Mars səthində maye halında su olduğu müşahidə edildi.




Amerika Aviasiya və Kosmos İdarəsi (NASA) bütün dünyanın həyəcanla gözlədiyi açıqlamanı verdi: Mars səthində maye halında su olduğu müşahidə edildi.


Tarixi kəşfi mətbuat konfransında dünyaya çatdıran NASA-nın planetlər üzrə elmi direktoru Jim Green, "Mars keçmişdə düşündüyümüz kimi quru və şoran bir planet deyil" dedi. Elm adamları Qırmızı Planetin səthindəki vadiləri və dərələri bir vaxtlar sərbəst axan suyun yaratdığını, 3 milyard il əvvəl baş verən iqlim dəyişikliyinin bu vəziyyəti dəyişdiyini düşünürdü. Marsın səthində ilk dəfə olaraq 4 il əvvəl müşahidə olunan qara izlər bunu düşünməyə imkan verir.

Mars mövsümlərinə görə baharda çıxıb, yazda böyüyən və payızda itən bu izlərin axar su olduğu fikri nəhayət təsdiqləndi. Mars Kəşfiyyat Peykinin çəkdiyi görüntüləri araşdıran tədqiqatçılar, dövri olaraq görünən izlərin duzlu su olduğunu müəyyən etdi. "Bu gün Mars haqqındakı fikirlərimizdə inqilab edirik" deyən Green, atmosferin də proqnozlardan daha rütubətli olduğunu bildirib. 

Bundan sonra araşdırmalar suda mikroskopik həyat ehtimalına yönlənidiriləcək. İnsanlığın Marsa ayaq basması üçün aparılan işlər də planetdə su olduğu həqiqətini göz önünə alaraq keçiriləcək. Keçmişdə NASA-nın Mars proqramının başında duran Doug McCuistion, "Bu, insanların Marsa getmək prosesini sürətləndirməsi üçün oyunun qaydalarını dəyişdirəcək xarakterdə bir inkişaf ola bilər" deyir. 

Mars səthində donmuş halda su olduğu uzun müddətdir bilinirdi. NASA-nın 
Mars səthini tədqiq edən Curiosity aparatı, ilin ilk aylarında bir çox nöqtədə duz molekulları aşkar etmişdi. Bunun üzərinə tədqiqatçılar, duzun donma və buxarlanma dərəcələrini dəyişməsi sayəsində Marsın seyrək və soyuq atmosferində maye halda su ola biləcəyi fikrini daha çox gücləndirdi.

Xəbərin paylaşımı zamanı saytımıza istinad mütləqdir.
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment