DAHİLƏR DÜNYAYA NECƏ GƏLİR? (II HİSSƏ)

Budapeştdə Macar alimləri yaradıcı bacarığa sahib insanlarla psixopatik və depressiyadakı xəstələrdə ortaq genetik xüsusiyyətlər askarladı.

Araşdırmalara görə beyin inkişafı üzərində çox təsirli bilinən Neureqlin-1 adlı genin bir variasiyası insanlarda dahi və yaradıcılığı  artırarkən ,
eyni zamanda şizofreniya ve şəxsiyyət pozğunlugu kimi ruhi xəstəliklərin də yaranmasında rol oynayır.

Bunu təsdiqləmək üçün,özünü yaradıcı, bacarıqlı  və üstün zəkalı hesab edən bir qrup şəxslə çalışdılar.Nəticədə isə həmin Neureqlin -1 geninin varligi isbatlandı və bu insanın yaradıcılığı ilə birbaşa əlaqəli imiş.

Həmin araşdırma qrupunun lideri Dr.Szabolcs Keri ,bəzi ruhi xəstəliklərə yol açan bu genlərin bir çox insanda oldugunu və bunların əksəriyyətinin olduqca bacarıqlı və yaradıcı bir həyat sürdüyünü söylədi.Keri'ye görə Sylvia Plath,Vinsent Van Qoq kimi 'həm dəli həm dahi' olaraq qəbul edilən sənətkarların bu vəziyyəti Neureqlin-1 variasiyasini dasıdığını isbatlayir (DARP-32 adli gen ).

Fridrix Nitse,Fridrix Holderlin kimi dahilərin əsərləri onlardakı  psixi xəstəliklərlə  birbaşa əlaqəlidir.
Bethoven,Mozart,Hans Kristiyan Andersan ,Albert Eynsteyn və İmmanuel Kant kimi tarixin ən  yaradıcı simaları məhz Asperger Sindromundan əziyyət çəkmislər.

Dahilərin psixiatrik portretlərini çixaran Professor Michael Fitzgerald məhz bu sindromun yaranmasinda həmin Neureqlin-1 geninin rolunu təsdiqləyir.Fitzgerald,Asperger Sindromunun insanların qurdugu sosial əlaqələrinə təsir etdiyindən belə şəxslərdə incəsənətin müxtəlif sahələrində və riyaziyyat sahəsində böyük dühaya sahib olduğunu bildirir.

Aysel Ağayeva | www.OxuZali.com

Yazının paylaşımı zamanı saytımıza istinad mütləqdir.


Yazının birinci hissəsi keçmək üçün keçidə daxil olun.  <<1-ci Hissə>>
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment