22 avqust 1911ci ildə Luvrdan Leonardo Da Vinçinin “Cakonda”sı oğurlanır. Oğurluqda məşhur şair Appoliner və hətta Pablo Pikasso şübhəli bilinir.
Şüşəçi “Mona Liza”nın ona “uşaqlıqdakı sevgilisinin” gülüşünü xatırladan gülüşünə vurulur. Bu gülüşü görə də o, şəkili oğurlayaraq təklikdən ondan 2 il həzz almışdı.
Vinçenzo Perudjia(şüşəçinin adı bu cür idi) bildirirdi ki, şəkili oğurlayaraq o əsl vətənpərvərliyini nümayiş etdirib. O bunu məşhur rəsmi öz vətəninə qaytarmağıynan izah edirdi. Bununla o, Napoleonun İtaliyada etdiyi oğurluqlara etiraz etdiyini bildirirdi. Onun bunu hansı səbəbdən etdiyindən asılı olmayaraq, iki ildən sonra o şəkili satmaq istəyərkən polis tərəfindən tutulur. Lakin, “Cakonda”sız iki il ərzində Fransada demək olar ki, ümumxalq fəlakəti baş vermişdi. Vəziyyə o yerə çatmışdı ki, oğurluqda məşhur şair Appolinerdən də şübhələnirdilər.
“Cakonda”nın qeyb olması haqqda 22 avqust 1911ci ildə məlum olur. Rəssam Lui Beru ondan bir nüsxə hazırlmaq istəyərkən rəsmin həmişəki yerində olmadığını görür. Lakin bu onu narahat etmir, hətta o, mühafizəçiyə zarafatyana deyir: “Əgər qadın ona aşiq olanın kişinin yanında yoxdursa, deməli o bu zaman fotoqraflar üçün poza verirlər.”
Saat 11də geri dönən Beru “Cakonda”nı yenidən öz yerində tapmır. O, mühafizəçini Luvrun fotoqrofunun yanına göndərərək çəkilişi nə vaxt bitirəcəyini öyrənməsini xahiş edir. Fotoqraf bildirir ki, o, şəkili götürməyib. Bununla da, panika başlayır. Polis rəisi Lepin dərhal 60 inspektoru ilə birgə Luvra gəlir. Onlar Luvrun hər millmetrini araşdırır. Lakin “Cakonda”nı tapmaq mümkün olmur.
Yeganə sübut təzəlikcə qoyulmuş təhlükəsizlik şüşənin üstündə olan barmaq izi idi. Luvrun 257 işçisinin hər biri ilə bu barmaq izi tutuşdurulur. Uyğunluq tapılmır. Heç kimin ağlına şüşəni ora yerləşdirən usta ağlına gəlmir. Bu cür səs-küydən sonra Luvrun direktoru istefa verməyə məcbur olur.
Bu oğurluq “Cakonda”nı bir qədər də məşhurlaşdırır. Luvrun qabağında sadəcə o boş yeri görmək üçün gəlmiş insanların növbəsi durur. Mona Lizaya həsr olunmuş mahnılar dillərdən düşmür, Parisdə qızlar Mona Lizanın maskalarını taxaraq rəqs edirlər. Bir sözlə, Mona Liza əsl ulduza çevrilir. Elə bir təssürat yaranır ki, Mona Liza sadəcə buxarlanıb. Və birdən iki ildən sonra, Mona Liza gözlənilmədən itdiyi kimi də gözlənilmədən İtaliyada peydə olur. İtaliyada bir mədəniyyət əşyaları taciri Vinçenzo Leonarda adlı birindən məktub alır. Məkutbda Vinçenzo tacirə “Mona Liza”nı satmağı təklif edirdi. Bunan inamayan tacir, hər ehtimala qarşı Florensiyada yerləşən qallereyanın dirketoruna onunla birgə tacirin təyin etdiyi görüş yerinə getməyi xahiş edir. “Tripoli” otelinə gələn tacir və qallereya direktoru Vinçenzo ilə görüşürlər. Vinçenzo onlara rəsmi göstərir, və onlar sadəcə olaraq gözlərinə inanmırlar. “Cakonda”nın özü! Onların hər iki dərhal polisə bu haqqda xəbər verirlər. Polis dərhal bu haqqda tədbir görür və Leonardonu həbs edir. Leonardo etiraf edir ki, onun əsl adı Vinçenzo Perudjidi və məhz o, 1911ci ildə təhlükəsizlik şüşəsini yerləşdirib. O, etdiyi oğurluğu etiraf edir və bildirir ki, “gözəli vətəninə qaytarmaq istəyirdim”.
Oğurluq uşaq oynuna bənzəyirdi. 21 avqust, Luvrun bağlı olduğu gün o, gizlincə Luvra daxil olur, Mona Lizanın saxlandığı “Karre” zalına gedir və çərçivədən çıxararaq onu götürür. Heç kim ona heç fikir də vermir. Şüşəni kəsdiyi stolun altına rəsmi qoyan Perudji sakitcə muzeydən çıxır və iki il “Cakonda” haqqda heç kimə bir söz demir. Uğursuz “satış”dan sonra isə həbs olunaraq cəmi 1 il həbs cəzası ilə ittiham edilir. Bütün bunlara baxmayaraq, bir çox italyanlar onu həqiqətən də milli qəhrəman sayırdılar. “Cakonda” Luvra təhvil verilir və 4 iyulda özünün həmişəki yerində asılır.
mənbə: marifia.com
0 yorum:
Post a Comment