9 İl Aradan Sonra Özünü Göstərən Plutondan Yeni Görüntü


Plutondan gələn ən yeni fotoşəkil NASA tərəfindən bu gün təşkil olunan mətbuat konfransında media nümayəndələrinə göstərilib. Fotoda cırtdan planetin ləqəbli Plutonun buzlu dağ sıraları görünür. Təxminən 3500 metr hündürlükdə olduğu bildirilən dağların yaşının isə 100 milyon ildən "gənc" olduğu açıqlanıb.

Plutondan yeni görüntü


Plutonun keçdiyimiz günlərdə kameralara əks olunan parlaq və ürək şəklindəki hissəsi, planet fırlandıqca özünü daha da göstərdi və onu yaxından öyrənməyə imkan verdi.

 Maryland Johns Hopkins Universitetində keçirilən mətbuat konfransında, New Horizons Layihəsinin səbəbkarı Alan Stern, verdiyi açıqlamada, Pluton-dan ilk yaxın çəkiliş və yüksək keyfiyyətli fotonun planetdə geoloji fəallıqlara sübut xarakteri daşıdığını deyib.

Plutonda dağa oxşar quruluşların olduğunu ifadə edən New Horizons qrupundan tədqiqatçılar, buzlarla örtülü dağların təxminən 3 min 500 metrlik hündürlüyə malik olduğunu bildirib. Dağların yaşının 100 milyon il daha gənc olduğunun təxmin edildiyini söyləyən tədqiqatçılar, "Bu da cırtdan planetin geoloji olaraq aktiv olduğunu göstərir" söylədi.

Plutonun ən böyük peyki Charon


New Horizons tərəfindən çəkilən fotolar, həmçinin Plutonun ən böyük peyki Charonda dərin dərələrin olduğunu göstərir.


Günəş sistemindəki səfərinə 19 Yanvar 2006-da Floridadakı Cape Canaveral kosmos bazasından kosmosa göndərilən New Horizons, 9 il 6 aydır ki, fəaliyyət göstərir.

New Horizons, Plutondan başqa onun peykləri Charon, Styx, Nix, Kerberos və Hydrada da araşdırmalar aparır.

Yazının Paylaşımı zamanı saytımıza istinad mütləqdir.

www.OxuZali.com


Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment