Tarixə Yazılan Baxışlar

Bu fotoların hər biri məhz baxışlara həsr olunub. Şəkillər insanda qorxu, heyrət yaradır, təəccübləndirir, heyran edir. Onlara sadəcə biganə qalmaq mümkün deyil. 
Sülh: Şəkildəki naməlum amerikalı əsgərdir. Kadr 18 iyun, 1963-cü ildə Cənubi Vyetnamda çəkilib. 
 
Təəccüb: Harold Whittless anadagəlmə kardır. Bu fotoda o, apparat vasitəsilə ilk dəfə eşidir. 
 
Dəlilik: Şəkildəki əsgər idarə edilə bilməyən panika, ağlın, yuxunun, danışmaq bacarığının itirilməsi kimi hallarla müşayiət olunan psixoloji travma almışdır. Şəkil 1916-cı ildə, Kurselett döyüşü zamanı çəkilmişdir. 
Məğlubiyyət: Fotoda Stalinqrad döyüşündən sonra əsir düşən alman əsgəri təsvir edilib. 
 
Yorğunluq: Kadr 1945-ci ildə Limburqda çəkilmişdi. Fotoda alman konslagerindən azad olunmuş amerikalı əsgər təsvir edilib. 
 
Qorxu: Fotodakı 15 yaşlı alman əsgəri Hans Georg Henkedir. Valideynləri vəfat edəndən sonra o, acından ölməmək üçün əsgər olmuşdur. 3 aprel 1945-ci ildə amerikalı əsgərlər onu əsir alanda oğlan ağlamağa başlayır. 
 

Məsumluq: Şəkildəki uşağın sapfir rəngli gözləri var. Fotonun Vanessa Bristow həddindən artıq fotoşop istifadə etməkdə günahlandırılmışdır. Sonra Vanessa bu uşağın digər fotolarını yayımlayaraq şübhələri üzərindən qaldırmışdır. 
 
Tale ilə barışmaq: Şəkildə yəhudilərin güllələnməsi təsvir edilib. Kadr Vinnitsanın sonuncu yəhudisi adın alıb. Hesablamalara görə müharibə vaxtı orada 28 min yəhudi güllələnib. 
 
Rahatlanma: Şəkildə 23 saatlıq ürək köçürmə əməliyyatından sonra dincələn cərrah təsvir edilib. Onun köməkçisi isə kənarda yatır. 
 
Ümidsizlik: Şəkildəki aclıq çəkən qadındır. Kadr 1941-ci ildə Varşava gettolarının birində çəkilib. 
 
Panika: Şəkildəkilər Liverpul-Notttingem oyununa baxmağa gəlmiş fanatlardır. Stadionda sıxlıqdan 96 nəfər ölmüşdür. 
 
Ehtiyat: Şəkildəki Şərbət Guladır. 1984-cü ildə qızcığaz Əfqanıstanda valideynlərin itirdikdən sonra digər qaçqınlarla birlikdə Pakistana qaçır. 
 

Nifrət: Şəkildə fotoqrafın yəhudi olduğu bilən Göbbels təsvir olunub. 
 
Heyranlıq dolu qorxu: 1963-cü il, parisli uşaqlar kukla teatrı tamaşasında. 
 
Sevinc: Şəkildə uşaqlar şirin pambıq aldıqları üçün sevinirlər. 
 
İtirilmiş məsumiyyət: Şəkildəki suriyalı döyüşçü Əhmədin barrikadaların önündə dayanmış 8 yaşlı oğlu Əhməddir. 
 

Mənbə: Kayzen.az
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment