Dünya Tarixinin Gedişini Dəyişən 18 Kitab

Kitablar uzun illərdir ki, insanın bilik potensialını sonrakı nəsillərə çatdırmağın ən mühüm vasitə oldu. Bununla yanaşı bəzi kitablar, dünyanın və insanın taleyini dəyişdirməklə yanaşı, ölümsüz kitablar, yazıçılarını da əbədiləşdirdi.

Dünya tarixini dəyişdirən kitabların başında müqəddəs kitablar gəlir. Ancaq sıralamanı edərkən insanların qələmə aldığı kitabları seçdik.

Qarşınızda tarixin axarını dəyişdirən 18 kitab.


1-ci "Kommunist Manifest", Karl Marks-Fridrix Engels

 "Kommunistlər, öz fikirlərini və niyyətlərini gizlətməyə tənəzzül etməzlər. Hədəflərinə ancaq bütün mövcud quruluşun zorla dağıdılması əlilə açıq şəkildə elan edirlər. Qoy hakim siniflər bir kommunist inqilab qorxusuyla sarsılsınlar. Proletariatın zəncirlərindən başqa itirəcək bir şeyi yoxdur. Qazana biləcəkləri bir dünya var. Bütün ölkələrin proletarları birləşin"!

 1848-ci ildə Karl Marks və Fridrix Engels tərəfindən dərc olunan Kommunist Manifestə aid bu çox güclü sətirlər bir çox ölkədəki siyasi inqilaba ilhamını vermişdir. Hələ də verməkdədir...

 2-ci "Philosophiae Naturalis Principia Mathematica" Ser İsaak Nyuton

 Nyutonun kitabı "Təbiət Fəlsəfəsinin Riyazi Prinsipləri" bəziləri görə dünyanın ən məşhur ancaq ən az oxunan kitablarının başında gəlir. Kitabı öz zamanında oxuyan və həqiqi mənada anlayan insanların sayı bir düjünü keçmir. "Principia Mathematica" təxmin ediləcəyi kimi, nəzəri fizika və astrofizika üzərinə yazılmış texniki bir kitabdır. Kitab cisimlərin hərəkəti, günəş sistemi, universal cazibə qanunu, diferansial hesabın açıqlanması, zaman-məkan kimi məsələləri müzakirə etmişdir.

 Hər nə qədər zaman və məkana bağlı fikirləri Eynşteynin "Xüsusi və Ümumi Əlaqə Qaydaları" ilə aşılsa da hələ dünyanın açıqlanmasında və mühəndislik sahəsində Nyutonun kəşf etdiyi qanunlar böyük rol oynayır.

 3-cü "Növlərin Mənşəyi", Çarlz Darvin

Ölkəmizdə "insanın atası meymun mudur?" kimi məşhur və gündəlik mübahisələrlə edilsə də Darvinin kitabı bu gün elm adamları tərəfindən qanun olaraq görülən bioloji təkamül nəzəriyyəsini ilk dəfə sitemli şəkildə ortaya qoymuşdur. 1859-ci ildə nümayiş olunan kitab, Darvinin xüsusilə Galapagos Adalarında sıxlaşan 5 illik araşdırma səfərinin məhsuludur. Kitab yayımlandığı dövrdə böyük səs-küy qopardı. Xüsusilə dini dairələrin reaksiyasını çəkdi.

Elm və fəlsəfə dünyasında isə böyük əks-səda və həyəcan oyandırdı. Marks, "Növlərin Mənşəyi" üçün Engelsə belə deyirdi: "İşdə bizim tarixi düşüncəmizin bioloji təməli."

4-cü "Göy Kürəciklərin Dönüşləri Üzərinə", Nicolaus Copernicus

Bugünkü dünya görüşünün formalaşmasında və müasir astronomiyanın təməllərinin atılmasında ən böyük töhfəni Copernicus (Kopernik) vermişdir. "Göy Kürəciklərin Dönüşləri Üzərinə" (Də Revolutionibus Orbium Coelestium) adlı əsərində Copernicus Batlamyusun 1500 illik yer mərkəzli, sabit kainat dizaynını yıxan, dünyanın özünün və günəşin ətrafında döndüyü istiqamətindəki hesablamaları ilə çox böyük bir elmi inqilaba imza atdı və bütün dünya tarixinə dərindən təsir etdi.



5-ci "İki Böyük Dünya Sistemi Haqqında Dialoq", Qalileo Qaliley

1632-ci ildə çap olunan kitab Roma Papası 8-ci Bədəvi tərəfindən Qalileoya verilən xüsusi icazə və razılıq Copernicusun günəş mərkəzli kainat ideyası üzərində obyektiv bir araşdırma aparması üçün tapşırıq verməsi ilə ortaya çıxmışdır. Kitabını üç fərqli xarakter üzərindən quran Qalileo bu obrazlar vasitəsilə kainat sistemini müzakirə etmişdir. Kitabında yer alan fikirlər isə Copernicusu dəstəkləyənincə, Kilsənin təzyiqlərinə məruz qalan Qalileo haqqında İnkivizisiya prosesi başlamış və fikirlərindən geri addım atmağa məcbur edilmişdir. Tarixin ən mühüm kitablarından olan bu elmi əsər, bəşəriyyətin kainata və dünyaya baxışını dönməz şəkildə dəyişdirmişdir.

6-cı "Xüsusi və Ümumi Əlaqə Qaydası", Albert Eynşteyn

Dahi deyildiyində bəlkə ağla ilk gələn ad olan yəhudi əsilli Alman nəzəri fizikaçı Albert Einstein, 1905-ci ildə ard-arda çox əhəmiyyətli məqalələr yayımladı.
Kimiləri bundan ötəri 1905-ci ili "möcüzəvi il" olaraq adlandırdı. Einstein fikirlərini inkişaf etdirərək 1916-ci ildə "Xüsusi və Ümumi Əlaqə Qaydası" nı yayımladı. Eynşteynin görüşləri elm, düşüncə və sənət ətraflarında çox böyük bir təsir və heyranlıq oyandırdı. 200 illik Newton mexanikasının zaman və məkan qəbulu tamamilə dəyişdi.








7-ci "Yuxuların Yozumu", Ziqmund Freyd

Müasir düşüncənin inkişafında Vyanalı nevroloq Sigmund Freydin töhfəsi heç vaxt nəzərdən qaçırmaq olmaz. 1900-cü ildə çap olunan "Yuxuların Yozumu", onun sonralar daha da inkişaf etdirəcəyi fikirlərinin mənbəyi deməkdir. Bu gün gündəlik həyatda da tez-tez istifadə edilən başda şüuraltı olmaq üzrə bir çox anlayış inkişaf etdirən Freyd, xüsusilə seksuallıq üzərində düşüncələri ilə günümüzdə belə tez-tez ona istinad verilən və çox müzakirə edilən bir ad olmağı davam etdirir.







8-ci "Novum Organum", Francis Bacon

Tam adı ilə, "Yeni Orqanon və ya Təbiətin və İnsanın Krallığının Şərh edilməsinə uyğun Doğru Yol", Bekonun yeni bir elmi metod, yeni bir elm fəlsəfəsi və məntiq təklif etdiyi yaradıcılığıdır. Bekon əsərində, köhnə düşüncənin, batil inancların, zehni bütlərin yıxılmasına verdiyi əmək və ortaya qoyduğu metodologiya ilə müasir elmin genişlənməsində böyük rol oynamışdır.











9-cu "Dövlət", Platon

Dialoqlarında müəllimi Sokratı danışdıran Platonun məşhur kitabı "Dövlət" yüzlərlə ildir ki, siyasət və dövlət fəlsəfəsi üzərində baş sındıranlar, "ideal dövlət, cəmiyyət necə olmalı"?, - deyə soruşanların təkrar-təkrar oxuduğu bir kitabdır. "Dövlət" oxunmadan siyasət üzərinə söylənən hər şey yarımçıq qalacaq...













10-cu Millətlərin Zənginliyi" Adam Smith

Marks əgər kommunizmin atası isə kapitalizmin atasının da Şotland filosof Adam Smit olduğu deyilə bilər. Smitin iqtisadi böyümə üzərində fikir və düşüncələri o qədər təsirli oldu ki, bütün keçmiş iqtisadi görüşlərin tərk edilməsinə yol açdı. Smit məşhur "laissez-faire, laissez-passer" (buraxın etsinlər, buraxın keçsinlər) prinsipini mənimsəmişdir və azad bazar iqtisadiyyatının inkişafında böyük rolu olmuşdur.










11-ci  "Prens", Niccolo Machiavelli

Bu gün Makyavelist sözünü eşidəndə ağla siyasi hakimiyyət və mənfəət uğrunda hər şeyi edəcək, heç bir etik dəyəri olmayan şeytani bir tip gəlir. Məhz bu söz İtalyan siyasi filosofu Nikolo Machiavellinin adından gəlir. Makiavelli, başqa kitablar da yazmış olsa da pis şöhrətini əsas olaraq "Şahzadə" adlı kitabından qazanmışdır. Makiavelli, bu kitabında hakimiyyət sahiblərinə müxtəlif təkliflər gətirir. Ancaq əksəriyyətlə pisniyyətli bu təkliflər, əslində Machiavellinin ideal idarəçilik planında yoxdur. O "Şahzadə" də olmalı gərəkəni deyil, olanı bildirmişdir. Makiavelli bu əsəri ilə kimlərəsə görə siyasət elminin banisi qəbul edilmişdir və demək olar ki, Marksdan sonra dünya siyasətinə ən çox təsir edən ad olmuşdur.






12-ci "Qadın Hüquqlarının Müdafiəçisi" , Mary Wollstonecraft

1792-ci ildə yazılan kitab, qadın haqlarının və feminizmin ilk əhəmiyyətli, sistemli və cəsur kitabı qəbul edilir. Qadınların da kişilər kimi insan olduğunu və kişilərin malik olduğu və istifadə etdiyi hər haqqın qadınlar üçün də keçərli olması lazım olduğunu müdafiə edən, qadınların təhsilinə böyük önəm verən Mari Wollstonecraft, əsəri ilə qadın haqları mübarizəsinin başda gələn nümayəndələrindən biri olmuşdur.











13-cü "Mülki İtaatsizlik," Henry David Thoreau

Amerikalı filosof Henri Devid Thoreaunun kitabı "Mülki İtaətsizlik" kobud şəkildə "fərdin dövlət üçün deyil; Dövlətin fərd üçün olduğu" istiqamətindəki fikrini inkişaf etdirdiyi əsəridir. Düşünür, bu istiqamətdə əgər dövlət fərdi və ya azlıqları əzsə buna qarşı müqavimətin qanuni olduğunu müdafiə etmişdir. Kitab ilk dərc olunanda bir təsir yaratmadı. Ancaq 20 il sonra, fikirləri Hindistana çatanda Gandi onun fikirlərindən ilham alaraq İngilislərə qarşı "passiv müqaviməti" təşkil edəcəkdi.










14-cü "Əhalinin Artımı Üzərində Sınaq", Tomas Malthus

İngilis politoloq, siyasi iqtisadçı və ruhani olan Thomas Robert Malthusun dərc olunanda qiyamət qoparan kitabı "Əhalinin Artımı Üzərində Sınaq" də mübahisəli bir çox fikri var. Malthusun əsas tezisi budur: Əhalinin artımı, qida maddələrinin artımından çoxdur. Təbiətdə ortaya çıxan bu ziddiyət bəzi insanların ölümü ilə tarazlanır. Malthus, bu fikrini son dərəcə qatı şəkildə müdafiə etmiş; Cəmiyyətin kasıb təbəqələrinə yönəlik sosial yardımlara qarşı çıxmış, xüsusilə yoxsulların məcburi əhali planlamasına yönləndirilməsinin lazım olduğunu irəli sürmüşdür. Zəngin hakim təbəqələr müəllifin bu fikirlərini dəstəkləyərkən, əleyhdarlarından Malthusun amansızlığına dair çox sərt iradlar gəlmişdir.





15-ci "Sağlam düşüncə," Thomas Paine

İngilis mənşəli AMERİKALI siyasət nəzəriyyəçisi, yazıçı, aktivist. Tomas Paine kitabı ilə Amerikan Müstəqillik Müharibəsini və Fransız İnqilabına təsir göstərmişdir. 1775-1776 İllərində yazılan kitab, Amerikan Müstəqillik Müharibəsi zamanı Corc Vaşinqton tərəfindən əsgərlərə oxutdurulmuşdur.













16-cı "Tom Əminin Daxması" Harriet Beecher Stowe

Bütün bu kitablar içində yeganə ədəbiyyat əsəri məşhur rahiblərlə dolu bir ailədə yetişən və yenə məşhur bir keşişin həyat yoldaşı olan Harriet Beecher Stowe tərəfindən yazılmış olan "Tom Dayının Daxması" adlı romandır. 1852-ci ildə çap olunan kitab Amerika Vətəndaş Müharibəsinin başlamasında və köləlik əleyhinə hərəkatın yaranmasında mühüm rol oynamışdır. Hətta Abraham Linkoln bir vəsilə ilə bir araya gəldiyi Stowe haqqında "bu böyük savaşı başladan, məhz bu xanım qızdır", - demişdir. Əsər öz dövründə İncildən sonra ən çox satılan kitab oldu. ABŞ-da 300 min, Böyük Britaniyada isə 1 milyondan çox satılmışdır. Əsər, 19-cu əsrin ən çox satılan romanı olmuşdur. Ancaq müəllifi ABŞ xaricindəki təzyiqlərdən müəlliflik hüquqları o dövrdə inkişaf etmədiyi üçün pul qazana bilməmişdir.

17-ci "Azadlıq Üzərində", John Stuart Mill

Praqmatizmin aparıcı müdafiəçisi İngilis filosof, məntiqçi və iqtisadçı Mill, "Azadlıq Üzərində" adlı kitabında tamamilə praqmatizm ideyasından yola çıxaraq, cəmiyyətin və hakimiyyətin fərd üzərindəki gücünün məhdudlaşdırılması lazım olduğunu müdafiə etmişdir. Yaradıcılıqda bəzi iradlar alsa da ümumi mənada liberalizm ideyasının çox güclü müdafiəçisi olaraq ruh yüksəkliyi ilə qarşılanmışdır.










18-ci "Partizan Müharibəsi", Ernesto "Che" Guevera

Qısaca "Che" kimi tanınan Ernesto Guevera Argentinalı Həkim, Marksist siyasətçi, və inqilabçı partizan lideridir. "Partizan Döyüşü" adlı kitabında, partizan müharibəsinin ümumi xətlərini, taktikalarını və öz təcrübələrini anlatmı., Guetemalada, Kubada, Konqoda, Boliviyada baş verən inqilabi hərəkatlara və daha sonrakı başqa partizan hərəkatlarına qaynaqlıq edərək böyük siyasi təsirlərə yol açmışdır.




 





Yazının Paylaşımı zamanı sayta istinad mütləqdir...

www.OxuZali.com
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment