İnsanlığın ilk hesab maşını abakadır və abakaya bənzəyən ilk
vasitələr bundan 3,000 il əvvəl istifadə edilmişdir. Avtomatik hərəkətlərdən
istifadə edən ilk toplama maşınını Blez Paskal inkişaf etdirmişdir. Paskal bu
maşını hazırlayarkən, bir tərəfə qaytarılan dişli çarxların hərəkətindən
istifadə etmişdir. Daha sonra Leibniz eyni prinsiplə vurma əməliyyatını da yerinə yetirə bilən bir maşın daha inkişaf
etdirmişdir.
Hesablamada elektron
sistemin banisi İngilis alimi
Çarlz Babbagedir. Babbagenin Analitik Motor adını verdiyi cihaz, müəyyən bir
proqramlaşdırma içində hesabları avtomatik olaraq yerinə yetirə bilirdi.
Həqiqi mənada kompüterlər,
1941-ci ildə Berlində Kondrad Zuse tərəfindən inkişaf etdirilmişdir. Onun
apardığı kompüter, elektron lampalarından ibarət idi və həmin illərdə Busines
Machines Corporation adlı firmanın hazırladığı avtomatik kompüterdən çox daha sürətli
çalışırdı.
1946-da, Amerikalı J. Presper Erchert və Jn W.
Mauchly, yüksək iş sürətinə malik tam elektron ilk ədədi kompüteri inkişaf
etdirdilər. 17,500-ə yaxın elektron balonu, 1,500 rele, 70,000 porşendən və 10,000 kondensatordan yaranmış 30 ton
ağırlığındakı bu nəhəng maşın, on rəqəmli misalları bir saniyə içində toplayırdı.
Sonrakı illərdə inanılmaz
bir sürətlə inkişaf etdirilən kompüterlər, məlumatı tez və düzgün işləmə və
saxlama xüsusiyyətlərinə görə, qısa müddətdə gündəlik həyatın ayrılmaz bir
parçası halına gəldilər. İnformasiya istehsalı və dövriyyəsi sürətləndi. Bu
proseslər sayəsində, bir cəmiyyətin bütün fərdlərinin məlumata asanca nail
olmaları və onu istehlak etmələri mümkün oldu.
İnformasiya cəmiyyətinin
yaranmasını sürətləndirən bu proseslərlə yanaşı, mətbəə kosmos gəmilərinə qədər
bütün maşın və avadanlıqların nəzarətinidə də kompüterlər rol oynamağa başladı. Beləliklə, insanlar uzun müddət
alan və olduqca mürəkkəb olan yorucu və bezdirici işlərdən
xilas oldular.
İlk kompüterin adı ENIAC;
Elektriklə işləyən və elektron məlumat işləmə
gücünə malik ilk kompüter.
30 əsas hissədən meydana gəlir.
Ağırlığı: 30 ton
Böyüklüyü: 167 m²
Maya dəyəri: 500.000 dollar
İlk sınaq 1945, tam mənada
icadı isə 1947 ilində oldu. ıı.dünya
müharibəsinin bu dövrdə sona
çatmasından dolayı belə bir vasitəyə ehtiyac qalmadı və mətbuata tanıdıldı
(1947).
Daha sonralar ENIAC 8 il ərzində
(1947-1955) hava proqnozu kimi bir çox elmi sahədə istifadə olundu. Özündən
sonra inkişaf etdirilən kompüterlərin (EDVAC və ORDVAC) daha qənaətli olmasına
görə 2 Oktyabr 1955-ci ildə ENIACIN sonu çatdı desək yanılmarıq. İndi isə ENIAC-ın hissələri Vaşinqtonda ki
Amerika Milli Muzeyində nümayiş etdirilir.



0 yorum:
Post a Comment