New Horizons 9 İllik Səyahət Sonrası Pluton-a Ən Yaxın Məsafəyə Çatdı


Bugün, "New Horizons" kosmik gəmisi Bakı vaxtı ilə 16:49-da Plutona ən yaxın məsafəyə çata bildi. Yer planetinin sakinləri, həyatımızda ilk dəfə olaraq Plutonu çox yaxından və canlı izləyə bildi.


Bu zamana kimi bu foto Plutonun ən yaxın və dəqiq görüntüsüdür.



Amerika Aviasiya və Kosmos Dairəsinin (NASA) Twitter hesabından yayımladığı fotoşəkil, doqquz ildir ki, kosmosda səyahət edən kosmik gəmidən gələn ilk görüntü. Kosmos aparatı Pluton-a ən yaxın uçuşu Bakı saatı ilə 14:49-da həyata keçirib.




NASA-nın görkəmli Pluton-dan ilkin baxış başlığı ilə bölüşdüyü şəkilin altına bu qeyd yazılıb: "Cırtdan planet, 9 ildir 3 milyard mil yol qət edən New Horizons kosmik gəmisi vasitəsilə dünyaya bir məhəbbət arayış göndərib. Bu fotoşəkil, bu gün keçiriləcək ən yaxın uçuşdan əvvəl alınan son və ən ətraflı görüntüdür".


NASA-nın Twitter səhifəsində, planetin üzərində görünən ürək şəkli istifadə edilərək, "Pluton-u sevirəm" yazısı paylaşılıb.


New Horizons, günəş sistemindəki səfərinə 19 Yanvar 2006-da Floridadakı Cape Canaveral kosmos bazasından saatda 58 min 536 kilometr sürətlə irəliləyərək başlamışdı.

Mars və Yupiteri keçən New Horizons Pluton-a təxminən 12 min kilometr yaxınlaşa bildi. Doqquz illik missiyanın sonuna gələn New Horizons 1930-cu ildəki kəşfindən bu yana sirrini qoruyan Pluton ilə bağlı bu günə qədərki ən müfəssəl görüntülərini əldə edə bildi.

Pluton-un daha əvvəlki görüntülərini Habbl Kosmik Teleskopu çəkmişdi.

Yazının paylaşımı zamanı istinad mütləqdir.

www.OxuZali.com
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment