Tarixdə bu gün | Böyük London yanğını

Böyük London Yanğını, 2 Sentyabr 1666 Bazar günü Londonun orta təbəqələrində başlayaraq 5 Sentyabr Çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakətidir.

Yanğın, Romalılar dövründən qalma şəhər divarlarının içində qalan Orta Əsr şəhərini viran etmişdir. Kübarların yaşadığı bölgə olan Westminsterı, dövrün kralı II. Çarlzın yerləşdiyi Whitehall Sarayını və gecəqondu məhəllələrini təhdid etmişsə də yanğın bu bölgələrdə dağıntıya səbəb olmamışdır.

Yanğın 13.200 evi, 87 məhəllə kilsəsini, St Paul Kilsəsini və bir çox rəsmi qurumun binasını kül etmişdir. Şəhərin 80.000 sakininin təxminən 70.000-ini bu yanğında evini itirdiyi güman edilir. Yanğında həyatını itirənlərin sayına dair qəti bir məlumat yoxdur, ölənlərin yalnız bir neçəsi qeydiyyatdan keçirilmişdir. Orta sinifə mənsub şəxslər ilə yoxsulların ölümləri heç bir zaman hesablanmadığı və alovun istiliyinin insan bədənindən qalıq buraxmayacaq dərəcədə yüksək olduğu nəzərə alındığından, son dövrlərdə ölü sayının olduqca az olduğunun doğruluğu haqqında fikir ayrılıqları vardır.

Yanğın, 2 Sentyabr günü gecə yarısından dərhal sonra, Tomas Farriner adlı bir nəfərin işlətdiyi, Pudding Küçəsində yerləşən çörək sobasında başlayıb və sürətlə ətrafa yayılıb. Dövrün başlıca yanğın söndürmə üsullarının istifadə edilməsi və müəyyən bölgələrə sədd çəkilmə prosesi, dövrün London Bələdiyyə Sədri Tomas Bloodworthun qətiyyətsizliyi səbəbi ilə böyük ölçüdə gecikdi. Bazar gününün gecəsi hərəkətə keçilməyə qərar veriləndə küləyin təsiri ilə kürənin olduğu bölgədəki alovlar fırtına ilə birlikdə sürətlə yayılmağa başlamışdı.

Yanğın bazar ertəsi səhər istiqamətini şimala, şəhərin ürəyinin döyündüyü nöqtəyə çevirdi. Şəhərin küçələrindəki asayiş və durğunluq, şübhəli xaricilərin yanğını qəsdən başladıqları söyləntilərinə görə pozuldu. Eyni zamanlı olaraq davam etməkdə olan II. İngiltərə-Hollandiya Müharibəsinin təsiri ilə şəhərdə meydana çıxacaq evlsizlər qorxusu Fransızlar və Hollandiyalılar üzərində cəmləşdi və bu dövrdə bu azlıq qruplar küçə hücumlarına məruz qaldı. Çərşənbə axşamı yanğın şəhərin hər tərəfinə yayıldı.

Alovlar St Paul Kilsəsini kül edərək II. Çarlzın yerləşdiyi Whitehall Sarayına çatdı. Əhatəli bir əməkdaşlıq ilə yanğının saraya sıçraması qarşısı alındı. Yanğına qarşı verilən mübarizənin qazanılmasında ən əhəmiyyətli iki amilin şərqdən əsən küləklərin səngiməsi və London Qülləsi Qarnizonunun alovu dayandırmaq üçün barıt istifadə edərək aldığı tədbirlər olduğu güman edilir.

Fəlakətin Londona və London xalqına təsirləri olduqca ağır olub. Fəlakətdən zərər görmüş olan şəxslərin Londondan azad edilməsi və bir başqa yerə yerləşdirilməsi, evsiz qalanların çıxaracağı qiyamdan qorxan Kral II. Çarlz tərəfindən qüvvətlə dəstəklənmişdir. Yanğından sonra köklü dəyişikliklər ehtiva edən bir çox düzəlişə qarşı London, fəlakətdən əvvəlki formasına uyğun olaraq, eyni prospekt və küçə planları yenidən abad edilmişdir

Kamil Adgözəlli | www.OxuZali.com


Yazının paylaşımı zamanı saytımıza istinad vacibdir
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment