Dünyanın ən zəkalı insanları arasında göstərilən Eynşteynin illərdir saxlanan beyin hissəcikləri Philedelphiadaki bir muzeydə sərgilənir.
Dünya tarixinin ən zəkalı insanları arasında sayılan Albert Eynşteyn, 1955-də ölümündən əvvəl "Kimsə sümüklərimi tapmasın"
deyərək cəsədinin yandırılmasını istəmiş və bu istəyi yerinə gətirilərək, külləri ABŞ-ın şimal-şərqindəki Delaware Çayına buraxılmışdı. Ancaq daha sonra Eynşteynin yandırılan bədənində beyni və gözləri olmadığı məlum olmuşdur.
Cənazəsi ziyarət üçün getdiyi Prinston Universiteti Xəstəxanasında, Eynşteynin beyninin bir hissəsini icazəsiz olaraq alıb 46 hissəyə ayıran Doktor Tomas Harvey, beyni 2011-ci ildə Philedelphiadaki Mutter Muzeyinə bağışlamışdı. Muzeyə gətirilən Eynşteynin beyninin boz maddəsi, muzeyin ən çox ziyarətçi çəkən hissəsini təşkil edir.
0 yorum:
Post a Comment