Dünyanı dolaşan foto – Guerrillero Heroico


Bu, 5 mart 1960-cı ildə çəkilmiş argentinalı marksist inqilabçı Ernesto Çe Gevaranın portretidir: “Qəhrəman gerilla”. Fotonu Havana şəhərində La Kubr partlayışı qurbanlarının dəfn mərasimi zamanı Alberto Korda çəkib. 

A.Korda deyirdi ki, o həmin vaxt Çe Gevaranın qəzəb və ağrılarını, eyni zamanda, “mütləq barışmazlığını” lentə köçürə bilmişdi. Foto çəkilən vaxt Çe Gevaranın 31 yaşı var idi.

Müxtəlif versiyalarda rəsminin çəkilməsi, çap olunması, rəqəmsal şəkilə çevrilməsi, (xalça və s. üzərinə) toxunması, tatuaj edilməsi, heykəlinin yaradılması və sair fotonun XX əsrin ən çox təkrar istehsal edilən və yayılan fotosu olduğunu deməyə əsas verir.

Kaliforniya Fotoqrafiya Muzeyinin direktoru Conatan Qrin deyir: “Kordanın fotosu dünya dillərinin içinə işlədi. Bu, hardasa bir hərf-rəqəm simvoluna, heroqlifə çevrildi. Haçansa konflikt olanda bu foto təkrarən peyda olur. Tarixdə hələ belə şey olmayıb.”

4 mart 1960-cı ildə La Kubr fransız gəmisi naməlum şəraitdə Havana limanında partladılır, 100-dən çox insan həlak olur, təxminən eyni sayda insan yaralanır. Növbəti gün, martın 5-də prezident Fidel Kastro ABŞ FTB-sini günahlandırır və əhalini Kolon Qəbiristanlığına qurbanları yad etməyə və kütləvi nümayişə səsləyir. Həmin vaxtlar Çe Gevara yeni hökumətdə Sənaye naziri, A.Korda isə F.Kastronun rəsmi fotoqrafı idi. Dəfn yürüyüşündən sonra Malekon bulvarında Fidel Kastro geniş çıxış etdi. Həmin çıxışında ilk dəfə “Vətən, ya Ölüm” sözlərini işlətmişdi. Həmin vaxt, Çe Gevara bir neçə saniyəlik obyektivin önündə görünür. Ondan 8-9 metr aralıda dayanmış Korda o, obyektivin qarşısından çəkilməmişdən əvvəl 2 kadr çəkə bilmişdi. Sonralar Korda deyir: “Bugünkü kimi xatırlayıram... o ifadə ilə onu çərçivənin içində görmək... çox titrədir.”

Alberto Korda Çenin bu fotosunun dünyada yayılmasının qarşısını almırdı. Onun ideoloji inancı da bunu tələb etmirdi. O, heç vaxt bundan kommersiya məqsədilə istifadə etməyib. Lakin 2000-ci ildə Smirnoff alkoqol içki firması bu fotonu öz məhsullarının üzərinə həkk etmişdi. Bundan xəbər tutan A.Korda firmanı məhkəməyə vermiş, 50.000 ABŞ dollar təzminat almış və həmin məbləği Kuba səhiyyə sisteminə bağışlamışdır.

Foto ilə bağlı 7 kitab yazılmış, 3 film çəkilmiş, 20-dən çox sərgidə nümayiş olunmuşdur.


mənbə:             
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment