Lap qədim zamanlardan bu günədək insanlar dağ və meşə havasının ekoloji təmizliyini orada olan yaşıllığın və yüksəkliyin olmasi ilə izah edirdilər. Lakin havaya həyat gücü verən başqa səbəb var.
20-ci illərdə sovet alimi A.L.Cijevski öz tədqiqatlarında sübut etdi ki,canlılara həyat verən havanın bu imkan heç də yalnız oksigenin sayəsində deyil. Alim bunu əsaslandırmaq üçün,tam qapalı kameraya buraxılmış siçanları filtr olmuş hava ilə havalandırdı. 5-10 gün sonra heyvanlar getdikcə taqətsiz hala düşmüş, daha sonraki günlərdə isə qidadan imtina etmiş və nəhayət məhv olmuşlar. Maraqlısı isə heyvanlar kamerada tam dəyərli qida ilə təmin olunmuş, kameradaki hava oksigen ile kifayət qədər zəngin idi. Demək ki, canlılar havada olan həyati əhəmiyyətli bir şeydən məhrum idilər. Cijevski bu prosesi 'aeroion aclığı' adlandırmışdı. Belə ki, bu cür filtrlənmiş hava bütün elektrik yüklərindən, o cümlədən mənfi aeroionlardan məhrum olmuşdur.
Həyatın davamlılığı və yaşamaq üçün havanın hər kubsantimetrində ən azi 600 mənfi ion olmalidir. Bu cəhətdən optimal göstərici 3-5 min hesab edilir, halbuki şəhər mənzillərində ion göstəricisi 50-100, küçələrdə isə 100-500-dür. Lakin şəhər əhalisi vaxt-aşırı dağ rayonlarına, dəniz sahilinə,yaxud meşə gəzintilərinə getməsi vacibdir.
Aparilan araşdırmalara görə təbiətdə ən güclü ion 'istehsalçısı' şimşək çaxmaları zamanı müşahidə olunur. Göy gurultuları zamanı havada aeroionun konsentrasiyası 50-100 minə qalxır. Odur ki, yağışlı və şimşəkli bir havadan sonra gəzintiyə çıxmağı, əsasəndə körpələr, ağciyər xəstəliklərindən əziyyət çəkənlərin faydalanması zəruridir. Hal-hazırki dövrümüzdə isə belə 'mənfi ionlara' orqanizmin tələbatı yüksəkdir. Səbəb isə, televizor, komputer, telefonlarda olan musbət hissəciklərin orqanizmdə yüklənməsi və bu texnikanın gündəlik həyatımızın ayrılmaz bir parçası olduğu bir zamanda ehtiyacımızı artırır. Odur ki, sağlamlığınıziı təbiətdən gələn mükəmməl 'dərman'dan məhrum etməyin.!!!'
hech bilmirdim sozun duzu. teshekkurler
ReplyDelete