Əfsanələr, rəvayətlər
heç də boş yerdən yaranmayıb. Onlar nə qədər şişirdilmiş, fantaziyalı
görünsə də, bu və ya digər real tarixi əsasa malikdir. Burada isə
'adamyeyənlər', qaniçənlər', bir sözlə Vampirlər barədə danışmaq
olar. İnsan simasını itirmiş bu varlıqlar bəşəriyyətə lap qədimdən
məlumdur.
Yaxın vaxtlara qədər vampirizm carəsiz bəla hesab olunsa da, tibbi
nailiyyətlərin genişlənməsi qan hərisliyinə düçar olan insanlar üçün
səmərəli müalicəni mümkün etmişdir. Dünya şöhrətli həkim, Kaliforniya
Universitetinin professoru Ueyn Tikkanen uzun illərin gərgin əməyi
sayəsində nəinki vampirləşmənin səbəblərini tam aydınlaşdırmış, həçminin
bu cür xəstələri müalicə etməyə müvəffəq olmuşdur.
Vampirizmə
gedən yol Porfiriya adlanan xəstəlikdən başlayır. Bu xəstəlik zamanı
qanda bir sıra genetik pozgunluqlar yaranır,toxumalarda piqment
mübadiləsi dagınıq xarakter alır. Günəşin ultrabənövşəyi şüaları
orqanizmdəki hemoqlobinin qeyri-zülali hissəsi olan 'hem'in azalması
(yəni dəmirin ) zəhərli maddəyə cevrilir ki, bu da dərialtı toxumanın
yeyilib dagılmasına səbəb olur. Xəstənin dərisi qəhvəyi rəngdə
olur, zərifləşir, hətta zəif gün şüalarının təsirindən çatlayır, çürüyərək
kəskin pis qoxu yaranır. Prosesin davam etməsi sümüklərin
deformasiyasına, ətrafların, əsasən barmaqların eybəcər sürətdə
əyilməsinə səbəb olur. Xəstələr psixi olaraq ciddi sarsıntılar
keçirir.
Dəhşətli ağrılar xəstəni günəş şüalarından hər vasitə ilə gizlənməyə məcbur qoyur. Buna görə də, gündüz vaxtı onları görmək mümkün deyil. Qaranlıq düşməsilə hərəkətə gələn vampirlər çiy ət və qan ovuna çıxırlar. Qan içərkən ağrını unudur, çünki qanda olan lazimi maddələr pozulmuş mübadiləni müəyyən qədər bərpa edərək bir müddət sakitləşdirir. Sonra dəhşət yenidən təkrar olunur. Müntəzəm ağrılardan dəhşətli hala düşmüş qaniçənlər özlərindən fiziki cəhətdən güclü adamlari da 'ovlaya'bilirler. Ovlarini öldürmek,yaxud yarimçiq vəziyyətə salmaqla susdurmaq mümkündür. Bundan sakitləşən vampir isə bütün günü qaranlıq bir guşədə yatır ve gecə yenidən qan axtarışına başlayır.

Professor
Tikkanen əsas diqqəti porfiriya xəstəliyinin yaranma səbəblərinin
aşkarlanmasına və aradan qaldırılmasına yönəltmişdir. Məlum olmuşdur
ki,bu xəstəlik əsasən,yaxın qohumların nigahından törəyir. Qan qrupu eyni
olan adamların cinsi yaxınlığı əksər hallarda bu xəstəliyə zəmin yaradır. Transilvaniyanın dağlıq rayonlarında yaşayan yarımvəhşi adamlar
arasında vampirizmin geniş yayılması göstərilən səbəblə izah
edilir. Tikkanen də məhz ailə quran gənclərə bu baxımdan maarifləndirilmə
aparılmasını vacib sayır.
www.OxuZali.com | Aysel Ağayeva
0 yorum:
Post a Comment