Marsda Həyata Dair Yeni İzlər Tapılıb!

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi Nasa, ötən ayın sonunda Mars səthində maye halda su müşahidə etdiklərini açıqlamışdı. Mars Kəşfiyyat Peykinin çəkmiş olduğu görüntüləri araşdıran alimlər, dövri olaraq görünən izlərin duzlu su olduğunu müəyyən etmişdi.

Bu açıqlamanın üzərindən çox keçmədən Marsda həyata dair yeni izlər olduğu müşahidə edilib. Marsdakı Gale Kraterində qayalarla bağlı araşdırmalar aparan kosmos aparatı Curiosity, kraterin dibində narın dənəli qum daşlarını müşahidə edib. Alimlər bu qum daşlarının göl bənzəri bir quruluşa işarə edə biləcəyini açıqlaması Marsda həyata aid iddiaları qüvvətləndirir. Təbii ki, kosmos aparatının əldə etmiş olduğu bu məlumatların Marsda həyat olduğunu təsdiq etmədiyini qeyd etməkdə fayda var. Qeyd etmək lazımdır ki, NASA-nın əldə etdiyi bu məlumatlar bir vaxtlar Marsın su və mikrob böyüməsinə uyğun bir yer olduğunu göstərirdi. NASA daha əvvəldən apardığı tədqiqatda da Marsda qədim bir şirin göl kəşf etdiyini bildirmişdi.
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment