Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası — Müsəlman şərqində ilk parlamentli respublika. Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.
Yaranması
foto azertaym.az saytından götürülmüşdür. |
Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsi |
Ərazisi
Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanın Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq İstanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.Görkəmli dövlət xadimləri
- Məhəmməd Əmin Rəsulzadə
- Əlimərdan bəy Topçubaşov
- Fətəli xan Xoyski
- Nəsib bəy Yusifbəyli
- Əhməd bəy Pepinov
- Camo bəy Hacınski
- Xudadad bəy Məlikaslanov
- Əkbər ağa Şeyxülislamov
- Məmməd Yusif Cəfərov
- Xosrov bəy Sultanov
- Xəlil bəy Xasməmmədov
İstiqlal Bəyannaməsi
- İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
- Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
- Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
- Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
- Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
- Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
- Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan hökumətinin tərkibi
I kabinə: 28.05.1918 – 17.06.1918
Nazirlər Şurasının sədri və daxili işlər naziri – F.Xoyski (bitərəf).
Hərbi nazir – X.SuItanov (müsavat).
Xarici işlər naziri – M.H.Hacınski (müsavat).
Maliyyə və xalq maarifi naziri – N.Yusifbəyli (müsavat).
Ədliyyə naziri – X.Xasməmmədov (müsavat).
Ticarət və sənaye naziri – M.Y.Cəfərov (bitərəf, sonra -müsavat).
Əkinçilik və əmək naziri – Ə.Şeyxülislamzadə (Hümmət).
Yollar, poçt və teleqraf naziri – X.Məlikaslanov (bitərəf).
Dövlət müfəttişi – C.Hacınski (sosialist).
II kabinə: 17.06.1918-07.12.1918
Nazirlər Şurasının sədri və ədliyyə naziri – F.Xoyski (bitərəf).
Xarici işlər naziri – M.Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri – N.Yusifbəyli (müsavat).
Daxili işlər naziri – B.Cavanşir (bitərəf).
Əkinçilik naziri – X.Sultanov (müsavat).
Səhiyyə və sosial təminat naziri – X.Rəfibəyli (bitərəf).
Yollar naziri – X.Məlikaslanov (bitərəf).
Ticarət və sənaye naziri – A.Aşurov (bitərəf).
Maliyyə naziri – Ə.Əmircanov (bitərəf).
Portfelsiz nazir – Ə.M.Topçubaşov (bitərəf).
Portfelsiz nazir – M.Rəfiyev (müsavat).
Portfelsiz nazir – X.Xasməmmədov (müsavat).
06.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra
Nazirlər Şurasının sədri – F.Xoyski (bitərəf).
Ticarət, sənaye və daxili işlər naziri – B.CavanĢir (bitərəf).
Xarici işlər naziri – Ə.M.Topcubaşov (bitərəf).
Maliyyə naziri – M.H.Hacınski (müsavat).
Xalq maarifi naziri – N.Yusifbəyli (müsavat).
Yollar naziri – X.Xasməmmədov (bitərəf)
Əkinçilik naziri – X.Sultanov (müsavat).
Xalq səhiyyəsi naziri – X.Rəfibəyli (bitərəf)
Poçt-teleqraf naziri – A.Aşurov (bitərəf)
Sosial təminat və dini etiqad naziri – M.Rəfiyev (müsavat)
Hərbi işlər üzrə müvəkkil – G.Ziyadxan (bitərəf)
Dövlət müfəttişi – Ə.Əmircanov (bitərəf).
III kabinə: 24.12.1918 -14.03.1919
Nazirlər Şurasının sədri və xarici işlər naziri – F.Xoyski (bitərəf).
Daxili işlər naziri – X.Xasməmmədov (müsavat)
Maliyyə naziri Ġ.Protasov (Slavyan-Rus Cəmiyyəti)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Ədliyyə naziri – T.Makinski (?)
Maarif və dini etiqad naziri – N.Yusifbəyli (müsavat)
Poçt-teleqraf və əmək naziri – A.Səfikürdski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial təminat naziri – R.Xoyski (bitərəf)
Xalq səhiyyəsi naziri – Y.Gindes (Slavyan-Rus cəmiyyəti)
Ticarət və sənaye naziri – M.Əsədullayev (bitərəf)
Dövlət müfəttişi – M.H.Hacınski (16.01.1919 tarixindən – Ə.Həsənov)
Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus cəmiyyəti)
Əkinçilik naziri – X.Sultanov (müsavat)
IV kabinə: 14.03.1919-26.12.1919
Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli (bitərəf)
Maliyyə naziri – Ə.Həsənov (bitərəf)
Ticarət və sənaye naziri – A.Əminov (bitərəf)
Xarici işlər naziri – M.Y.Cəfərov (müsavat)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial-təminat naziri – V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri – Abram Dastakov (daşnaksütun)
Maarif və dini etiqad naziri – R.Kaplanov (əhrar)
Əkinçilik naziri – A.QardaĢov (əhrar)
Portfelsiz nazir – X.Amaspür (daşnaksütun)
Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri – A.Səfikürdski (sosialist)
Sonralar daxili işlər naziri – X.Xasməmmədov (müsavat)
V kabinə: 24.12.1919 – 01.04.1920
Nazirlər Şurasının sədri – N.Yusifbəyli (müsavat)
Xarici işlər naziri – F.Xoyski – (bitərəf)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Daxili işlər naziri – M.H.Hacınski (18.02.1920-dən sonra M.Vəkilov) (birincisi əvvəl müsavat, sonra kommunist M.Vəkilov – müsavat)
Ədliyyə naziri – X.Xasməmmədov (müsavat)
Maliyyə naziri – R.Kaplanov (əhrar)
Maarif və dini etiqad naziri – H.Şaxtaxtinski (05.03.1920-dən sonraŞahsuvarov, hər ikisi – ittihad)
Əmək və əkinçilik naziri – Ə.C.Pepinov (sosialist)
Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir – X.Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski)
Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)
İctimai təminat və səhiyyə naziri – M.Rəfiyev (müsavat)
Dövlət müfəttişi – H.Məmmədbəyov (ittihad).
İslahatları
Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.
İlk dəfə Azərbaycan Demokratik Respublikasının suverenliyinin elan edildiyi binaya vurulan lövhə, TiflisMolla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə o demişdir:
"Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır".Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atırdı.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi:1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.
"Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir".
Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu.
Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır.
27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.
Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
Təhsil islahatları
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini – 1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi.Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.
Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlandılar.
Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə "Türk əlifbası", "Təzə elmi hesab", "İkinci il", "Yeni məktəb", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Türk çələngi", "Tarixi-təbii", "Rəhbər cəbr" dərslikləri nəşr olunurdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.
Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Tərkibi
Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini – Məmməd Yüsif Cəfərov
Sədrin Müavini – Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi – Bağır bəy Rzayev
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı
Sədrin I müavini – Məmməd Yüsif Cəfərov
Sədrin Müavini – Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi – Bağır bəy Rzayev
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı
I. Müsavat və Birtərəflər fraksiyası
- Məhəmməd Əmin Rəsulzadə
- Həsən bəy Ağayev
- Nəsib bəy Yusifbəyli
- Xəlil bəy Xasməmmədov
- Məhəmməd Həsən Hacınski
- Abbasqulu Kazımzadə
- Musa bəy Rəfizadə
- Cavad bəy Məlikyeqanlı
- Mehdi bəy Hacınski
- Mehdi bəy Hacıbababəyov
- Rəhim bəy Vəkilov
- Şəfi bəy Rüstəmbəyli
- Hacı Səlim Axundzadə
- Mustafa Mahmudov
- Asəf bəy Şıxəlibəyov
- Abuzər bəy Rzayev
- Əhməd Həmdi Qaraağazadə
- Ağa Əminov
- Nəriman bəy Nərimanbəyli
- Mirzə Sadıx Axundzadə
- Müseyib bəy Axıcanov
- Mustafa Vəkilov
- Məmməd Bağır Şıxzamanov
- Məmməd Əli Rəsulzadə
- Murtuza Axundov
- Rza bəy Axundov
- Məmməd Rza Vəkilov
- Cəlil bəy Sultanov
- Əşrəf Tağıyev
- Məmməd Yusif Cəfərov
- Mirzə Əsədullayev
- Yusif Əhmədzadə
- Baxış bəy Rüstəmbəyov
- Fətəli Xan Xoyski
- Ağa bəy Səfərəliyev
- Əsədulla Əhmədov
- Ağa Aşurov
- Qulamhüseyin bəy Kazımbəyov
II. İttihad fraksiyası
- Qara bəy Qarabəyli
- Mir Yaqub Mehdiyev
- Qazı Əhməd bəy Məmmədov
- Cəmil bəy Ləmbəranski
- Bəhram bəy Vəzirov
- Sultan Məcid Qənizadə
- Həmdulla əfəndi Əfəndizadə
- Zeynal bəy Vəzirov
- Heybətqulu bəy Məmmədbəyli
- Əli bəy Zizikski
- Qra bəy Əliverdilər
- Əsəd bəy Əmirov
- İsgəndər bəy Axundov
III. Əhrar fraksiyası
- Aslan bəy Qardaşov
- Hacı molla Əhməd Nuruzadə
- Muxtar əfəndi Əfəndizadə
- Qərib Kərimoğlu
- Bayram Niyazi Kiçikxanlı
IV. Sosialistlər fraksiyası
- Səməd ağa Ağamalıoğlıu
- Əli Heydər Qarayev
- Qasım bəy Camalbəyov
- Hacı Kərim Sanılı
- Əhməd bəy Pepinov
- Camo bəy Hacınski
- Rza bəy Qaraşarlı
- Aslan bəy Səfikürdlü
- İbrahim Əbilzadə
- Bağır Rzayev
- Vladislav Bakradza
- Əkbər Şeyxulislamzadə
- İbrahim İsmayılzadə
V. Bitərəflər
- Bəhram bəy Axundov
- Behbud bəy Cavanşir
- Əbdüləli bəy Əmircanov
VI. Müstəqillər
- Əli Mərdan bəy Topçubaşov
- Səməd bəy Mehmandarov
- Xudadat bəy Məlikaslanov
- Bababəy Qəbulzadə
- VII. Sol müstəqil
- Abdulla bəy Əfəndizadə
VIII. Slavyan – Rus İttifaqı fraksiyası
- Viktor Klanevski
- Basili Kravcenko
- Cerqey Remizov
- Fyodor Kotılevski
IX. Milli azlıqlar fraksiyası
- Lorens Kun
- Moisey Quxman
- Stanislav Vonsovic
- Vasil Kujim
X. Erməni fraksiyası
- Arşak Paronyan
- Yervan Taqionosov
- İsaq Xocayev
- Stepen Toqionosov
- Georgi Şahnazarov
XI. Daşnaksütyun fraksiyası
- Arşak Malxazyan
- Xoren Amaslür
- Poqos Cubarlı
- Abqar Papyan
- Aleksandr Ter-Azeryan
- Bogdan Balayans
0 yorum:
Post a Comment