Titanik Qəzasından Sağ Çıxan Luis və Lola

Titanik Qəzasından Sağ Çıxıb Yetim Qalan Qardaşların İnanılmaz Hekayəsi



1912-ci il 15 Aprel gecəsi bir gəmi gecənin bir saatında buzdağı ilə toqquşur və tam 2 saat 40 dəqiqə ərzində tamamilə qaranlıq sulara qərq olur. Gəmi ilə birlikdə tam 1514 insan ölür. Gəmidən yalnız 710 nəfər xilas olmuşdu və bu 710 nəfərin arasında yanında ailəsi olmayan 2 uşaq diqqət çəkmişdi.

Sərnişinlərin adlarının olduğu qeydlər də itdiyi üçün dəqiq məlumatlara çatmaq mümkün olmur. Amma biri 4, biri 2 yaşında olan bu uşaqların adlarına Luis və Lola deyilmişdi.

Uşaqlar mediada Titanik Əkizləri kimi adlandırlırdı və şəxsiyyətləri  hələ də müəyyən olunmamışdı ta ki, Fransa, Nitsşedən bir qadın uşaqlarının şəkli əlində ortaya çıxana qədər.

Fransadan gələn qadının adı Marcel Caretto idi və yerli rəsmilər ilə rabitəyə keçib onları uşaqların onun olduğuna dair inandıra bilmişdi. Anaları ortaya çıxan uşaqların gerçək adları da bu vasitə ilə ortaya çıxmış oldu, onların adı Mişel və Edmond idi.

Uşaqların analarından ayrı olmasının səbəbi isə ataları ilə analarının ayrılmış olması idi.  Atanın planı iki uşağını boşandığı qadından qaçırmaq, Amerikaya köçərək yeni bir həyat yaratmaq idi. Ata uşaqların adlarını yazarkən Lolo və Momon demişdi.

İşin maraqlı tərəflərindən biri isə ata dünyasını dəyişmiş və tapıldığında cibində tapança daşıyan yeganə qurban idi.

Qəzadan sonra uşaqlar Nyu-yorka Marqaret Hays adında Titanikdən xilas olan bir qadının yanına qalmaq üçün getdilər. Haysın yanında 1 ay qaldıqdan sonra anaları ilə görüşdülər.

O vaxtlar 4 yaşında olan qardaş Edmond 2-ci Dünya Müharibəsində Fransa tərəfdən döyüşərkən 43 yaşında dünyasını dəyişir.


Mişel isə universitetə daxil olur və doktorantura dərəcəsinə çatıb fəlsəfə sahəsində professor olur. O 21 Yanvar 2001-ci ildə 92 yaşında həyata gözlərini yumur. Öləndə Titanikdən xilas olan son insan  idi.

Paylaşım zamanı istinad vacibdir....
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment