbitlərə, yaxın zamana qədər bilinmədiyi halda, Quranda da diqqət çəkilmişdir:

"Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir)." (Ənbiya Surəsi, 33)--Həqiqətən də, ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlə birlikdə dönməkdədir, kainat bir zavodun dişləri kimi nizamlı çalışır.

Kainatdakı orbitalar yalnız bəzi göy cisimlərinin hərəkəti deyil. Günəş sistemimiz hətta digər qalaktikalar, başqa mərkəzlər ətrafında böyük fəallıq göstərirlər. Dünya və onunla birlikdə Günəş Sistemi hər il, bir əvvəlki yerindən 500 milyon kilometr uzaqda yerləşir.--

Göy cisimlərinin orbit ən kiçik bir sapmanın belə sistemi alt-üst edəcək qədər əhəmiyyətli nəticələr doğura biləcəyi hesablanmışdır. Məsələn, dünya orbitində, normadan artıq və ya əskik 3 millimetrlik bir sapma baxın nələrə yol açardı:

"Dünya günəş ətrafında fırlanarkən, elə bir orbit çəkir ki, hər 18 mildə doğru bir cizgidən ancaq 2.8 mm ayrılır. Dünyanın çəkdiyi bu orbit bir tük qədər də sapmaz , çünki; Orbitdən 3mmlik bir sapma da böyük fəlakətlər doğurardı: Sapma 2.8 yerinə 2.5 mm olsaydı orbit çox geniş olardı və hamımız donardıq, sapma 3.1 mm olsaydı, hamımız qovrularaq ölərdik". (Elm və Texnika, İyul 1983) Göy cisimlərinin bir başqa xüsusiyyəti də, orbitlərindən əlavə, bir də öz ətraflarında dönmələridir. "And olsun yağış sahibi olan göyə." (Tariq surəsi, 11) İsə tam da bu həqiqətə işarə edir.

GÜNƏŞ

Dünyadan 150 milyon km. Uzaqda olmasına baxmayaraq, günəş bizim üçün lazım olan enerji fasiləsiz olaraq çatdırır.

Bu nəhəng enerjili göy cismində hidrogen atomları davamlı olaraq heliuma çevrilir. Hər saniyə 616 milyard ton hidrogen, 612 milyon ton heliuma çevrilir. Buəsnada kənara çıxan enerji 500 milyon hidrogen bombasının partlayışına bərabərdir.

Dünyada həyat günəşdən gələn enerjiylə təmin edilir. Yer üzündəki tarazlığın davamı və həyat üçün lazım olan enerjinin 99% u günəşdən təmin edilir. Həmin enerjinin yarısı gözlə görünür və işıq kimi alınır. Qalan enerjinin böyük bir qismi gözlə görünməyən, amma istilik formasında ortaya çıxan infraqırmızı şüalardır.

Günəş, Süd Yolunu təşkil edən 200 milyard ulduzdan biridir. Dünyadan 325.500 dəfə böyük olmasına baxmayaraq, kainatdakı kiçik ulduzlardan sayılır. Diametri 125 min işıq ili olan Süd Yolunun mərkəzində 30 min işıq ili uzaqlıqdadır. (1 işıq ili 9.460.800.000.000 km).

GÜNƏŞİN SƏFƏRİ

 "Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).". (Yasin Surəsi, 38)

 Astronomların hesablamalarına görə günəş, içində olduğu qalaktikanın hərəkəti səbəbiylə, Solar Arex adı verilən bir orbit boyu Vega Ulduzuna doğru saatda 720.000 km sürətlə hərəkət edir. (Bu, kobud bir hesabla, günəşin gündə 720.000x2417.280.000 km. Yol keçdiyini göstərir. Əlbəttə ona bağlı olan dünyamızın da .

 YEDDİ QAT YER - YEDDİ QAT GÖY

Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.".  (Talaq Surəsi, 12)

 Yer atmosferinin quruluşu, Quranın işarə etdiyi kimi, başlıca yeddi hissədən meydana gəlir. Atmosferdə qatları bir-birində ayıran səthlər var. Encyclopedia Americananın (9/188) verdiyi məlumata görə, temperatura bağlı olaraq yerdən etibarən bu mərtəbələr sıralanır.

"Alimlər aşkar ediblər ki, atmosfer bir neçə qatdan ibarətdir. Qatlar bir-birindən əmələ gəldikləri qazların tərkibinə və onlarda olan təzyiq kimi fiziki xarakteristikalara görə fərqlənirlər... Yerə ən yaxın olan atmosfer təbəqəsi TROPOSFERDİR. Troposfer atmosferin ümumi kütləsinin 90 faizini təşkil edir. Troposferdən yuxarıda yerləşən təbəqə STRATOSFERDİR. Stratosferin içində olan və ultrabənövşəyi şüaları udan qat OZONOSFER adlanır. Stratosferin üstündə MEZOSFER, onun üzərində isə TERMOSFER qatları yerləşir. Termosferdəki ionlaşmış qazlar İONOSFERİ əmələ gətirir. Yer atmosferinin ən uzaq xarici qatı isə Yer səviyyəsindən 450 km-dən 960 km hündürlüyə qədər uzanan EKZOSFERDİR".

Eyni mənbədə sayıldığı kimi, torpağın qatları da 7 hissədən ibarətdir:

 1. Litosfer (su)
 2. Litosfer (qara)
 3. Astenosfera
 4. Üst mantiya
 5. Alt mantiya
 6. Xarici nüvə
 7. Daxili nüvə

DÜNYANIN HƏRƏKƏTİ

 "(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!". (Nəml Surəsi, 88)

Quran, dünya mərkəzli kainat modelinin mənimsənildiyi bir əsrdə, dünyanın əslində buludlar kimi hərəkət edən bir cisim olduğunu bildirir. Ayədə dünya sözü əvəzinə dağ sözünün yer alması da maraqlıdır. Çünki dağlar dünyadakı sabitliyin rəmzidir. Sabit kimi görünən dağların hərəkət etməsi demək dünyanın hərəkət halında olması deməkdir.

DÜNYANIN Dairəvi Olması

"Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün, gündüzü də gecənin üstünə sarıb örtür... " ("Zumər" surəsi, 35)

Quranın kainatı tanıdan ayələrində istifadə edilən ifadələr olduqca diqqətçəkicidir. Yuxarıdakı ayədə "sarıb örtmək" kimi tərcümə edilən ərəbcə kəlmə "tekvirdir". Bu sözün ərəbcə qarşılığı dairəvi bir şeyin üzərinə bir cisim sarmaqdır. (Məsələn, Ərəbcə lüğətlərdə başa sarıq sarıma kimi yuvarlaq cisimləri ehtiva edən fellər üçün bu söz istifadə edilir). Beləliklə, gecənin gündüzü təkvir etməsi ancaq yer kürəsinin yumru olması mümkündür.

 Dağlarının zəlzələlərə mane olmas

 "Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.". (Loğman Surəsi, 10)

 "Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! Məgər Biz yeri döşək etmədikmi?!"? (Nəbə Surəsi, 6-7)

Geologiyanın dağlar haqqında söylədikləri yuxarıda verdiyimiz ayələrlə tam bir paralellik içindədir. Dağların xüsusiyyətlərindən biri üzündəki böyük yer təbəqələrinin uclarında yüksəlməsi və bu təbəqələri bir-birinə bağlamasıdır. Bu xüsusiyyətləri dağlar taxtaları bir yerdə saxlayan mismarlara bənzədilir. Bunun yanında dağların yer qabığında etdiyi təzyiq, dünyanın mərkəzindəki maqma hərəkətlərinin təsirinin yer üzünə çataraq yer qabığını parçalanmasına mane olurlar.

 YARADILIŞDAKI CÜTLƏR

 "Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)". (Yasin Surəsi, 36)

Kişilik qadınlıq, "cüt" anlayışının bir qarşılığı olmaqla, ayədə bəhs edilən "özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla)" ifadəsi daha geniş bir məna daşıyır. Belə ki, maddənin cütlər halında yaradıldığını ortaya qoyan İngilis alimi Pol Dirac, 1933-cü ildə Nobel Fizika Mükafatı qazandı. "Parite" adı verilən bu kəşf, maddənin anti maddə deyilən bir cütü olduğunu ortaya qoymuşdur. Anti-madde, maddənin əks xüsusiyyətlərini daşıyır. Məsələn, maddənin əksinə anti-maddənin elektronları müsbət, protonları da mənfi yüklüdür.

Ardı var...

Yazıda Akademik Ziya Bünyadov və Professor Vasif Məmmədəliyevin dilimizə tərcümə etdiyi Qurani Kərimdən istifadə olunmuşdur. Ayələr www.Quran.az saytından götürülmüşdür.
Yazının Paylaşımı zamanı istinad vacibdir. 
Kamil Adgözəlli | www.OxuZali.com

Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

2 yorum:

  1. Cəfər AdiloğluMay 3, 2015 at 3:32 AM

    Yazı maraqlıdır amma çox uzadırsınız çünki 1 ci yazını oxuduq dediniz 2 var 2 də gəldi hələ 3 də var.?. Bəlkədə 4. Bir dəfəlik yazın oxuyaq.

    ReplyDelete
    Replies
    1. Suala cavab olaraq bildirmək istəyirik ki, sayta daxil olan oxucuların daimi aktivliyi, saytdaki yazıları oxumaq vaxtı, hansı yazılara daha çox üstünlük verirlər, yazını oxuma vaxtı saytda qalma vaxtı saytın administrasiyası tərəfindən daim izlənilir. Bu səbələ çox uzun yazı yaza bilmirik. Oxucular böyük yazıları oxumaq istəmirlər. Diqqətinizə çatdıraq ki, ən aşağı reytinq ən uzun yazılardadır.

      Delete