![]() |
Nevado Del Ruiz, Kolumbiya |
Dünyada Armero Faciəsi kimi də tanınan Ruiz vulkan fəlakəti 13 Noyabr 1985-də Kolumbiyada baş vermiş və təxminən 25.000 nəfərin həyatını itirməsinə səbəb olmuş bir vulkan püskürməsidir.
2 milyon ildir aktiv olan Nevado del
Ruiz, Kolumbiyanın Caldas və Tolima rayonlarının arasında, paytaxt Bogotanın da
129 km qərbində yer alan bir vulkandır. Bu yanardağ, içində vulkanik kül və
vulkanik maddələrdən ibarət olan daşların da yerləşdiyi lava təbəqələri ilə əhatə olunur. Kolumbiyalılar da tarix boyu, yerli
xalqlar və əkinçiliklə dolanışığını təmin edən icmaların etdiyi kimi, vulkanik
proseslərin ətrafına məskunlaşmışlar. Bu vəziyyətin əsas səbəbi isə vulkanik
proseslərin üzvi maddəcə zəngin bir quruluşda olması və təsərrüfat üçün çox
əlverişli olmasıdır.
1985-də Nevado del Ruiz vulkanı, Orta Kolumbiyada partlamışdır. Piroklastik
axınlar partlayan vulkanın kraterindən püskürərkən, dağın buzlarını əridib
yamaclardan aşağı saatda 60 kilometr sürətlə hərəkət edən dörd böyük lahar
(yığıntı) göndərmişdir. Bu yığıntılar vulkanın
dibindəki altı böyük çay yatağına axaraq Amero qəsəbəsini məhv etmiş və
təxminən 29.000 qəsəbə sakinindən 20.000-inden çoxunun ölümünə səbəb olmuşdur.
Digər qəsəbələrdəki itkilər, xüsusilə Chinchinadaki itkilər, ümumi ölü sayının
25.000-ə çıxarmışdır.
![]() |
60 Saat ərzində fotodakı şəkildə düşüb qalmış olan Omayra Sanchez |
Gənc bir faciə
qurbanı, Omayra Sanchezın fotoları və görüntüləri dünyanın hər bir yerində çap
olunmuş və bu fotolar sayəsində fəlakətin təsiri dünya miqyasında böyük maraq
doğurmuşdur. Kolumbiya hökumətinin bu fəlakətdən nə dərəcədə məsuliyyətli
olduğu mübahisələri da bu nöqtədən sonra başlamışdır.
İlk etapda
partlama ilə meydana gələn daş və kül yağışına baxmayaraq, xalq sakitliyini
qoruyub saxlamış; Lakin kül yağışının dayanması ilə təxliyə qərarı ləğv edilmişdir. O vaxt proklastik axıntı və püskürmək ilə çölə çıxan maddələr vulkanın təpəsində buz təbəqəsini əritməyə başlayıb və
nəhəng palçıq kütləsinin sürüşməsinə səbəb olmuşdur. O axşam baş verən fırtına
dağın zirvəsindəki bu görüntünü gizlətdiyi üçün, xalq bu vəziyyətin fərqinə
varmadan qəsəbənin böyük bir hissəsi palçığın altında qalmışdır.
13 Noyabr
1985-ci ildə bu kiçik püskürmə, çox böyük miqdarda lahar prosesinə səbəb olmuş
və Tolimada yer alan Armero bölgəsini yox etmişdir. Bu fəlakət nəticəsində
25.000 nəfərin öldüyü güman edilir. Fəlakət öncəsi Armeronun sayının da 28.500
ətrafında olduğunu qeyd etsək fəlakətin nə qədər ölümcül olduğunu vurğulamış
oluruq. Bu hadisə daha sonra "Armero Fəlakəti" adlandırılmağa
başlanmış və tarixdəki ən ölümcül lahar kimi qeydə alınmışdır. Bənzər, amma daha az ölümcül partlayışlar isə 1595
və 1845-ci illərdə qeydə alınıb.
Nevado del Ruiz, hazırda başqa vulkanların da yerləşdiyi
Los Nevados Milli Parkında yerləşir. Zirvəsi bu an buzlarla örtülü
olsa da, qlobal isinmə ilə buzlar əriməyə başlayıb. Vulkan, hələ də ətraf kənd
və qəsəbələrə bir təhdid yaradır və gələcəkdə yarana biləcək bir lahardan 500.000
nəfərin təsirlənə biləcəyi nəzərdə tutulur. 2012
Fevralından bu yana vulkanın baş kraterində hərəkətə gəlmə və seysmik fəaliyyətlərdə
artım müşahidə olunmağa başlanmış, 29 May etibarilə fəallığını artıran və kül
püskürdən dağın səbəb olduğu vulkanik hərəkətlilik səbəbiylə həyəcan səviyyəsi
narıncı səviyyəyə yüksəldilmiş və həftələr,
bəlkə də, günlər içində partlama ehtimalı istiqamətində şübhələr artmışdır.
Paylaşım zamanı istinad vacibdir...
0 yorum:
Post a Comment