Krım, 160 il sonra yenidən müharibənin astanasına gəldi. İki super güc ABŞ və Rusiyanı qarşı-qarşıya gətirən Krımın, foto müxbirliyində də xüsusi yeri var. Dünyanın ilk müharibə fotoları 1855-də Krımdakı Osmanlı - Rus Müharibəsi zamanı Roger Fenton tərəfindən çəkilmişdi.
Roger Fenton, Krıma 5 fotoaparat, 700 şüşə lövhə, fotoları yumaq üçün çaxır arabasından hazırlanmış bir atlı araba, foto yumaq üçün kimyəvi maddələri və 3 assistenti ilə getmişdi. Fenton, Londondan Krıma 1 aya çata bilmişdi, 3 ay sonra cəmi 360 şüşə neqativ ilə qayıtdı. O gündən bu günə müharibə fotoqrafiyası peşəsində çox şey dəyişdi. Bu yazımızda məhz 160 il əvvəl fotoqrafiya sənəti üçün önəm kəsb edən hadisəni araşdırdıq.
Roger Fenton Krımda
Əslində ilk müharibə fotoqrafı Fenton olmayacaqdı. 1853-cü ildə başlayan Osmanlı - Rus Müharibəsi Krımda bütün şiddəti ilə davam edərkən, Osmanlı İmperiyasını dəstəkləyən Birləşmiş Krallıq, Krıma getməsi üçün fotoqraf Riçard Nicklini 1854-cü ilin əvvəlində görəvləndirdi. Nicklin, Krımın Balaklava Bölgəsinə çatanda onu daşıyan hərbi gəmi fırtınada batdı. Nicklin daha Krıma çatıb şəkil çəkmədən 14 Noyabr 1854-cü ildə itgin düşdü. Bunun (bəlkə də o, vəzifə başında həyatını itirən ilk müharibə fotoqrafıdır) üzərinə fotoqrafiya təhsili almış iki əsgər Krıma göndərildi. Bu iki əsgər Kırıma çatdı, foto da çəkdilər ancaq çəkdikləri şüşə neqativlər lövhələrə vurula bilmədi və naməlum şəraitdə itdi. Yaşanan problemlərdən bezən Birləşmiş Krallıq adına Newcastle Hersoqu Şahzadə Albert, son bir şans olaraq Kral Foto Dərnəyinin qurucusu Roger Fenton Krıma getməsini təklif etdi.
1855-in əvvəllərində Müharibə Gəmisi HMS Hecla ilə yola çıxan Fentonın bütün xərcləri Birləşmiş Krallıq Hökuməti və Mançesterli naşir Uilyam Agnew tərəfindən qarşılanırdı. Roger Fenton (əslində buna görə ona dövlətin rəsmi müharibə fotoqrafı demək olar) , yola çıxmadan əvvəl foto studiyası kimi istifadə etmək məqsədi ilə köhnə bir şərab ixracatçısına məxsus maşını da özü ilə apardı. Bu ağır nəqliyyat vasitəsini daşına bilən bir qaranlıq otaq və laboratoriyaya çevirmiş Fenton, döyüş gəmisi Cəbəllütariq Boğazından Aralıq Dənizə girərkən yollandığı bir limanda sahilə çıxan Fenton bu işdə onun işini yüngülləşdirəcək 4 at alır.
Fotoqrafının yanında 5 fotoşəkil maşını, 700 şüşə neqativ, kimyəvi maddələr və digər müxtəlif texnikalar var idi. Fentona fotoşəkillərin yuyulması və çəkilməsi zamanı yardım etməsi üçün 3 assistent də onu müşayiət edirdi. Bir ay davam edən uzun bir səfərdən sonra 8 Mart 1855-də Balaklavadan sahilə çatan Fenton, müharibə fotolarını çəkməyə başladı.
Fenton 3 aya yaxın qaldığı cəbhədə 360-dan çox fotoşəkil çəkdi. Təbii ki, bu rəqəm o gün üçün inanılmaz yüksək bir rəqəm idi. Birinci assistenti Mark Sperlingin də töhfələri ilə müharibə düşərgələrindən, müharibələr üzündən yanıb dağılmış yerlərə qədər bir çox fotoşəkil çəkdi.
Fentondan Təsirlənən Napoleon da 2 Fotoqrafı Krıma Göndərdi
Fenton, hər dəfə foto arabasına geri dönər, lövhələri digər kimyəvi qablara boşaldır, görüntüləri hazırlayar və möhkəmləndirmək üçün, quruyana qədər bir alov üzərində gəzdirir və son olaraq onları laklayardı. Bütün bu proses zamanı bir top mərmisinin arabasına vurub pis bir zamanda işığı içəri almamasını ümid edirdi. Bu barədə çox şanslı idi, çünki bu yalnız bir dəfə başına gəldi.
Fentonın ən böyük dərdi isti hava idi. Daha sonra verdiyi bir müsahibədə o anları belə izah edirdi: "Lövhələr hazırlamaq üçün arabanın qapısını örtəndə tər basır, göz yaşları kimi üzümdən süzülürdü. Hazırlama vannası elə isti idi ki, əllərimi içinə zorla salırdım". Çəkim müddəti üç ilə iyirmi dəqiqə arasında dəyişirdi və bütün fotoları parlaq günəş altında çəkməyə məcbur idi.
Fenton, 22 İyunda İngiltərəyə qayıdanda vəbaya yaxalanmışdı amma buna baxmayaraq o xəstəliyi məğlub etməyi bacardı. Müharibə fotoları Paris və Londonda nümayiş etdirdi və Illustrated London Newsda dərc olundu. (Parisdə fotoları görən 3-cü Napoleon, fotolardan çox təsirlənmiş və dərhal iki fotoqrafı Jan-Şarl Langlois və Leon Mehedini Fransa adına Krıma Sivastapola göndərir. Noyabrın 1855-də Krıma çatan bu iki Fransız fotoqraf da tarixdəki ikinci və üçüncü müharibə fotoqrafları kimi tarixə düşürlər. Langlois və Mehedinin çəkdiyi fotoşəkillər qəzetlərdə dərc olunmadı ancaq bu fotoları bu gün Bibliothque Nationaledə görmək olar.
Fenton Fotoşəkillərinə Senzura Tətbiq Etdi, yoxsa?
Fentonın çəkdiyi 360 şəkildə diqqət çəkən ən əhəmiyyətli xüsusiyyət, Krımda Ruslara qarşı Osmanlılarla birlikdə döyüşən İngilis əsgərlərini ölü ya da yaralı tək bir kadr belə çəkməmiş olmasıdır. Buna görə də fotoşəkillərin müharibənin əsl üzünü əks etdirmədiyi müzakirə edilib. Bununla bağlı dəqiq bir məlumat yoxdur. Fentonın xərclərini İngilis Krallığı qarşıladığı üçün ölü ya da yaralı İngilis hərbi şəkli çəkməməsinin hökumət tərəfindən ona bildirildiyi deyilir. Digər bir fərziyyə də əslində bir vəkil olan və Londonda nüfuzlu bir şəxsiyyətə sahib olan Fentonın münasibətləri zədələməmək üçün İngilis əsgərlərini pis göstərən fotoşəkilləri çəkmədiyi istiqamətindədir. Dəqiq səbəb məlum olmamaqla birlikdə Fentonın fotolarında bir senzura olduğunu söyləmək mümkündür.
Fenton Osmanlı Paşalarını da fotolarını çəkə bilmişdi.
Fentonın çəkdiyi 360 kadr arasında İngilis əsgərləri başqa, müharibədəki Osmanlı Ordusu fotoları və ordunun başında duran İsmayıl və Ömər Paşalar da var idi. Yəni dünyanın ilk müharibə fotoları arasında Türk paşalar da var idi.Rocer Fenton, Londona qayıtdıqdan və fotoşəkilləri toplanıb nəşr etdirdikdən sonra foto müxbirlik sənətindən uzaqlaşır. Fotokamerasını satır və keçmiş peşəsi vəkilliyə qayıdır. Daha sonra özünə bir fotokamera alan Fenton zaman zaman mənzərə fotoşəkilləri çəkmir və 50 yaşında dünyasını dəyişir.
0 yorum:
Post a Comment