Pulitser MükafatlıFotoşəkillər və Hekayələri

Pulitser mükafatı, mübahisəsiz fotoqrafların ən qürur duyduğu, sektorun ən mühüm mükafatlarından biridir. Təbii ki, bu mükafatı alan fotolar tarix boyu həmişə digər fotolardan fərqli olaraq, çəkilməsi ən ağır, məna yüklü anları əks etdirən fotoşəkillərdir. Bu anları yaxalayan fotoqraflar da doğru zamanda doğru yerdə və hətta doğru aspektdə olaraq bu mükafatı qazanmağa haqq qazanmışlar. Bəs bu fotoların arxasında yatan o mükafata layiq hekayələr nə idi? Bu fotoları bu qədər özəl qılan anlar hansı anlardı?

Stanley Forman, 5 Aprel 1976


Qara vətəndaşlara edilən irqçi ayrı-seçkilik əsrlərlə sürdü və Amerika da bu ayrı-seçkilik 1965-də aradan qaldırıldı. Lakin vətəndaşların ağlındakı irqçilik fikrini 1970-lərə qədər çıxarmaq mümükün olmadı. Fotoşəkildə qara bir vəkil və irqçi bir Amerikan gənci tərəfindən "bayraqla" təcavüzə məruz qalması obyektivlərə əks olunur.

Jack Thornell, 6 İyun 1966



Bu fotoda da ağrılar içində çığıran adam, İnsan Haqları Müdafiəçisi olan James Meredithdir. Silahlardan çıxan atəşlə yaralanan Meredith, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılaraq xilas edilə bilmişdi. Sağlamlığı normallaşsa də belindəki o iz heç itimədi.

Eddie Adams, 1968



İndi müzakirə edəcəyimiz foto əslində mükafata sonuna layiq və məşhur fotodur. Rəsmdə görünənin əksinə, hekayə çox fərqlidir və şəkli çəkən Eddie Adams tutduğu bu kadrdan bir azda peşmandır. Fotoda silahla atəş açan şəxs Nguyen Ngoc Loan, Cənubi Vyetnam Ordusu Generalı və Milli Polis Rəisidir. Lülənin ucundakı adam isə, Nguyen Van Lem, yəni Viet Cong ordusunda vəzifəli və Saygon bölgəsindəki bir çox qətliamada təqsirləndirilən biridir. Hekayəsi haqlı bir səbəb göstərsə də fotoqrafın çəkdiyi bu foto ağlınızdan uzun müddət silinməyəcəkdir.

Don Ultag və Con Robinson, 20 Oktyabr 1951



Bu foto isə, irqçiliyin idmana əks olunmasıdır. Drake Bulldogs adlı oyunçu bilərək və qəsdən Afro Amerikan idmançı Johny Brighta yumruq vurur. Bu hərəkət idmançıya cəza gətirmədi lakin iki tərəf arasında düşmənçiliyin daha da artmasına səbəb oldu.

Ardı var...








Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment