Tarixdə bir çox partlayışlar, fəlakətlər vardır ki, xeyli sayda insanın ölümünə səbəb olmaqla, yaddaşlarda iz qoya bilmişdir. Bunlardan 10-u daha çox insanın həyatına son qoyub, daha çox dağıntılara və tarix boyu unudulmaycaq zərərlərə səbəb olmuşdur.
1947- Texas Fəlakəti
ABŞ tarixində "Texas Fəlakəti" olaraq da bilinən tarixin ən böyük sənaye qəzası, 16 Aprel 1947-ci ildə Texasda meydana gəlmişdi. Texas limanında yükləmə aparılan Fransız bandralı SS Grandcamp adlı yük gəmisinin göyərtəsində çıxan yanğın nəticəsində gəmidə olan 2.300 ton ammonium nitrat partlamış, partlayış zəncirvari olaraq limandakı digər gəmilərə və neft anbarlarına sıçrayaraq qəzada 581 nəfər həyatını itirməsinə səbəb olmuşdur və 8.000-ə yaxın adam da yaralanmışdı.
1917 - Halifax Partlayışı
Məlumatlara görə baş verən partlayış zamanı 1000-ə yaxın bina dağılmışıdır. Ard-arda yaranan partlayışlar limana yaxın olan kimya kompleksinə, neft emalı zavoduna və yaxınlıqdakı yanacaq sisternlərinə sıçramışdır. Partlayış nəticəsində 60 km uzaqda yerləşən Hyustonda bir çox binanın şüşələri sınıb. Partlayışın şiddəti o qədər böyük olub ki, 6350 tonluq polad gövdəli gəmini parçalaya bilmişdi və yüzlərlə km sahəyə uçurmuşdur. Rəsmi açıqlamalara görə ölü sayısı 567 olmasına baxmayaraq, real itkilər rəqəmin daha çox olduğu, gəmi göyərtəsindəki bir çox gəmiçinin yanaraq, minlərlə dərəcəyə çatan temperaturda cəsədlərinin yox olduğu şəklindədir. Yanğın və partlayışın yəqin ki, göyərtədəki bir gəmiçinin siqaret kötüyündən qaynaqlandığı təxmin edilir.
1986 - Çernobıl Faciəsi
26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verdi.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.
Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
1945 - Trinity Partlayışı
Dünya, bundan tam 70 il əvvəl atom bombasıyla tanış olmuşdur. İlk atom bombasının atıldığı və minlərlə insanın bir neçə saniyə içində öldüyü Yaponiyanın Xirosima şəhəri, yaşadığı ağrının muzeyinin adını "nifrət," qisas deyil, "sülh qoyub. 16 İyul 1945-də səhər saatlarının toranında New Mexiko ştatının kimsəsiz bir çölündə, məşhur fizik J. Robert Oppenheimer, 16 kilometr uzaqlığındakı dəhşətli partlayışın göyə doğru 10 kilometr yüksələn göbələk buluduna və çölü işıqlandıran işığına dəhşət içində baxarkən, dilindən Hindu müqəddəs kitabı Bagavad Gitadan bir cümlə töküldü: "Məhz indi, dünyaları parçalayan ölüm oldum mən". Atom bombasının atası Oppenheimer, "Hiss Etmişik ki dünya bir daha heç vaxt əvvəlki kimi olmayacaq". Deyə danışır o anı. 1939-da başlayan çox gizli Manhattan Layihəsi nəticəsində istehsal olunan ilk atom bombasının memarı Oppenheimerın olmuşdur
1908 - Tunguska Partlayışı
Tunguska Partlayışı, 30 İyun 1908 tarixində səhər saat təxminən 7:45 radələrində Sibirin orta sektorlarındakı Podkamennaya Tunguska Çayı yaxınlığında yaranan böyük göy partlamasının adıdır. Bu partlayış üçün bir UFO-nun, Dünyanı yox edəcək nəhəng meteoritinin önünə keçib qiyaməti qarşısını aldığı iddia edilir.
Partlayış 10-15 min tonluq bir dinamit kütləsinin partlamasına bərabərdi. Dəqiq olmayan məlumatlara görə partlayışın səbəbinin, bir kometa parçasının və ya meteoritin yerə düşməsi olduğu güman edilir. Cismin atmosferə təxminən 100.000 km/sa sürətlə düşdüyü və çəkisinin 100.000 ilə 1.000.000 ton arasında olduğu fərz edilir.
Partlayış zonası ilk dəfə olaraq Rus elm adamı Leonid Alekseyeviç Kulik tərəfindən 1927-1930 illəri arasında təhlil edilmişdir. Hadisəni uzaqdan baxanlar əvvəl bir atəş topu gördüklərini və sonra yer sarsıntısı ilə birlikdə, güclü isti küləklərin əmələ gəldiyini dedilər. Avropadakı seysmoqraflar, partlayışın səbəb olduğu seysmik dalğaları müəyyən edə bilmişlər. Partlayışın alovları təxminən 800 km uzaqdan görülmüşdü. Cisim atmosferdə buxarlaşdığından ətraf mühitə müxtəlif qazlar yayılmış və hadisədən bir müddət sonra belə Sibir və Avropada gecələr göy üzünün parlaq rəng almasına səbəb olmuşdur.
1815 - Tambora Vulkanı Püskürməsi
Tambora, İndoneziyada, Sumbawanın şimal sahillərində vulkanik dağdır. Günümüzdə aktiv olmayan vulkan 1815-ci ilin Aprel ayında partlamış bütövlükdə 92.000 nəfər həyatını itirməsinə səbəb olmuşdur. Bunlardan 11.000-12.000 nəfər birbaşa partlayış anında, böyük bir qismi isə partlayışdan sonra meydana gələn qıtlıq və xəstəliklərdən ölmüşdür.
Partlayış o qədər böyük olmuşdur ki, qlobal miqyasda iqlimdə anormallıqlara səbəb olmuşdur. Atmosferə qarışan vulkanik kül temperaturu salmış, 1816-da Şimal yarımkürədə yaz ortasında qar görülməsinə səbəb olmuşdur. Bu səbəblə 1816-cı ili "Yazsız İl" elan edilmiştir. Partlayış nəticəsində dağın hündürlüyü 3.900 m-dən 2.851 m-ə düşmüşdür.
1883 - Krakatoa vulkanı
Karakatau Vulkanı, 1883-cü ildə gözlənilməz bir şəkildə fəaliyyətə keçərək yüzlərlə nüvə bombasının yaradacağı bir güclə partlamış və hesablamalara görə 30 metr hündürlüyündə nəhəng sunamilərin yaranmasına səbəb olmuşdur. Yaranan bu sunamilər Karakatau adasını (13 kvadrat kilometr) tamamilə udmuşdur. Partlayış 35.000 nəfərin həyatını itirməsinə səbəb olmuşdur.
Karakatau Vulkanının partlaması nadir əldə edilən elmi məlumatların əldə edilməsini də imkan yaratmışdır. Bu partlayışdan sonra, vulkanın yaratdığı nəhəng buludlar, bu regionu illərlə qaranlıqda qoymuş, həmçinin dünyanın atmosfer temperaturu 2 selsi dərəcə aşağı düşməsinə səbəb olmuşdur.
1945 - Hiroşima Atom Bombası
1945-ci ildə Atom bombardmanına məruz qalmış ilk şəhərdir. Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirahito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.
1954-də Castle Bravo
1 mart 1954-də Castle Bravo adlı hidrogen bombası, 15 megatonluk bir qüvvə ilə partladılıb. 3.5 mil miqyasında alov topu 20 km yüksəkliyə çatan bir göbələk buludu yaratdı. Gözlənməyən bir şərq küləyi öldürücü radioaktiv dalğalar böyük bir sahəyə yayıldı. 100 mil kənarda yerləşən yapon balıqçı gəmisindəki və Rongelap adasındaki bütün sakinlər radioaktiv maddələrlə zəhərləndilər. Bikini adlı bölgəyə öldürücü Cesium və Strontium 90 tozları yayılmışdı.
1961 - Çar Bombası
Çar Bombası AN602 adlı hidrogen silahının kod adıdır, hansı ki, tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahıdır. Bu silah 30 oktyabr, 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilmişdir. SSRİdə yaradılmış bu silah 50-58 meqaton gücündə olub. Buna bəzən Kuzkinanın anası da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir və Nikita Xruşşov tərəfindən 1960-cı ildə BMTbaş assambleyasında ABŞ-a öz nüvə potensialını göstərmək kimi işlədilir. Çar Bombasının müxtəlif kod adları vardır. Bunlar Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya kodadı, Böyük İvan, Kuzkinanın anası və s. adlar daxildir.
Çar Bombası üç mərhələli "Teller-Ulam" tipli termonüvə silahı kateqoriyasına aiddir. Bu silah Naqasaki və Hiroşima şəhərlərinə atılan nüvə silahlarından 1350-1570 dəfə, İkinci dünya müharibəsi dövründə partladılmış bütün silahlardam 10 dəfə, 1883-cü ildə püskürmüş Krakatau vulkanının 25%-i, bütün nüvə sınaqlarını isə 10%-i gücündə olub. İlkin olaraq silahın gücünün 100 meqatona çatdırılması planlaşdırılırdı amma zərbə dalğasının güclü, radioaktiv çöküntünün isə normadan yüksək olacağı qənaətinə gələrək dizaynerlər üçüncə və çox gümanki ikinci partlayış mərhələsinidən uranium-238-i neytron reflektoru ilə əvəz etdilər. Bunun nəticəsində radioaktiv çöküntü minimuma endirildi və bu tarixdə ən "təmiz" nüvə silahı olaraq sınaqdan keçirlidi. Silahın komponentləri akademik Yuli Borisiviç Xariton, Andrey Saxarov, Viktor Adamski, Yuri Smirnov və Yuri Trutnev tərəfindən yaradılmışdır. Sınaqdan sonra Saxarov nüvə silahlarının istifadəsi əleyhinə çıxış etdi və bu da onu Sovet dissidentləri sırasına qatdı.
Çar Bombası sınaq ərazisinə modifikasiyalaşdırılmış Tu-95V təyyarəsi vasitəsi ilə çatdırılmışdır. Kola yarmadasından qalxan təyyarə çəkiliş aparan Tu-16 təyyarəsi ilə bir yerdə istilik zərbəsini minimuma endirmək üçün xüsusi reflektorlu ağ boya ilə rənglənmişdi. Bombanın çəkisi 27 ton, uzunluğu isə 8 metr idi. Buna görə silah təyyarənin daxiluinə yerləşmirdi. Bu səbəbdən onu təyyarənin altına bərkitmişdilər. Bombaya əlavə olaraq 800 kiloqram ağırlığında paraşüt bağlanmışdı. Bu təyyarə heyətinə partlayış mərkəzindən 45 kilometr uzaqlaşmağa şərait yaratmışdı. Bomba Moskva vaxtı ilə 11:32-də partladıldı. Alov kürəsi 1000 kilometr məsafədən seçilirdi. Göbələk buludu 64 kilometr hündürlüyə yüksəlmişdi. Bu o deməkdir ki, nüvə buludu Stratosfer və Mezosfer təbəqələrinə qədər yüksəlmişdi. Yaxınlıqda yerləşən yaşayış məntəqələri dağılmış, radioəlaqə 1 saat müddətində kəsilmişdi. Sınaq iştirakçılarında biri 270 kilometr məsafədən partlayış işığını görmüş və müvəqqəti olaraq kor olmuşdu. Zərbə dalğası Norveç və Finlandiyada hiss edilmişdi. 700 kilometr məsafədə yerləşən Dikson qəsəbəsində evlərin şüşələri qırılmışdı.
Çar Bombası bəşəriyyət tərəfindən icad edilmiş ən güclü silahdır. Müqayisə üçün ABŞ-da sınaqdan keçirilmiş "Bravo qəsri" silahı 25 meqaton gücündə olub. Belə silahlar əsasən uzaq-mənzilli ballistik raketlər və ya təyyarələr vasitəsi ilə hədəfə çatdırılır. Bu tip nüvə sialhları əsasən iri şəhərləri və ya müəyyən regionları məhv etmək üçün istifadə olunur.
Yazının Paylaşımı Zamanı İstinad mütləqdir.
0 yorum:
Post a Comment