Geriyə sayım 10-dan başladı və milli himnin səsləndirilməsi ilə bağlanış mərasiminə start verildi
Geriyə sayım rəqəmlərində Azərbaycana məxsus müxtəlif bəzəkli xalçalar əks olundu. Qədimi yerlərdən Bakı şəhərinədək kəndbəkənd dolaşan xalça ilmələri stadion ekranlarında canlandı.
Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi bu mərasim müxtəlif yönləri ilə kreativ, ruhlandırıcı və yaddaqalan oldu.
Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi oldular.
Sonra idmançılar kütləvi şəkildə stadiona daxil oldular. Mərkəzi səhnə ətrafında addımlayaraq tribunalarda onlar üçün xüsusi ayrılmış yerlərə keçdilər. Məlumat üçün bildirək ki, 17 gün davam edən yarışlarda 6 mindən çox idmançı 253 medal dəsti uğrunda mübarizə apardı. Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşdı.
Daha sonra Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları salamladı və tədbirin açılış nitqini söylədi. İri miqyaslı idman tədbirinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirən Mehriban Əliyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürür hissi duyduğunu dedi:
Daha sonra çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi:
Rəsmi çıxışlardan sonra tədbir müxtəlif səhnə quruluşları ilə davam etdi. Gəncliyin enerjisi bölməsində rəqqas hərəkətləri ilə səhnədə enerji qığılcımı yaratdı. Güclü enerji onun bədənindən keçərək onu daha da hərəkətə gətirdi. Rəqqas bu enerjini əvvəl rəqqasəyə, daha sonra isə başqalarına ötürdü. Bu ifaçılar əllərində olan işıqlı altıbucaqlarla səhnə boyunca hərəkət edərək burada Bakı 2015-in rəmzi olan nar ağacının qrafik obrazını yaratdılar.
Daha sonra Oyunlardan əsas məqamların əks olunduğu video görüntü tamaşaçılara təqdim olundu. Bunun ardınca isə səhnədə simurq quşu möhtəşəm şəkildə canlandırıldı.
Sonrakı bölmədə stadionun üstündən tamaşaçıların üzərinə yadigar kimi saxlaya biləcəkləri yanar közlər buraxıldı. Əlli iştirakçı dövləti təmsil edən 50 uşaqdan biri Oyunların alovu ilə çırağını yandırdı və alovu başqa uşaqlarla bölüşdü. Sonra uşaqların çıraqlarını ən aşağı halqasından asdıqları nəhəng çılçıraq səmaya yüksəldi.
Daha sonra dünyaca məşhur müğənnilər Con Nyumən və Klin Banditin ifa etdikləri mahnıların sədaları altında tədbir, Bakı səmalarını bəzəyən və işıqlandıran möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Qeyd edək ki, bağlanış mərasiminə bədii rəhbərliyi Ceyms Hedli etdi. O, “Cirque du Soleil” sirkinin Şimali Amerikada və qastrol səfərlərində göstərdiyi möhtəşəm şouların bədii direktoru olub.
Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak edib. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olunub. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq ediblər.
Mənbə: Baku2015.com
0 yorum:
Post a Comment