1-ci Beynimizin saxlama tutumu nə qədərdir?
1-ci Beynimizin saxlama tutumu nə qədərdir?Northwestern Üniversitesiden psixoloq Paul Reber "İnsan beynində təxminən 100 milyard neyron var. Bu neyronların hər biri orta hesabla 1000 əlaqə qurur və bu da təxminən 1000 potensial sinaps mənasına gəlir.
Məlumatların toplandığı bu sinapslarının ümumi sayına baxanda 100 trilyon məlumat nöqtəsinə, yəni qüsursuz işlənən bu əlaqələr beyində 100 TBLIK bir saxlama sahəsinə çatdırır"
2-ci Orqanizmimizin əsaslanacağı ən yüksək istilik neçə dərəcədir?
Professor Ahmet Karadeniz "İstiliyin yüksəlməsi bədənin təbii müdafiə üsuludur. Ümumiyyətlə, bədənin temperaturunun yüksəlməsilə yanaşı bakteriyaların optimal yaşama temperaturları dəyişir. İstədikləri temperaturu tapmadıqları üçün də ölürler amma istilik 42 dərəcə olduğu zaman insanın öz bədən zülalları da yumurta ağının qatılaşması kimi pozulmağa başlayır".
3-cü Qulaqlarımızın çatacağı ən həssas səs səviyyəsi neçədir?
İnsan qulağı 20 Hers (R&b konsertindəki bas gitara) ilə 20 000 Hers (ağcaqanad vızıltısı) arasındakı səsləri eşitdiyi hesab edilirdi. Amma su altındakı dalğıcların eşitmə testlərini aparan bir tədqiqatçı dalğıcların 100 000 Hersə qədər ki, tezlikləri qəbul etdiyini müşahidə elədi. Tədqiqatçıya görə səs, kəllə sümükləri vasitəsilə titrəyiş halında birbaşa beyinə çatır.
4-cü Yalnız su içərək neçə gün ac qalmaq olar?
Bədən çəkinizin 30%-ni itiridikdə, hər an ölə bilərsiniz, amma aclıqdan əvvəl böyük ehtimalla bir xəstəlik səbəbindən olacaq. Dünyada həkimlər bir insanın ac qalaraq amma su içərək 56 günə qədər yaşadıqları məsələsində həm fikirdirlər. Bədəndəki yağ miqdarı, metabolizm sürəti, havanın temperaturu və qətiyyət bu müddətdə ən həlledici amillərdir.
5-ci Qaça-qaça çatacağımız ən yüksək sürət nə qədərdir?
Usain Bolt 2008 olimpia oyunlarında 100 metri 9.58 saniyədə qaçanda "Bir insanın çatacağı ən yüksək sürət budurmu? sualı araşdıran tədqiqatçıların əldə etdiyi nəticələr çərçivəsində bir gün bir insanın 100 metri 9.48 saniyəyə qaça biləcəyi nəticəsinə gəldilər.6-cı Ən yüksək qan itkisi nə qədər ola bilər?Qanınızın 30% axıb getsə də yaşaya bilərsiniz. Əgər 40%-ə çatarsa təcili qana ehtiyacınız vardır.
6-cı Ən yüksək qan itkisi nə qədər ola bilər?
Qanınızın 30% axıb getsə də yaşaya bilərsiniz. Əgər 40%-ə çatarsa təcili qana ehtiyacınız vardır.
7-ci Çata biləcəyiniz ən yüksək kilo nə qədərdir?
Həkim Gregg Kai Nishi" Normal bir insan 5g qüvvəyə tab gətirə bilər sonrakı qüvvələrdə isə huşunu itirər. Bu da 350 kq ağırlığa bərabərdir. Bunun üstünə çıxan insanlar ümumiyyətlə yaşamır". Gəlmiş keçmiş ən çəkili insan olaraq qeydlərə keçən Con Brower Minnoch 635 kiloya çatmış yeganə insandır. 1983-cü ildə 42 yaşında həyata gözlərini yummuşdur.
8-ci Su içmədən neçə gün yaşaya bilərik?
Bir çox mənbədə "Avstraliyalı bir gənc 1 Aprel 1979 da həbs olunmuş, həbsxana kamerasına qoyulmuş və 18 gün orada unudulmuşdur. Tapıldığında isə aclıqdan və susuzluqdan ölmək üzrə olmuşdur. İngilis dilli mənbələrə baxdığımız gəncin susuzluğunu aradan qaldırmaq üçün divarda yığılan rütubəti yalayaraq həyatda qalmağı bacardığı məlum olmuşdur .Günde itirdiyiniz təxminən bir litr suyu əvəzinə qoymasanız, bir həftədən çox dözə bilmərsiniz.
9-cu Oksigen dəstəyi olmadan çıxacağımız ən çox yüksəklik nə qədərdir?
Dünyanın ən yüksək dağı olan 8.848 metrlik Everestin zirvəsinə qalxma sınaqları bir çox dəfə xəbərlərə mövzu olmuş və bu uğura nail olanların ümumi oksigen dəstəyi alaraq məqsədlərinə çatmışdılar. 1981-də 14 elm adamı oksigen dəstəyi olmadan Everestə dırmaşmağa çalışıb. Amma içlərindən yalnız ikisi zirvəyə çatmağa nail ola bilmişdi. Gəldikləri nəticə bir insanın ucalıq tolerantlığı Everestin yüksəkliyindən sadəcə bir az fazla.
10. Gözlərimiz ayırd etdiyi ən çox rəng sayı necədir?
Ortalama bir insan gözü təxminən 900 min rəngi ayırd edə bilir.
Yazının paylaşımı zamanı sayta istinad mütləqdir.
www.OxuZali.com
0 yorum:
Post a Comment