Maracaibo Gölü


Maracaibo gölü Venesuellada yerləşən və Dünyanın ən çox ildırım düşən yeridir. Bu səbəb ilə Guiness Rekordlar kitabında da yer alır.

Bölgədə demək olar ki, heç dinməyən bir fırtına mövcuddur. Hər il orta hesabla 260 fırtınaya məruz qalan bu bölgə Dünyanın ən elektrik yüklü yeri olmağı bacara bilib. Burada hər gecə orta hesabla 9 saat ildırımlar səbəbi ilə göy üzü aydınlanır. Bu ildırımlar eyni zamanda təbii elektrik mənbəyi kimi də istifadə edilir.

Hər il Maracaibo gölündəki hər km2-ə orta hesabla 250 ildırım düşür. Yanvar və fevral aylarında düşən ildırım nisbəti Oktyabr ayında ən yüksək həddə çatır. Oktyabr ayında bir dəqiqə içərisində orta hesabla 28 ildırım düşdüyü müşahidə olunur.


Mütəxəssislər bu bölgəyə niyə bu qədər ildırım düşdüyünü illərdir araşdırırlar. 1960-larda yer altında bir uran anbarı olduğu düşünüldü və bunun da ildırımları cəlb etdiyi güman edildi. Son illərdə isə yer altındakı neft yataqlarındakı metan zənginliyinin hava keçiricilik qabiliyyətini artırdığı hesab edilirdi. Bu gün isə iki nəzəriyyə də sübut olunmuş deyil. Ən sıx düşünülən səbəb isə bölgənin topoqrafiyası və küləyin komponentləridir.

www.OxuZali.com

Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment