Hawkingdən bəyanat.


Məşhur İngilis fiziki Stephen Hawking, İspaniyada Spain's El Parisə verdiyi müsahibədə yerdənkənar varlıqlar ilə bağlı maraqlı bəyanatlar verib.

Sözügedən müsahibədə yerdənkənar varlıqların başqa sözlə yad planetlilərin bəşəriyyətin sonunu gətirəcəyi xəbərdarlığını edən Hawking, bu istiqamətdə tədqiqatlar aparmağın  bəşəriyyətin öz sonunu gətirəcəyi xəbərdarlığını edib.

YAD PLANETLİLƏRİN VARLIĞINI QƏBUL ETMƏK OLDUQCA TUTARLI BİR NƏZƏRİYYƏDDİR

Hawkingə görə, riyazi olaraq yerdənkənar varlıqların var olduğunu qəbul etmək olduqca ehtimal olunan bir nəzəriyyədir. Bu varlıqların köçəri mədəniyyətə malik olma ehtimallarının vurğulayan Hawking, bu canlıların öz planetlərindəki resursları sərf etmiş və həyata uyğun başqa planet axtarışı içində olma ehtimallarının olduğunu da sözlərinə əlavə edib.

PLANETİMİZİN İŞĞALI İLƏ NƏTİCƏLƏNƏ BİLƏR

Bu vəziyyətin son dərəcə təhlükəli nəticələr doğura biləcəyini qeyd edən İngilis fizik, həmin axtarışın planetimizin işğalı ilə nəticələnəcəyi ehtimalının mövcud olduğunu vurğuladı.

 AMERİKANIN KƏŞFİNDƏN BELƏ DAHA PİSDİR

Planetimizin dünyadan kənar bir mədəniyyət tərəfindən kəşf edilməsini Amerikanın kəşfinə bənzədən Hawking, bu ssenarinin baş verməsinin doğuracağı nəticə Amerikanın kəşf edilməsindən belə daha pisdir deyib.

Daha əvvəl bənzər bir xəbərdarlığı süni zəka üçün edən fizik Stefan Hawking, İngiltərənin paytaxtı Londonda keçirilən Zeitgeist Konqresində etdiyi çıxışında "Kompüterlər, süni zəka sayəsində növbəti 100 il ərzində insanlara qalib gələcək" ifadələrini işlətmişdi.

Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment