QR Kodlarından Marketinqdə İstifadə

İngilis dilində quick response, yəni "anında reaksiya" mənasına gələn QR kodlarıs, iki ölçülü və adətən kvadrat şəklində istifadə edilən barkodlar olaraq marketinq və reklam məqsədli istifadə edilir. Adətən istifadəçiləri bir məhsulun və ya markanın internet səhifəsinə istiqamətləndirmək üçün istifadə edilən bu kodlar, ağıllı telefonlara yüklənən bir tətbiqetmə (application) ilə işləyir.
             Qısaca tərif etsək QR kod digital dünya ilə fiziki dünyanı bir birinə bağlayan yeni marketinq vasitəsidir. QR kodları gün keçdikcə daha çox istifadə edildiyi üçün markaların daha çox potansial müştəriyə çatması üçün istifadə etdiyi marketing strategiyalarından birinə çevrilməkdədir. Burada istənilən uğurun yaxalanması üçün diqqət edilməsi lazım olan bir neçə məqam var. Həmin məqamlara diqqət edilmədiyi təqdirdə QR kod istifadəsi maliyyətdən başqa bir şey olmayacaq və dəbə uymaqdan başqa bir nəticə verməyəcək.


                QR kodları bir neçə ildir ki, həyatımızın içinə girməyə başlamış olsa da, "QR kod nədir" deyə soruşanda istehlakçıların böyük bir qismi və hətta deyərdim ki çox şirkətlərin rəhbər və idarəediciləri belə bu kodun nə olduğunu bilmir. Buna görə də QR kodunun nə olduğunu və onun gücünün nə dərəcədə olduğunu anlayan şirkətlərin marketinq işləri ilə məşğul olan qurumları, maraqlı fikirlərdən istifadə edərək internet alemi ilə yaxından əlaqədə olan potansial müştərilərə çatmaq istəyirlər.

                Azərbaycanda çoxda istifadə olunmayan bu mettoddan, siz ilk istifadə edənlərdən olaraq öz markanızı vəya məhsulunuzu dahada çox kütləyə təqdim edə bilərsiniz. Bunu etmək üçün mən bir sıra mərhələlər qeyd etmişəm. Bunlar:


  • Bir QR kod yaradın: QR (Quick Response) kod yaratmaq üçün bir çox pulsuz xidmət mövcuddur. Axtarış sisteminde QR code maker yazaraq bu saytlara çata bilərsiniz.
  • Yaratdığınız kodu yoxlayın: Bu kodların oxunması üçün Android market və ya Apple Storedə yer alan bir tətbiqetməyə ehtiyacınız var. Android cihazlar üçün QR Droid, Apple Iphone üçün də QR Code Reader and Skayner işinizi görəcək..
  • Billboardların üzərində, promo məhslulların üzərində, buklet məhsullarının üzərində, kartvizitlərin üzərində, posterlərdə, jurnallarda, elanlarda, mağaza girəcəklərində bu QR kodlarından istifadə edin.

              QR kodlarını düzgün tətbiq etməyiniz lazımdır. QR kodlarını Doğru yerde, doğru zamanda doğru məhsul üçün, doğru reklamda və yaxud elanda istifadə etməsəniz nəticə ala bilməyəcəksiniz.
Xəta 1: Kodu Test Etməmək - QR kod yaradılarkən buraxılan səhvlərdən biri QR kodunun test edilməməsidir. Müəyyən bir məsafədən oxunub oxumadığını ölçmək üçün mütləq test etmək lazımdır.
Xəta 2: Çox Çox Mətn İstifadə Etmək - Yalnız qısa URL kifayətdir. Qr kodlara hər hansı bir düz mətn əlavə etməyin.
İstifadəçi QR kodun mahiyyətinə çatmaq üçün lazım olduğundan çox vaxt itirirsə bu ona rahat və cəzb edici olmayacaq. İstifadəçi QR kodu oxutduğu zaman məzmuna dərhal rahatlıqla çatmalıdır.
Xəta 3: Mobil Olmayan Səhifələr Təqdim Etmək - Saytınızın mobil versiyası olmalıdır. Məhsulunuzu yerləşdirəcək mobil saytlar olmalıdır ki, insanlar mobil telefon ilə rahatlıqla sizin məhsulunuza yönələ bilsin.
Xəta 4: Data Xəttinin Olmadığı Yerlərə QR kod Qoymaq
Bu metodu tətbiq etmə zamanı önəmli olan ən əsas məsələlərdən biridə QR kodunu harada yerləşdirməyinizdir.
Xəta 5: QR Kodlarının Sadəcə Məlumatdan İbarət Olması
Bu nöqtə subyektiv deyil, eyni zamanda ən mühümlərdəndir.  Bir QR koda marağı artırmaq  üçün münasib üsul, QR kodun arxasına endirim, kupon, hədiyyə kimi bir yerkökü bağlamaq istifadəçiləri təltif etməkdir. Mükafat, təşviq etməyə çalışdığınız şeylərə görə dəyişməlidir. Lazımsız və sıxıcı məlumatlardan çəkinin.
Xülasə QR kod istifadə edərkən aşağıdakı başlıqlara diqqət edin;


·         Xüsusi  media, videolar və fotolar istifadə edərək kiçik sahə sərhədsiz məzmundan faydalanın,
·         Mobil dostu tətbiq hazırlayın, ən qısa şəkildə istifadəçi hədəfə çatsın,
·         Anında qazan yarışları, xüsusi təkliflər kupon və hədiyyə ilə QR koda yerkökü bağlayın,
·         QR kodu necə istifadə edəcəyinə dair istifadəçini istiqamətləndirin.

·          Daha düzgün yerləşim yerindən istifadə edin,

Rəyləriniz maraqlı olardı. Dəstək üçün paylaşım edə bilərsiniz. Təşəkkür edirəm.

Cavid Abbasov

Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment