Müharibəyə xərclənən pullar haqqında qısa statistik məlumatlar.

Ötən illərdə dünya miqyasında baş verən döyüşlərdə 200 mindən artıq insan həyatını itirərkən, müharibələrin maya dəyərinin isə 14 trilyon dollar olduğu açıqlanıb.

 Beynəlxalq Qlobal Sülh İndeksi (Global Peace Index - GPI) tərəfindən nəşr olunan illik tədqiqatda 2014-cü ildə dünya miqyasında meydana gələn döyüşlərdə həlak olanların sayını 200 minin üzərində olduğu açıqlayıb. Ölüm hallarının böyük bir hissəsinin Yaxın Şərq regionunda olduğuna diqqət çəkildi.

 Müharibələrin dünya miqyasında dəyərinin 14 trilyon dollara çatdığı qeyd olunub. Hesabatda 2013-cü illə 2014-cü il arasında, Suriyada, Ukraynada və Afrika ölkələrindəki regional müharibələrdə ölənlərin sayında azalma olduğu ifadə edilib.

 Avstraliya İqtisadiyyat və Sülh İnstitutu tərəfindən aparılan tədqiqatda isə 2013-cü ildə 162 ölkənin 83 ölkəsində sülhün hakim olduğu ancaq 78 ölkəsində isə zorakılıq və iğtişaşların baş verdiyi açıqlanıb.

 2014-cü ildə ən çox ölüm olduğu 72 min ölümcül hadisə Suriya ilk sırada yer alarkən, müharibə səbəbilə də 9,5 milyon insanın ölkə daxilində və xaricində köç etdiyi qeyd olunub.

 İkinci sırada yer alan İraqda 18 min 500 nəfərin 2014 ildə öldüyü və 1 milyon 900 min insanın qaçqın vəziyyətində olduğu açıqlanıb.

 İraqın sonra gələn Yəməndə 3 min 800 nəfər həyatını itirərkən 335 min nəfər də mühacirət edib. Siyahının dördüncü sırasında olan Liviyada isə ötən il öldürülənlərin sayı 3 mini keçərkən qaçqınların sayı 64 minə çatıb.

 Araşdırmaya əsasən, dünyanın ən xoşbəxt ölkələri sıralamasında İslandiya birinci, Danimarka ikinci, Avstriya üçüncü, Yeni Zelandiya dördüncü, İsveçrə beşinci sırada olarkən, ABŞ 94-cü sıradadır.

 Terror hadisələri üzündən həyatını itirənlərin sayında bir əvvəlki ilə görə 9%-lik bir artım olduğu və meydana gələn terror hadisələrinin 83%-ini İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriyada baş verdiyi bildirilib.

 Müharibələrin və terrorun dünya üzrə maya dəyərinin 14 trilyon dolara başa gəldiyini ortaya qoyan araşdırmada, 2008-ci ilə nisbətən bu rəqəmin 15,3 faiz artım göstərdiyi qeyd olunub. Yenə müharibələr və şiddət hadisələri üzündən 50 milyon insanın ölkəsini tərk edərək qaçqın vəziyyətində olduğu açıqlanıb və bu rəqəmin İkinci Dünya Müharibəsi illərindən daha yüksək olduğuna diqqət çəkildi.
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment