Tomas Edissona görə ; 'Dahilik 1 % istedaddan, 99% tər tökməkdən ibarətdir'. Lakin müasir tədqiqatlar göstərir ki, dahilikdə müəyyən dərəcədə genlərin də xüsusi rolu var. Koliforniya ştatının alimləri bunu təsdiq etmək üçün dahilər və tanınmış şəxsiyyətlər haqda araşdırmalar apardılar. Və nəticəni belə izah etdilər ki, əgər dahilikdə müəyyən qədər genlərin rolu varsa, bununla yanaşı insanin həyatda son dərəcə təkid, inad və səylə işləməsi, möhkəm iradə gücünün olmasi vacibdir.
Habelə ,iradə gücün anadangəlmə fiziki qüsurları belə aradan qaldırmaq gücünə malikdir. Belə ki, Demosfen uzun müddət inadla, təkidlə calışmaqla, bu sahədə bütün iradə gücünü səfərbərliyə almaq nəticəsində anadangəlmə fiziki qüsuru olan pəltəkliyi aradan qaldırmağa nail olmusdur, hətta öz dövrünün ən mahir natiq ustadı olmağı bacarmışdır.
Bundan başqa, mikrobiologiya elminin 'atası' sayılan Lui Pasterin həyat yolu da bir qədər məşəqqətli olmusdur. Onun Arbua kollecindəki şagirdlik illəri hec də parlaq olmamışdır, hətta kimyadan kafi qiymət alaraq zorluqla dərsləri başa vururdu. Halbuki,onun görkəmli şəxsiyyət, dahi alim və ən məşhur kimyaçı kimi formalaşmasında şəxsi iradəsi, qurduğu sahədə verdiyi fədakarlıq mühüm rol oynamısdır.
Digər dahi, yəhudi əsilli alman fizik olan Albert Eynşteyndə uşaqlıqda özünə qapanan, tənbəl, 4 yaşında olarkən danişmağa başlamışdır, hər zaman ən çox əziyyət çəkdiyi fənn fizika və riyaziyyat olub. Ancaq sonradan elmə yaranan marağı sayəsində, məhz fizika ve riyaziyyat sahəsində əvəzsiz kəşflər edərək Nobel mükafatına layiq gorülmüşdür. Lakin genetik faktlara əsasən dahiliyin formalaşmasında və onun irsən ötürülməsində irsi faktorlarla yanaşı, uşaq və onun valideyinlərinin də intellektual səviyyəsi mütləqdir. Yəni uşagın intellektual inkişafinda valideynlərdən ötürülən genlərin təsiri bərabərdir, 50% atadan ve 50% anadan. Ancaq alman filosofu Fridrix Nitşeyə görə, dahilərin dahisini analar yetişdirir, atalar həmişə təsadüfi rol oynayir.
Digər bir qrup genetiklərin fikrincə isə valideynlər arasında yaş fərqinin böyük olması da bu genə təsir edir. Buna misal olaraq, ataları analarından minimum 1/4 əsr böyük olan dahilər tarixdə üstünlük təşkil edirlər, Mikelancelo, I Pyotr, II Yekaterina, Hote, Nikkola Paqanini, Leskov və s.kimi taninmiş tarixi şəxiyyətlər,sənət,elm xadimlərinin adını çəkmək olar.
Daha sonra bu sahədə araşdırma aparan alman genetikləri daha bir maraqlı iddia irəli sürdülər ki, ananın yaşı atanın yaşının yarısından 7 il böyük olması da bu genin formalaşmasında rol oynayır.
İnsan yaşadığı həyat boyu mutasiyaya uğrayır, yəni bioloji əlamət mutasiyaya məruz qalırsa normadan kənara çıxma halları da yüksək olur. Dahilik özü elə normadan kənara çıxmadır ve yaxud dahiliyə can atmaq bəzən insanın fiziki ve psixi sarsıntılara səbəb olan ruhi xəstəliklərin yaranmasına səbəb olur.
Nyuton , Kant ,Van Qoq-şizofreniyadan, Sezar, Puşkin, Hote-ruh düşkünlüyündən, Van Qoq, Klaude Monet, Sezar, Napoleon, Virginia Wolfe, Levis Carroll, Elvis Presley və John F. Kennedi kimi tarixə adını yazdırmış bir çox önəmli insanlar miqren xəstəliyindən əziyyət cəkmişlər.
Bütün bu genetik və fenotipik əlamətləri nəzərə alaraq, ABŞ-ın Vaşinqtonlu həkimləri dahiliyi ' mürgüləyən, ehtiyatda olan şizofreniya geni'nə malik olmaqla izah edirlər.
Alman genetikler daha bir iddia irəli sürdülər ki, bir-birini dəlicəsinə sevənlər arasinda dahi, IQ səviyyəsi yüksək olan uşaqların doğulma ehtimalı çox aşağıdır. Elə bu səbəbdən almanlar və avstriyalılar sevib evlənməyi axmaqlıq əlaməti hesab edirlər. Onlarda planla ailə qurmaq protestant etikasının əsas qaydalarından biridir.
Dahilər kişilər arasında qadınlara nisbətdə çoxluq təşkil edir. Kişilər intellekt şkalasında və IQ səviyyəsinə görə daha yüksək nəticə göstərirlər. Belə ki, 'orta ağıllılar ' arasında qadınlar, 'olduqca ağıllılar' və 'olduqca axmaqlar' arasında isə kişilər üstünlük təşkil edir.
Yazının paylaşımı zamanı www.OxuZali.com`a istinad vacibdir.
0 yorum:
Post a Comment