"Time" jurnalı bütün tarix ərzində ən varlı insanların onluğunu tərtib edib

ABŞ-ın Ferrum kollecinin tarix üzrə professoru Riçard Smitin fikrincə, Musanın hakimiyyəti zamanı dövlət ən böyük qızıl istehsalçısı olub, bu səbəbdən onun var-dövlətini dəqiq olaraq hesablamaq mümkün deyil.
Siyahıda ikinci yeri Roma imperiyasının əsasını qoymuş Oktavian Avqust tutub.
İqtisadçıların fikrincə, imperatorun var-dövləti 2014-cü ilə olan kursa əsasən hesablandıqda 4.6 trilyon ABŞ dollarına bərabər olub.
Varlı liderlər arasında üçüncü yeri Çin imperatoru Şen-Tszun tutur. O, XI əsrdə dünya ümumi daxili məhsulunun (ÜDM) 30%-ni istehsal edən iqtisadi baxımdan güclü dövlətlərdən birini idarə edib.
Dördüncü yeri Böyük Moğol İmperiyasının padşahı I Böyük Əkbər tutub. Bu imperiyanın payına dünya istehsalının dörddəbir hissəsi düşüb. Onun hakimiyyəti dövründə adambaşına düşən ÜDM göstəriciləri I Yelizavetanın dövründə İngiltərənin göstəriciləri ilə müqayisə edilən olub, yerli elita isə Avropa aristokratlarından daha varlı olub.
Beşinci yeri İosif Stalin tutub. O, “dünyanın ən böyük iqtisadiyyatlarından birinə nəzarət edib”.
"Time" qeyd edir ki, SSRİ var-dövlətinin şəxsən ona məxsus olmadığı halda, Stalin Sovet iqtisadi gücünü idarə etmək imkanına malik olub.
Altıncı yeri “bütün vaxtların ən varlı amerikalısı”, "US Steel" şirkətinin sahibi Endryu Karneqi 2014-cü il kursuna əsasən hesabladıqda 372 milyard dollar var-dövlətlə tutub.
Yeddinci yeri ABŞ-ın "Standard Oil" şirkətinin təsisçisi Con Rokfeller tutub. Onun var-dövləti 1918-ci ildə 1.5 milyard dollar dəyərində, ötən ilin kursu ilə hesablandıqda isə 341 milyard dollar dəyərində qiymətləndirilib.
"Time" jurnalında növbəti-səkkizinci yeri briton cəngavəri kürən Alen tutur. 1093-cü ildə ölərkən onun var-dövləti 11 min funt sterlinq (o zamankı İngiltərə ÜDM-nin 7%-i) təşkil edib. 2014-cü il kursuna əsasən, bu, 194 milyard dollar deməkdir.
Doqquzuncu yeri hazırda həyatda olan insanlardan ən varlısı Bill Qeyts tutur.
"Forbes" "Microsoft" şirkəti təsisçisinin aktivlərinin xalis dəyərini 78.9 milyard dollar dəyərində hesablayıb.
Top 10-luqda sonuncu yeri bütün dünyanın ən uğurlu hərbi rəhbərlərindən biri, Monqolustan imperiyasının əsasını qoymuş Çingizxan tutub.
Mənbə: Salamnews.org
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment