"MƏN" | Anar İsgəndərli

Mən


Mən üsyanam bir nəfəsdə kimlər
duyar bir səsdə,
Azadlığımdır  qəfəsim Gözlərimdir
zülmətim,
Şəhidlərimdir vətənimi silkəliyən
qeyrətim
Mübarizin son nəfəsiyəm xalqın göz
yaşıyam
Mən qərənfiləm azadlığı boğulanın
səsiyəm,
Hisslərimin fəryad etdiyi əbədi ruham
Kölkgələrimin iziyəm, Şəhidlərimin
son mənziliyəm
Torpağam şəhidlərin qan çanağıyam
Mən tarixəm Həqiqətlərin iziyəm,
yalanların səsiyəm
Şəhidlərimin ürəyində odlanan
üsyanam
Eşqi tükənməyən vətən sevgisiyəm
Şah İsmayılın əmanətiyəm, mirasıyam
Mən Odlar yurdu  Azərbaycanın
səsiyəm,
1991-də Səmaya qalxan yaralı
qartalam
Oğuz, bayat boyuyam Rəsulzadə
nəvəsiyəm
Xalqın yasa bürünmüş son fəryadıyam
Mən düşmən əlində olan Qarabağın
səsiyəm,
Qarabağım qara bağlamış, Dərdləri
yara bağlamış
Yaraları nifrət bağlamış, nifrətləri
həqiqət bağlamış
Mən Qarabağın qara fəryadıyam,
Şəhidlərin intiqam üsyanıyam..
Müəllif. Anar İsgəndərli











Müəllif ilə əlaqə üçün bura daxil olun. Xatırladaq ki, www.OxuZali.com gənc yazar və şairlərə dəstək olmaq üçün onların yazılarını yayımlamağa hazırdır. Yazı yollamaq və şərtlərlə tanış olmaq üçün keçiddən istifadə edin. 
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment