Nikola Tesla

Bu yazı wikipedia,org saytından götürülmüş və olduğu kimi sizə təqdim edilir. Paylaşımda məqsəd Elmə böyük töhvə vermiş Teslanı tanıtdırmaqdır. Tesla haqqında digər yazılar saytımızda yayımlanacaqdır...

Nikola Tesla (serb kirilcə. Никола Тесла10 iyul 1856, Smilyana, Xorvatiya – 7 yanvar 1943Nyu-YorkABŞ) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerikalı[2][3][4][5] futuroloqelektrik və maşın mühəndisi, ixtiraçıdır.[6]
Tesla 1884-cü ildə ABŞ-ın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazların spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan Asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində Cərəyanlar müharibəsi kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi.[7] Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.
Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik çılğın alim kimi populyar mədəniyyətdə şöhrət qazandı.[8] Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi.[9] O həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb. Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi.[10] Onun yaradıcılığı vəfatından sonra unudulmağa başlayıb, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırıb.[11] Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyanıb.

İlk illər (1856-1885)[redaktə | əsas redaktə]


Xorvatiyanın Similian kəndində yenidən inşa olunmuş Teslanın evi və atasının xidmət göstərdiyi kilsə.Yuqoslaviya müharibələri zamanı binaların bir neçəsinə ciddi ziyan dəyib. Onlar bərpa edildi və 2006-cı ildə açıldı. [12]
Nikola Tesla 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Similian kəndində (hal-hazırda Xorvatiya) Serb ailəsində dünyaya gəlib.[13][14] Onun atası Milutin Tesla Ortodoks keşiş idi. Teslanın anası Duka Tesla Serb epik poemalarını əzbərləmək bacarığına, mexaniki cihazlar və ev işi vasitələri hazırlamaq kimi istedadlara malik idi. Duka heç vaxt rəsmi təhsil almamışdı. Tesla eidetik yaddaşın və kreativ bacarıqların ona anasından keçdiyinə inanırdı.[15] Teslanın ulu-babası Montenoqronun yaxınlığından — qərbi Serbiyadan idi.[13]
Tesla beş uşaqdan dördüncüsü idi. Onun özündən yaşca böyük Deyn adlı bir qardaşı və Milka , Anjelina və Marika adlı üç bacısı var idi. Teslanın beş yaşı olanda Deyn at yarışları zamanı baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdü.[16] 1861-ci ildə Tesla Similianda alman dili, hesab və dindən ilk təhsilini alıb.[17] 1862-ci ildə Teslanın ailəsi Avstriya imperiyasının Gospiç şəhərinə köçüb. Onun atası burada protestant keşişi kimi işləyirdi. Nikola Real Gimnaziyaya qədər ilk təhsilini tamamladı.[18]
1870-ci ildə Tesla təhsilini Ali Real Gimnaziyada davam etdirmək üçün Xorvatiyanın Karlovas şəhərinə köçür.[19] Ona bu gimnaziyada riyaziyyat müəllimi Martin Sekuliç ciddi təsir edib.[13][20] Tesla fikrində müəllimlərini yalan dediyini fikirləşməyə məcbur edən inteqral hesablamaları yerinə yetirməyi bacarırdı.[21] O dörd illik semestri üç ildə yəni, 1873-cü ildə bitirdi.[13]
1873-cü ildə Tesla doğulduğu şəhərə—Smiliana qayıtdı. Qısa müddət ərzində burada yaşayan Tesla vəba xəstəliyinə tutuldu. Tesla doqquz ay yataq xəstəsi oldu və neçə dəfələrlə ölümün astanasından qayıtdı. Ümidsiz vəziyyətdə olan atası əgər oğlu xəstəliyə qalib gələ bilsə, onu ən yaxşı mühəndislik məktəbinə göndərməyi özünə söz verdi[20][19](əslində Teslanın atası oğlunun din xadimi olmasını istəyirdi)[22].
1874-cü ildə Tesla Qraciaz şəhəri yaxınlığındakı Tomingaj kəndinə qaçmaqla, Smilianda Avstriya-Macarıstan Ordusuna çağırışdan yayınıb.[23] Burada o ovçu libasında dağlarda araşdırma aparıb. Tesla deyir ki, təbiətlə təmasda olmaq həm cismən, həm də əqli cəhətdən onu daha güclü edib.[20] O, Tomingajda olarkən çoxlu kitablar oxuyub, sonralar qeyd edir ki, Mark Tvenin əsərləri ona öncəki xəstəlikdən sağalmağa möcüzəvi şəkildə kömək edib.[19]

Teslanın atası Milutin Tesla. Smilian kəndində Ortodoks keşiş
1875-ci ildə Tesla Avstriyanın Qras şəhərində Hərbi sərhəd təqaüdü zamanı Qras Texnologiya Universitetində təhsil alıb. Birinci il ərzində Tesla bütün mühazirələrdə iştirak edib, mümkün ən yüksək qiymətləri qazanıb və doqquz imtahandan keçib[20][19] (təxminən tələb olunandan iki dəfə çox[13]). Hətta Teslanın atası texniki fakultənin dekanından təşəkkür məktubu da almışdı. Məktubda qeyd edilirdi: "Sizin oğlunuz birinci dərəcəli ulduzdur."[13] Tesla bəyan edir ki, o bazar günləri və bayramlar istisna olmamaqla, günorta 3-dən axşam 11-ə kimi işləyirdi.[19] 1879-cu ildə atası öldükdən sonra, Tesla atasına professordan olan xəbərdarlıq məktublarını tapdı. Bu xəbərdarlıqda deyilirdi: "Nə qədər ki , oğlunuz məktəbdən kənarlaşdırılmayıb, o həddən artıq işləməkdən ölə bilər." Universitetin ikinci ilində Tesla Qramm maşınınında kollektorun lazım olmadığını deyəndə bu məsələdə Professor Poesçl ilə mübahisəsi oldu. İkinci ilin sonunda təqaüdü itirdi və qumar oyunlarına aludə oldu.[20][19] Universitetin üçüncü ilində Tesla təhsil haqqı pulunu və cib xərcliyini qumarda uduzdu. Sonradan o, qumarda ilk uduzduqlarını geri qaytarıb və ailəsinin vəziyyətini nisbətən yaxşılaşdırıb. Tesla deyirdi ki, o bu ehtirasını fəth edə bilib, ancaq sonralar Teslanın ABŞ-da bilyard oynaması məlumdur. İmtahan vaxtı çatanda, Tesla hazırlıqsız idi, ona görə də hazırlaşması üçün möhlət istəyib, ancaq rədd cavabı alıb. O heç vaxt sonuncu semestri uğurla başa vuraraq, universiteti bitirə bilmədi.[23]
1978-ci ilin dekabrında Tesla Qras Universitetini tərk etdi və o universitetdən kənarlaşdırılmaq faktını gizlətmək üçün ailəsi ilə bütün əlaqələri kəsdi.[23] Onun dostları elə fikirləşdi ki, o Mur çayında boğulub.[24] Tesla Maribora (hal-hazırda Sloveniyanın ərazisidir) getdi və ayda 60 florin məbləğində maaşla çertyojçu kimi işləməyə başladı. O boş vaxtlarını küçələrdə yerli insanlarla kart oynamaqla keçirirdi.[23] 1879-cu ilin martında Mulitin Tesla Maribora getdi və oğluna evə dönməsi üçün yalvardı, ancaq Tesla evə dönməkdən imtina etdi.[25] Tesla təxminən həmin vaxtlarda əsəb xəstəliyindən əziyyət çəkirdi.[24]
24 mart 1879-cu ildə Tesla yaşamaq icazəsi olmadığı üçün polis mühafizəsi altında Qospiçə qayıtdı. 17 aprel 1879-cu ildə Mulitin Tesla naməlum xəstəliyə yoluxduqdan sonra , 60 yaşında vəfat etdi[26] (bəzi mənbələrdə insultdan öldüyü yazılır[27]). Bu illər ərzində , Tesla Qospiçdə keçmiş məktəbi olan Ali Real Gimnaziyada müəllimlik edib.[26]
1880-ci ilin yanvarında Teslanın dayılarından ikisi onun təhsil alması üçün Qospiçi tərk edərək Praqada təhsil almasına kömək üçün lazım olan qədər pul ayırdılar. Təəssüf ki, O Karlov Universitetinə sənədlərini vermək üçün gec gəlmişdi: O həm də burda əsas tələb olunan Yunan və Çex dilini bilmirdi. Tesla bunları etdi, lakin dinləyici kimi universitetdə mühazirələrdə iştirak etsə də, o bu kursu müvəffəqiyyətlə bitirə bilmədi.[28][29][30]
1881-ci ildə Tesla Budapeşt Telefon Stansiyası teleqraf şirkətində Ferents Puşkaşın başçılığı altında işləmək üçün Budapeştə köçdü. Bura gəldikdən sonra Tesla başa düşdü ki, şirkətin quruluşu operativ deyil beləliklə, o Mərkəzi Teleqraf ofisinin yerinə çertyojçu kimi işlədi. Bir neçə ay müddətində Budapeşt Telefon Stansiyası operativ oldu və Tesla baş elektrik vəzifəsinə təyin edildi.[31] İşlədiyi müddətdə Tesla Mərkəzi Stansiyaya avadanlıqlarının bir çoxunda irəliləyişlər edib və heç vaxt patentləşdirilməyən, nə də açıq şəkildə adlandırılmayan telefon təkrarlayıcısı və ya səsgücləndiricisi vasitələrini təkmilləşdirib.[19]

Edison üçün işləməsi[redaktə | əsas redaktə]

1882-ci ildə Tesla elektrik avadanlıqlarının təkmillədirilməsi və lahiyələndirilməsi üzrə Fransada Kontinental Edison Şirkətində işləməyə başladı.[32] 1884-cü ilin iyununda o Nyu-Yorka yerini dəyişdi[13][33] və Edison Maşınqayırma Zavodunda işləmək üçün Tomas Edison tərəfindən işə götürüldü. Edison üçün Teslanın işi sadə elektrik mühəndisliyi ilə başladı və tezliklə daha çətin problemlərin həlli səviyyəsinə kimi inkişaf etdi.[34]
Tesla Edison Şirkətinin sabit cərəyan elektrik generatorlarının tamamilə yenidən layihələndirilməsini təklif etdi. 1885-ci ildə o dedi ki, Edisonun səmərəsiz motor və generatorlarını həm iş, həm də iqtisadi cəhətdən təkmilləşdirərək, yenidən layihəsini verə bilər. Teslanın sözlərinə görə Edison qeyd edib ki, "əgər sən bunu edə bilsən, sənə əlli min dollar verəcəm".[9] Bu Edisondan qəribə bəyanat kimi qeyd edilmişdir belə ki, Edisonun şirkətinin bu qədər pulu nağd ödəyəcək qədər imkanı yox idi. Aylarla işləyəndən sonra, Tesla tapşırığı tamamilə yerinə yetirdi və ödəniş ilə maraqlandı. Edison dedi ki, o yalnız zarafat edib və sonra cavab verdi: "Tesla, siz bizim Amerika yumorunu başa düşmürsüz."[13] Bunun əvəzinə Edison həftəlik maaşını 10$ dollardan 18$ dollara qədər artırmağı Teslaya təklif edib. Tesla bu təklifdən imtina edir və vəzifəsini tərk edir.[9]

Aralıq illər (1886–1899)[redaktə | əsas redaktə]

Tesla Edisonun şirkətini tərk etdikdən sonra, Robert Leyn və Benjamin Vale adlı iki biznesmenlə 1886-cı ildə tərəfdaş oldu. Onlar Teslanın adını daşıyan Tesla Elektrik İşığı və İstehsalat şirkətinin (ing. Tesla Electric Light & Manufacturing) maliyyələşdirmək üçün razılığa gəldilər.[35] Şirkət Tesla tərəfindən hazırlanmış işıqlandırma sistemləri əsasında elektrik qövs lampasını yaratdı. Bu həm də ABŞ-da Teslanın tamamladığı dinamo elektrik maşınqayırma kollektorları üçün ilk patent layihəsi idi.
Sərmayədarlar mühərrik və elektrik ötürücü avadanlığın yeni növləri üçün Teslanın ideyalarına az maraq göstərdi və görünürdü ki, bu elektrik paylayıcı yeni sistem icad etməyə nisbətən daha yaxşı inkişaf idi.[36] Onlar sonda Teslanı pulsuz halda başqa yerə getməyə məcbur ediblər. O hətta şirkətin səhmlərinə pul ayırdıqdan bəri patentlərinə nəzarəti itirdi.[36] O müxtəlif elektrik təmiri işlərində işləməli və hətta günlük 2$ üçün məhsulları yükləməli idi. İnsanların sədaqətinə inanmış Tesla , "dəhşətli baş ağrıları və acı göz yaşları zamanı" 1886/1887-ci ilin qışını bu haqda lazımınca düşündü. Bu vaxt ərzində o elminin dəyərinə şübhə ilə yanaşdı.[37]

Dəyişən cərəyan və asinxron maşın[redaktə | əsas redaktə]


Teslanın dəyişən cərəyan asinxron maşınının prinsipini izah edən U.S. patent 381,968dən çertyoj
1886-ci ilin sonunda Tesla Nyu York müvəkkili Çarlz Pek və Western Union şirkətinin idarə başçısı Alfred Braunla tanış oldu. Bu iki şəxs maliyyə yardımı üçün patentlər və ixtiralara dəstək olmaq və şirkətlərin təsis edilməsində təcrübəyə malik idilər.[38] Teslanın patentləri və digər ideyaları əsasında onlar maddi cəhətdən onun patentlərinə dəstək olmaq üçün razılığa gəlmişdilər. 1887-ci ilin aprelində onlar patentlərdən əldə olunan gəlirin 1/3-nin Teslaya, 1/3-nin Pek və Brauna, 1/3-nin isə inkişaf fonduna getməsini razılaşdıraraq, Tesla Elektrik Şirkətinin(ing. Tesla Electric Company) əsasını qoydular.[38] Onlar həm də elektrik mühərriklərinin, generatorların və digər qurğuların yeni növlərinin inkişafı və təkmilləşdirilməsi üzərində işləmək üçün Manhetten Azadlıq Küçəsi 89-da Tesla üçün laboratoriya təsis etdilər.
Teslanın predmentlərindən biri 1887-ci ildə laboratoriyada hazırlanmış, uzun məsafəyə yüksək gərginliklə ötürmədəki üstünlüklərinə görə ABŞ və Avropada tikilməsinə başlanan enerji sistemi nümunəsi—dəyişən cərəyanla işləyən asınxrom maşın idi. Mühərrikin dönməsi üçün maşın fırlanan maqnit sahəsi hasil edən üçfazlı cərəyan istifadə edirdi (Tesla prinsipcə 1882-ci ildən düşündüyünü irəli sürmüşdü).[39][40][41] Beləliklə, qığılcımların olmaması, daima işinin yüksək səviyyədə saxlanması və mexaniki fırçaların əvəzlənməsi kimi üstünlükləri ilə yanaşı, kollektora ehtiyac olmadan öz-özünə işə başlayan kimi layihələndirilən bu innovativ elektrik mühərriki 1888-ci ilin mayında patentləşdirildi.[1][42]
1888-ci ildə Elektrik Dünyası jurnalının (ing. Electrical World magazine) redaktoru Tomas Commerford Martin (dostu və publisist) Amerika Elektrik Mühəndisləri İnstitutunda (indi İEEE) dəyişən cərəyan sisteminin, o cümlədən də asinxron maşının nümayişini Tesla üçün təşkil etdi.[43] Westinghouse Electric & Manufacturing Company üçün işləyən mühəndislər Teslanın real dəyişən cərəyan mühərriki və bununla bağlı elektrik enerjisi sisteminin olmasını Corc Vestinqauza xəbər verdilər. Vestinqauz İtalyan fiziki Qalileo Ferraris tərəfindən 1888-ci ilin martında göstərilmiş asinxron maşın əsasında oxşar kollektorsuz fırlanan maqnit sahəsində patentin alınmasına baxdı, ancaq qərara gəldi ki, Teslanın patenti çox güman ki, satış bazarına nəzarət edəcək.[1][44]

Nikola Teslanın dəyişən cərəyan dinamo elektrik maşını (1888) (Dəyişən cərəyan elektrik generatoruU.S. Patent 390,721.
1888-ci ilin iyulunda Braun və Pek hər bir mühərriklə hasil olumuş hər dəyişən cərəyan at gücünə 2.50$ icarə haqqı və səhmlərə görə ödənilən pulla birlikdə 60000$ məbləğində Teslanın üçfazlı asinxron maşını və transformatorun layihələri üçün Corc Vestinqauz ilə lisenziyalı saziş bağladılar. Vestinqhauz həmçinin Westinghouse Electric & Manufacturing Company şirkətinin Pitsburqlaboratoriyasında müşavir kimi 2000$-dan (bügünkü dollarla 52,500$)[45] çox qonararla Teslanı bir il müddətində işə götürdü.[46]
Bu illər ərzində Tesla Pitsburqda işlədi və şəhərin tramvaylarının enerjisi üçün dəyişən cərəyan sistemini yaratmağa kömək etdi. Tesla dəyişən cərəyan enerjisini necə daha yaxşı reallaşdırmaq üstündə onunla və digər Vestinqauz mühəndisləri arasında ziddiyyət səbəbindən məyus olmuşdu. Onlar Teslanın təklif etdiyi 60 dövrəli dəyişən cərəyan sistemində qərarlaşıblar (Teslanın mühərrikinin işçi tezliyinə uyğun olmalıdır). Onlar tezliklə tapdılar ki, Teslanın asinxron maşını yalnız sabit sürətdə işləyə bildiyinə görə, bu sistem tramvaylar üçün işlədilə bilməz. Onlar bunun əvəzinə sabit cərəyan dartı elektrik mühərrikindən istifadə etməyi qərara aldılar.[47][48]

Cərəyanlar müharibəsi[redaktə | əsas redaktə]

Teslanın dəyişən cərəyan üzərində işləri Cərəyanlar müharibəsi adlanan müharibənin əsasını qoydu.[49] Buna kimi elektrik standartları üzərində mübarizə Tomas Edison və Corc Vestinqauz arasında gedirdi.[50][51] Vestinqauz şirkəti digərləri ilə birlikdə Teslanın patentlərini əldə etdi və işləyib hazırladı. Bu Vestinqauza Tomas Edisonun sabit cərəyan sistemi ilə rəqabət apara biləcək dəyişən cərəyan sistemini hazırlamağa imkan yaratdı.[52]
1893-cü ildə Corc Vestinqauz Çikaqoda Ümumdünya sərgisində Edisonun sərgidə sabit cərəyanla elektrikləşdirmə təklifini qabaqlayaraq, dəyişən cərəyanla elektrikləşdirmə təklifi ilə qalib gəldi. Bu Dünya Sərgisi elektrik eksponantlarının nümayişinə həsr olunmuşdu. Bu dəyişən cərəyan enerjisinin tarixində mühüm bir hadisə idi, çünki Vestinqauz Amerika ictimaiyyəti üçün dəyişən cərəyanın təhlükəsiz, etibarlı və səmərəli nümayişini göstərmişdi.[53][54] Sərgidə Tesla məftilsiz qaz boşalma lampasını yandırmaq üçün yüksək gərginlikli, yüksək tezlikli cərəyanın istifadəsi daxil olan əvvəl Avropa və Amerikanın hər yerində həyata keçirilməsi nəzərdə tutulmuş elektrik təsirinin bir sıra nümayişlərini göstərmişdi.[9] Müşahidəçi qeyd etdi:
"Otaqda qalay folqa ilə örtülmüş iki sərt rezinli lövhə asıldı. Bunlar əsas naqillərin terminalı vəzifəsinə yerinə yetirib və trasformatordan təxminən 4.5 metr aralı idi. Cərəyan verilən zaman, lampalar işıqlanırdı. Lampalar arasında heç bir naqil əlaqəsi yox idi, ancaq asılmış lövhələr arasında masanın üstünə qoyulmuşdu (və ya demək olar ki, otağın istənilən hissəsində əldə saxlana bilərdi). Bunlar təxminən iki il əvvəl Londonda Tesla tərəfindən nümayiş olunan eyni qurğular və eyni təcrübələr idi."
Tesla həmçinin Kolumb yumurtası kimi adlanan qurğudan istifadə etməklə, necə mis yumurtanın dimdik dayanmasını nümayiş etdirərək, asinxron maşın və fırlanan maqnit sahəsinin prinsiplərini izah etdi.[55]
1892-ci ildən Edisonun şirkəti Westinghouse Electric ilə patent mübarizələri və onları devirmək cəhdlərini planlaşdıraraq, yeni şirkət və sərmayədar Con Pirpontla General Electric konqlomeratında birləşdi. Halbuki, 1896-cı ildə iki şirkət arasında patent pay bölgüsü haqqında saziş imzalanmışdı.[56] Vestinqauz hələ də maliyyə toqquşmaları üzündən nağd pulla ödəməni bağlamışdı. Əlavə istiqrazları təmin edən Vestinqauz Teslanın patentlərinə yenidən baxmağa məcbur oldu. Bankirlər şirkətdə maliyyə gərginliyini müzakirə etdilər[57][58] (bu məqamda Vestinqauz Tesla, Braun və Pekə qonorar və lisenziya daxilində təxminən 200,000$ ödəyib[59]). 1897-ci ildə Vestinqauz bütün şərtlər daxilində Teslaya öz maliyyə çətinliklərini izah edərək deyib ki, əgər vəziyyət belə davam edərsə, o Westinghouse Electricin idarəetməsində artıq qalmayacaq və Tesla gələcək qonorarları yığmağa cəhd üçün "bankirlərlə sövdələşmə" etməlidir. Vestinqauz birjada Teslanın dəyişən cərəyan patentləri üzərində lisenziyalaşdırma haqqında sazişdən öz şirkətini xilas etməyə Teslanı inandırdı. Westinghouse Electric patentlərin alınmasını 216000$ birdəfəlik ödəmə ilə nəzərdə tutmuşdu.[9] Vestinqauz Teslaya 60000$ nağd pul ödədi və həmçinin də Teslaya hər at gücü dəyişən elektrik enerjisi üçün 2.50$ müəllif qonorarı ödəməyə də razılaşdı.[46]

Amerika vətəndaşlığı[redaktə | əsas redaktə]

30 iyul 1895-ci ildə 35 yaşında Tesla ABŞ-ın milli vətəndaşı oldu və Nyu-Yorkda öz Cənub Beşinci Avenyu laboratoriyasında , daha sonra isə Hauston Strit 46-da təsdiq edildi.[60] O hər iki yerdə simsiz enerji ötürülməsini nümayiş etdirmək üçün elektrik lampalarını yandırıb.[61] Eyni ildə o, Tesla sarğacını patentləşdirdi.[62]
Tesla 1892-ci ildən 1894-cü ilə qədər hal-hazırda İEEE kimi tanınan Amerika Elektrik Mühəndisləri İnstitutunda (Radio Mühəndisləri İnstitutu ilə yanaşı) vitse-prezident vəzifəsində çalışıb.[63]

Rentgen təcrübələri[redaktə | əsas redaktə]


Tesla tərəfindən alınmış əlin rentgenoqrafiyası
1894-сü ildən başlayaraq, Tesla əvvəlki təcrübələrdə öz laboratoriyasında zədələnmiş fotoplyonka gördükdən sonra, "görünməyən" növlü şüalanma enerjisi üzərində tədqiqlərə başladı (daha sonralar Rentgen şüaları kimi müəyyənləşdirildi).[64][65] Onun ilk təcrübələri soyuq katodlu elektrik yüklənnə borusu və Crokes borusu ilə olub. Bir müddət sonra Teslanın ilk elmi tədqiqatlarının böyük qismi—yüzlərlə ixtira modelləri, planlar, qeydlər, laboratoriya məlumatları, alətlər, fotoşəkillər, $ 50,000 məbləğində pul 1895-ci ilin martında 5-ci Avenyu laboratoriyasında yanaraq məhv oldu. The New York Times qəzetinə müsahibəsində Tesla deyir: “Mən həddindən artıq məyusam. Mən nə deyə bilərəm?”[66] Tesla qaz boşalma borusunun daha öncəki növlərindən olan Geissler borusu ilə Mark Tvenin işıqlandırılmış fotoşəklini almağa cəhd edən zaman təsadüfən rentgen təsvirlərini almışdı (1895-ci ilin dekabrında Vilhelm Rentgenin bir neçə həftəyə rentgen şüalarının kəşfi xəbərini verməzdən əvvəl). Təsvirdə alınmış bircə şey kamera fotoobyektivində bağlanmış metal vitn idi.[9]
1896-cı ilin martında Vilhelm Rentgenin rentgen şüasını və rentgen şüa təsvirlərini (rentgenoqrafiya) kəşf etdiyi xəbərini eşitdikdən sonra, öz layihəsi olan yüksək enerjili bir terminallı vakuum borusunun inkişafı və rentgen təsvirlərində öz fərdi təcrübələrini davam etdirdi. Tədqiq zamanı, Tesla Rentgen şüalarını almaq üçün bir neçə eksperimental qurğu hazırladı. Tesla öz sxemlər ilə cihazın adi qurğularla mümkün ola biləndən daha böyük güclü Rentgen şüaları hasil etməyə imkan verməsinə təsir etdi.[67]
1901-ci il iyulun 2--də Rentgen Teslaya məktub yazır. Məktubda deyilir:
"Əziz Cənab! Siz qəribə dərəcələrdən gözəl fotoşəkillərlə məni olduqca təəccübləndirmisiniz. Mən bunun üçün sizə çox böyük təşəkkürümü bildirirəm. Kaş ki mən bilərdim ki, siz belə şeyləri necə edirsiniz! Xüsusi hörmət ifadəsi ilə mən sizə sadiq yanaşıram, V. K. Rentgen." (Tesla Muzeyinin izni ilə, Belqrad, Serbiya; sənəd no. MNT, CXLIV, 152.) [68][69][70]
Tesla vahid qovşaqlı rentgen şüaları hasil edən qurğular və öz sxemlər ilə işlərin təhlükəli olduğunu müşahidə edib. Onun bir çox qeydlərində bu hadisənin araşdırılmasına başlayan zaman o, müxtəlif səbəblərə görə dərinin zədələnməsini təyin edib. O tezliklə dəriyə zərərin Rentgen şüaları ilə əlaqədar olmadığına inandı, ancaq ozonla və daha az dərəcədə nitrit turşusunun dəri ilə təmasda olmasından yaranır. Tesla səhvən hesab etdi ki, Rentgen şüaları plazma daxilində yaranmış dalğalar kimi uzununa dalğalardır. Bu plazma dalğaları sərbəst-qüvvəli maqnit sahələrində yarana bilər.[71][72]

Radio[redaktə | əsas redaktə]


Teslanın 1891-ci ildə mühazirəsi zamanı yüksək tezlik və potensialda enerjinin və gücün simsiz ötürülməsinin nümayişi.
Radio dalğalarla ötürmənin mümkünlüyü barədə Teslanın nəzəriyyələri Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Franklin İnstitutuMissuri ştatının Sent-Lüis şəhəri (1893) və National Electric Light Associationdakı nümayişlər və mühazirələrə kimi gedib çıxır.[73] Teslanın nümayişləri və prinsipləri haqqında müxtəlif kiv vasitələrində geniş şəkildə yazılıb.[74] Tesla Sarğacı kimi bir çox cihazlar radionun daha da inkişafında istifadə edilmişdir.[75]

1898-ci ildə Tesla məsafədən idarəolunan qayığı nümayiş etdirdi. (U.S. Patent 613,809 —Hərəkət edən nəqliyyat vasitələrinin nəzarət mexanizmi üçün aparat metodu)
Tesla 1896-cı ildə radio dalğa təcrübələrini yaşadığı Gerlax otelində (sonradan Radio Dalğa binası adlandırılıb) aparıb.[76]
1898-ci ildə Tesla Medison Meydanı Bağında (ing. Madison Square Garden) elektrik sərgisi zamanı "teleautomaton" adlandırdığı radio idarə olunan qayığı nümayiş etdirdi.[1] Bura toplaşan insanlar qayığın içərisində gizlədilmiş təlim keçmiş meymun tərəfindən idarə olunması və telepatiya, sehrbazlıq kimi dəhşətli iddialar ilə çıxış etdilər.[77] Tesla məsafədən idarə olunan torpedo növü kimi ABŞ hərbçilərinə öz ideyasını satmağa çalışdı, ancaq onlar buna az maraq göstərdi.[78] Uzaqdan radio idarə olunma bir sıra ölkələrin hərbi proqramlarda istifadə olunmasına kimi—birinci dünya müharibəsi və ondan sonraya qədər də yeni bir ideya kimi qalıb.[79] Tesla 13 may 1899-cu ildə Kolorado Sprinqsə gedərkən, Çikaqoda Kommersiya Klubunun yığıncağı üçün nitqində bir də “Teleautomatics”i nümayiş etdirmək imkanı əldə etdi.[80]
1900-cü ildə elektrik ötürməsi və elektrik enerjisinin ötürmə sistemləri üçün patentlərə maliyyə yardımı edildi. Qulelmo Markoni 1901-ci ildə özünün məşhur birinci transatlantik radio ötürməsini hazırlayanda, Tesla istehza ilə deyib ki, bu 17 Tesla patenti ilə edilib. Bu 1902-cü ildə Teslanın patentlərinin təsdiq olunması, ardınca isə 1904-cü ildə Markonin lehinə qərarın dəyişilməsi ilə radio üzərində patent mübarizəsinin başlanması idi. 1943-cü ildə Birləşmiş Ştatların Ali Məhkəməsi qərarla Tesla, Con Stoun və Oliver Locun əvvəlki patentlərini bərpa etdi.[81] Məhkəmə bildirib ki, onların qərarının ilk radio ötürücünü əldə etmək kimi Markoninin iddiasına heç bir aidiyyəti yoxdur, sadəcə müəyyən patentlər üçün Markonin iddiası şübhəli olandan bəri , o həmin patent hüquqlarına iddia edə bilmədi.[82]

Kolorado Sprinqs[redaktə | əsas redaktə]

17 may 1899-cu ildə Kolorado Sprinqsə köçdü və tezliklə burda onun yüksək tezlikli və yüksək gərginlikli təcrübələri aparmaq üçün otağı oldu.[83] Onun lobarotoriyası Foot Avenyu və Kirova küçələrinin yaxınlığında yerləşirdi.[84] Onun lobarotoriyasını bu yerdə seçməsinə səbəb bütün enrjiyə olan təlabatını təmin edəcək köməkçi birləşmələrin burada olaması idi.[85] O, üçfazlı dəyişən cərəyan enerji paylaşdırıcı sistemini burada təqdim etmişdi. Məruzələrində birdirib ki, o bura gəldikdən sonra Payks Pikdən Parisə siqnalların ötürülməsi , simsiz teleqrafiya eksperimentlərini aparır.[86][87] Kalorado Sprinqs Qeydləri 1899-1900 (ing. Colorado Springs Notes, 1899–1900) kitabında Nikola Teslanın buradakı təcrübələri təsvir olunur.
1899-cu il 15 iyunda Tesla öz Kolorado Sprinqs lobarotoriyasında birinci təcrübələrini apardı. O beş düymə uzunluğunda ilk qığılcımları qeydə aldı, ancaq onlar çox xırıltılı və səs-küylü idi.[88]
Tesla öz qəbulediciləri vasitəsilə ildırım siqnallarını müşahidə edərək, atmosfer elektrik enerjisini tədqiq etmişdir. Tesla bəyan edib ki, bu müddət ərzində o stasionar dalğaları müşahidə edib.[89]
Tesla süni ildırım yaratdı (135 fut uzunluğuna qədər və milyonlarla voltdan ibarət boşalmalar ilə) Buraxılmış enerjiyə əsasən, şimşək Kripple Krikdən 15 mil aralıda eşidildi. Küçə boyu gəzişən insanlar torpaq və ayaqları arasında atılan qığılcımları müşahidə etdilər. Qığılcımlar toxunan zaman su xətti kranlarından sıçradı. Elektrik lampaları lobarotoriyanın 100 fut məsafəsində işıldayandan sonra söndü. Sabit geyimdə atların metal ayaqlarının (nallar) içərisindən təkanlar keçəndən sonra parterdən qorxub qaçmağa başladılar. Kəpənəklər qanaqlarının ətrafında Müqəddəs Elmo atəşinin mavi şəfəqli dairələri üzrə burulğanlaşma ilə elektikləşdi.[90]

Vordenkliff illəri (1900–1917)[redaktə | əsas redaktə]

Əsas məqalə: Vordenkliff qülləsi
Biznes üçün Tesla hazırdır – 7 avqust 1901-ci il
1900-cü ildə 150,000 $-la (indiki dollarla 4,252,200 $, 51%-i Con Pirpont Morqandan) Tesla Vordenkliff qülləsi mexanizmini planlaşdırmağa başladı.[91]
Tesla sonra daha güclü ötürücünün tikintisinə görə daha çox vəsait istəmək üçün Morqana yaxınlaşdı. Morqan bütün pulların hara getdiyini soruşanda, Tesla cavab olaraq bildirb ki, onun (Morqanın) səbəb olduğu 1901-ci il Çaxnaşması buna öz təsirini göstərib. Morqan daha çox maliyyə vəsaiti istəməklə Teslanın müqaviləni pozması və fond bazarı iflasının xatırladılması ilə sarsılıb. Tesla Morqana daha bir dəfə müraciət məktubu yazsa da, ancaq bu müraciət də nəticəsiz qalıb. Morqanın hələ də ilkin sazişə görə Teslaya pul borcu olub və hətta Tesla tikinti işlərindən əvvəl tənbehlə də üzləşmişdir.[92]

Nobel Mükafatı şayiələri[redaktə | əsas redaktə]

6 noyabr 1915-ci ildə Reuters informasiya agentliyi Londondan olan məruzəsində bildirib ki, Fizika üzrə Nobel Mükafatına bu il Nikola Tesla və Tomas Edison layiq görülüb. Lakin 15 noyabrda Reuters Stokholmdan olan xəbərində "Rentgen şüalarının köməyilə kristalın quruluşunun təhlilindəki xidmətlərinə görə" Ser Uilyam Henri Breqq və Uilyam Lorens Breqqin Fizika üzrə Nobel mükafatına layiq görüldüyünü bəyan edib.[9][93][94] Tesla və Edison mükafatdan imtina etməsi haqqında o vaxtlarda əsassız şayiələr var idi.[9] Nobel fondundan bildirilib ki,
"Onun mükafatdan imtina etmək niyyəti məlumdursa, o şəxsə Nobel mükafatı verilməmişdir. Odur ki, bu haqda istənilən şayiə gülməlidir."
Belə ki, o qalib olunduqdan sonra Nobel Mükafatını yalnız alan şəxs rədd edə bilər.[9]
Teslanın bioqrafları tərəfindən sonra iddialar var ki, Tesla və Edison Nobel mükafatını 1915-ci ildə ilk layiq görülənlər idi. Ancaq onlar arasında düşmənçilik münasibəti olduğundan mükafat nə Teslaya, nə də Edisona verilib. Hər kəs mükafatı qazanmaq üçün digər nailiyyətlərini və haqlarını minimuma endirməyə çalışırdı. Əgər başqaları mükafatı birinci qəbul etsəydi, hər ikisi mükafatı qəbul etmək üçün heç vaxt imtina etməzdi. Belə ki, hər ikisi makafatı paylaşmağın hər hansı bir mümkünlüyündən imtina edib. Hətta Teslanın 20000 $ pul mükafatını qazanmaması üçün daha imkanlı olan Edison bu mükafatdan imtina edib.[9][15][95]
Bu söz-söhbətlərdən illər sonra , nə Tesla nə də Edison Nobel mükafatı qazanıb (baxmayaraq ki, Edison 1915-ci ildə mümkün 38 tender təklifinin birini və Tesla 1937-ci ildə mümkün 38 tender təklifinin birini aldı).[96]

Ölümü[redaktə | əsas redaktə]


Onun sevimli həndəsi obyekti olansfera daxilində Teslanın külü olan qızıl suyuna salınmış dəfn urnası, Nikola Tesla Muzeyi, Belqrad.
Tesla 86 yaşında 7 yanvar 1843-cü ildə Nyu Yorker Otelinin 3327-ci otağında vəfat etdi. İki gün əvvəl Tesla qapıya əhəmiyyət verməyərək "narahat etməyin" nişanı qoymuşdu. Onun meyiti sonradan Teslanın otağına daxil olarkən qulluqçu Alisa Monaxan tərəfindən tapılıb. Tibbi ekspert köməkçisi H.W. Wembly Teslanın bədəninə baxdıqdan sonra qərar çıxarıb ki, ölümə səbəb koronar tromboz olub.[18] Teslanın meyiti Medisonda Frank E. Kempbel Dəfn Evinə yerləşdirilib. Teslanın köhnə dostu və tərəfdaşı Huqo Qernsbeq ölüm maskasının yaradılması üçün heykəltəraşa tapşırıq vermişdi. Həmin maska bu gün Nikola Tesla Muzeyində nümayiş olunur.[18]
İki gün sonra FTB Tesla Amerika vətəndaşı olmasına baxamayaraq, Teslaya məxsus əşyaları[18] müsadirə etmək üçün Xarici Əmlak İdarəsinə göstəriş verdi.[97] Nyu Yorker Oteli və digər Nyu York şəhərinin otellərindən Teslanın bütün əmlakı Xarici Əmlak İdarəsinin möhürü altında Manhattan Storage and Warehouse Companyə daşındı.[18] MİT professoru və Milli Müdafiə Tədqiqatları Komitəsi üçün texniki köməkçi kimi yaxşı tanınan elektrik mühəndisi Con Corc Tramp Xarici Əmlak İdarəsinin mühafizəsi altında Teslanın əşyalarını analiz etmək üçün çağırıldı.[18] Üç gün davam edən araşdırmalardan sonra Tramp bu qənaətə qəlib ki, təhlükə yaradacaq heç nə yoxdur. Sitat:
"Ən azı son 15 il ərzində Teslanın fikirləri və səyləri ilk növbədə enerjinin simsiz ötürülməsi və istehsalı ilə tez-tez əlaqəli olan spekulyativ, fəlsəfi və bir az reklam xarakteri barəsində idi; amma bu nəticələrə nail olmaq üçün yeni, sağlam, işlək prinsiplər və metodlar daxil etməmişdi[98]."
Teslanın "ölüm şüası" hissəsini saxlamaq üçün nəzərdə tutulan qutuda Tramp 45 illik müqaviməti dəyişilə bilən qutu tapmışdı.[99]
10 yanvar 1943-cü ildə Nyu-Yorkun meri Forello La Quardiya "Ave Maria" və "Tamo daleko" musiqilərinin fonunda WNYC radiosunda canlı yayım zamanı Sloveniya əsilli Amerikalı yazıçı Luis Adamiç tərəfindən yazılmış mədhiyyəni oxudu.[18] 12 yanvarda Müqəddəs Con İlahi Kilsəsində Teslanın dəfn mərasimində 2000 insan iştirak etdi. Dəfn mərasimindən sonra Teslanın meyiti Ardslidə yerləşən Fernkliff Qəbiristanlığına aparılıb və burada yandırlıb. Növbəti gün ikinci dəfn xidməti Nyu-Yorkda Müqəddəs Sava Serb Pravoslav Kilsəsinin tanınmış Serb keşişləri tərəfindən aparılıb.[18]

Mülk[redaktə | əsas redaktə]

1952-ci ildə Teslanın bacısı oğlu Sava Kosanoviçin təzyiqi ilə Teslanın bütün əmlakı 80 sandıqda N.T. nişanı ilə gəmi vasitəsilə Belqrada göndərilib.[17] 1957-ci ildə Kosanoviçin katibi Şarlotta Muzar Teslanın külünü ABŞ-dan Belqrada göndərdi.[17] Kül hal-hazırda mərmər postament üzərində Nikola Tesla Muzeyində qızıl suyuna salınmış sferada nümayiş olunur.[100]
Onun dəyişən cərəyan elektrik patentlərinin satılmasına baxmayaraq, Tesla borc və yoxsulluq içində dünyasını dəyişib.[101][102][103][104]

Patentlər[redaktə | əsas redaktə]

Tesla ixtiralarına görə təxminən 300 patent alıb.[105] Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var.[105] Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində təsdiqlənib.[9] Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb.

Şəxsi həyatı[redaktə | əsas redaktə]

Tesla hər gün səhər 9:00-dan axşam saat 6:00-ya qədər və ya daha artıq işləyirdi. Tesla şam yeməyini dəqiq vaxt olaraq 8:10-da Delmonico's restoranında, sonralar isə Uoldorf- Astoriya otelində yeyirdi. Tesla yalnız ona xidmət edə biləcək baş ofisianta nahar sifarişi üçün zəng edə bilərdi. "Yeməyin saat 8-də hazır olması tələb olunurdu. Tesla tək nahar edirdi, başqa halda isə öz ictimai öhdəliklərini ödəmək üçün nadir halarda qrupla nahar etməsi mümkün idi. Tesla tez-tez öz işini gecə saat 3:00-qədər davam etdirə bilərdi."[13]
Bədən gimnastikası üçün, Tesla hər gün təxminən 13 km-ə yaxın məsafə qət edirdi. O, hər axşam ayaq barmaqlarını yüz dəfə şaqqıldadırdı və öz beyin hüceyrələrini bununla stimullaşdırdığını deyirdi.[106]
Qəzət redaktoru Artur Brisben ilə olan müsahibəsində Tesla deyib ki, o telepatiyaya inanmır. Sitat:
"Fərz edək ki, mən sizi öldürməyə cürət edirəm. İkincisi isə siz bunu bilirsiz. İndi bu yaxşı deyil? Hansı proses bütün bu hikirləri əldə edəcək?"
Eyni müsahibədə Tesla bütün fundamental qanunların bir qədər zəfləyəcəyinə inandığını deyib.[107]
Həyatının sonlarına yaxın , Tesla hər gün göyərçinləri yemləmək üçün parka gedirdi və hətta yaralı birini alırdı, onun sağalması üçün otel otağına gətirərək qulluq edirdi.[108][109] Tesla qeyd edib ki, o gündəlik olaraq, məhz zədələnmiş göyərçinləri görmək üçün parka gedirdi. Tesla göyərçinlərin sınmış ayaqlarını və qanadlarını bərkidən , onların sümüklərinin bitişməsinə kömək edən rahat qurğu və binaya 2000$ xərcləmişdi.[110] Tesla deyirdi:
"Mən uzun illər ərzində millərlə göyərçini yedirdirdim. Ancaq qanadlarının üzərində açıq boz rəngli qısa xətli təmiz ağ, gözəl bir göyərçin var idi. Bu biri digərlərindən fərqlənirdi. O dişi göyərçin idi. Mənim yalnız ondan xoşum gəlirdi və onu çağırırdım, o da öz növbəsində uçaraq mənə tərəf gələrdi. Mən bir kişinin qadını sevdiyi kimi göyərçini sevirdim, o da məni sevirdi. Nə qədər ki, mən onu görürdüm, mənim yaşamağımın bir məqsədi var idi.[111][112]"
Tesla həyatını sonrakı illərində vegetarian oldu və yalnız süd, çörək, bal və tərəvəz şirələri ilə qidalanırdı.[113][114]

Görünüşü[redaktə | əsas redaktə]


Tesla, 40 yaşında. Təxminən 1896-cı il
Teslanın boyu 1.88 m, çəkisi isə demək olar ki, 1888-ci ildən 1926-cı ilə kimi dəyişməz olaraq 64 kq olub.[13] O, gündəlik fəaliyyəti reqlamentləşdirilmiş, geyiminə, özünə qulluğa xüsusi diqqət yetirən, Nyu –York şəhərinin dəbli, zərif insanlarından idi.
Bu şəxsi şöhrətpərəstliyə görə deyildi. Geyimindəki şəliqəlik və zəriflik öz şəxsiyyətinin hər bir pilləsi ilə bütöv harmoniya təşkil edirdi. Onun iri paltar şkafı yox idi və o, hər hansısa bir növ zinət əşyalarından istifadə etmirdi… Geyim məsələsində Tesla qeyd edib ki, dünya xarici görünüşdəki təcəssümə görə və şəxslərin cəzbedici əskiklikləri üçün geniş olmayan kiçik nəzakətlə öz məqsədi üçün yolunu daim yüngülləşdirən, öz şəxsiyyətini qiymətləndirən insanları seçir.[13]
New York World qəzetinin redaktoru Artur Brisben Teslanın görünüşünü belə təsvir edir:
"Nikola Tesla hündür, arıq və şübhəsiz ki, müntəzəm olaraq Delmonico'sa gedərkən, çox ciddi görününş alan biridir. Onun olduqca dərin gözləri var idi. Onlar olduqca aydın idi. Mən ondan belə aydın gözləri ola-ola necə bir Slavyan olması barədə soruşdum. O mənə dedi ki, onun gözləri vaxtilə daha qara olub, ancaq fikrində böyük sövdələşmələrdən istifadə edərək, onlara bir çox çalarlar əlavə edib. Mən dəfələrlə eşitmişəm ki, beyindən istifadə etmək gözlərin rəngini açıq edir.
O çox arıq, altı fut hündürlüyündə və yüz qırx funtdan daha az çəkiyə malik idi. Onun çox böyük əlləri var idi. Onun baş barmağı belə böyük əllər üçün də olduqca böyük idi. Onlar qeyri-adi dərəcədə böyük idi. Bu yaxşı əlamət idi. Baş barmaq əlin intellektual hissəsidir.
Nikola Teslanın bütün qüvvəsi ilə, böyük şövq və həvəslə işləyən (entuziast) başı var. Onun başı çiv formasındadır. Onu çənəsi buz baltası kimi nazikdir. Onun ağzı çox kiçikdir. Çənəsi zəif olmasa da, kifayət qədər güclü də deyil. Tesla praktiki sahələrdə işləmədiyi üçün onun sifətini digər kişilərin sifətləri kimi öyrənmək və mühakimə yürütmək olmaz. O başı üstündə öz həyatını yaşayır və orada içəridə ideyalar doğulur. Onun saçları dalğavari qara və qıvrımdır. O, öz yaradıcılığına dərin maraq göstərir. Onun adətən uğurlu keçən özünə inamı və xudbinliyi var. O, əslində haqqında yazılan və danışılan kişilərin əksəriyyətindən fərqlənir.[107] [115]
"

Eidetik yaddaş[redaktə | əsas redaktə]

Nikola Tesla kitabları tam yadda saxlayaraq bir çox əsərlər oxuyurdu. O güman ki, fotoqrafik yaddaşa malik idi.[9] O poliqlot idi və səkkiz dildə danışa bilirdi: Serb-XorvatÇex,İngilisFransızAlmanMacarİtalyan və Latın.[13] Həyatının ilk illəri ərzində , Tesla zaman və zaman müxtəlif xəstəliklərə tutulurdu. O tez-tez qarabasmalarla müşayiət olunan gözlərinin önündə işığın gözqamaşdırıcı parlaqlığı kimi təzahür edən qəribə xəstəliklərdən əziyyət çəkirdi. O, tez-tez ideya və sözlərinə bağlı olan qarabasmalarla qarşılaşırdı. Sadəcə olaraq, əşyanın adını eşitməklə, Tesla real təfərrüfatı ilə onu təsəsvvür edə bilərdi. Tesla ifrat dəqiqliklə , o cümlədən bəzən vizual təfəkkür kimi məlum olan texnika, quruluş mərhələsinə keçənədək bütün ölçülər daxil olmaqla , ixtirasını fikrən təsəvvür edə bilərdi. O, adəti üzrə əl ilə çertyojlar çəkməyib, ancaq yaddaşında çalışıb. Tesla uşaqlıq həyatında əvvəllər baş verən hadisələri tez-tez xatırlayırdı.[9]

Ədəbi işlər[redaktə | əsas redaktə]


100 Serbiya dinarı üzərində Nikola Teslanın təsviri
Tesla qəzet və jurnallar üçün bir sıra kitab və məqalələr yazırdı.[116] Onun kitablarının arasında Ben Conston tərəfindən tərtib və redaktə edilmiş Mənim Kəşflərim: Nikola Teslanın Avtobioqrafiyası (ing. My Inventions: The Autobiography of Nikola Tesla), Devid Xetçer Çildress və The Tesla Papers tərəfindən tərtib edilmiş Nikola Teslanın Fantastik Kəşfləri (ing. The Fantastic Inventions of Nikola Tesla) kitabları var.
Öz kitabında nəşr olunmuş Kəşflər, Tətqiqatlar və Nikola Teslanın Yazıları[117][118] "Yüksək Potensialda və Yüksək Tezlikdə Dəyişən Cərəyan Təcrübələri" məqaləsi və 1900-cü ildə The Century Magazinedə nəşr olunmuş[119][120] "Bəşəri Enerjinin Artırılmasının Problemləri" məqaləsi daxil olan Nikola Teslanın yazılarının bir çoxu azad şəkildə internetdə yerləşdirilib.[121][122]

İrs və adlandırmalar[redaktə | əsas redaktə]


20 iyul 1931-ci ildə Time jurnalının üz qabığı

Belqradda Nikola Tesla Muzeyi, Serbiya
Teslanın irsi kitablar, filmlər, radio, televiziya, musiqi, canlı teatr, komikslər və video oyunlarda yaşayır. Yaşadığı həyat zamanı tanınmaması qəbul edilmiş Tesla bədii əfsanələrə oxşayan qorxulu və ruhlandırıcı xarakter kimi tale yaşayıb. Tesla tərəfindən kəşf olunmuş və ya nəzərdə tutulmuş texnologiyaların təsiri elmi fantastikanın bir neçə növündə daimi mövzulardan biridir.
Məsələn, 1931-ci ildə Teslanın 75 yaşı oanda, Time jurnalı üz qabığı kimi Teslanın şəkli qoyub.[123] Örtük şəklində elektrik enerjisi hasilatında verdiyi töhfələrə görə “Bütün dünya onun enerji evidir” yazısı qeyd olunub. O Albert Eynşteyndə daxil olmaqla 70-ə yaxın alim və mühəndisdən təbrik məktubu almışdı.[124]

Teslanın şərəfinə adlandırılıb[redaktə | əsas redaktə]

Xatirə lövhələri və abidələr[redaktə | əsas redaktə]

  • 2006-cı ildə Xorvatiyanın Smilian kəndində Nikola Tesla Xatirə Mərkəzinin açılışı olub. Burada heykəltəraş Mil Blazeviç tərəfindən hazırlanmış Nikola Teslanın heykəli var.[133][134][135]
  • 7 İyul 2006-cı ildə Xorvatiyanın paytaxtı Zaqrebin 17-ci rayonu olan Dolniy qradda Masarykova and Preradoviçeva küçələrinin tinində Nikola Teslanın heykəlinin açılışı olub. Bu heykəl 1952-ci ildə İvan Meştroviç layihə edilib və Zaqrebdə yerləşən Ruder Baskoviç Universitetindən bura köçürülüb.[136][137]
  • Teslanın heykəli Nyu Yorkun Niaqara Fols şəhərində də yaradılıb.[138] Bu heykəlin layihəsini vermiş Frano Krişiniç Teslanı oxuyan formada təsvir edib. Heykəl ilk dəfə 1963-cü ildə Belqrad Universitetinin Elektrik Mühəndisləri Fakültəsinin qarşısında ucaldılıb və 1976-cı ildə bu heykəlin bənzəri Yuqoslaviya tərəfindən ABŞ-a təqdim olunub.
  • Dəyişən cərəyan generatorunun bir hissəsi üzərində təsvir edilmiş Teslanın heykəli Kraliça Viktoruya Parkında ucaldılıb. Heykəlin rəsmi açılışı Teslanın doğumunun 150-ci il dönümündə-9 iyul 2006-cı ildə olub. Heykəl Müqəddəs Corc Serb Kilsəsi tərəfindən maliyyələşdirilib və layihəsi Ontario əyalətinin Hamilton şəhərindən olan Les Draizdeil tərəfindən verilib.[139][140]Draizdeilin layihəsi beynəlxalq müsabiqənin qalibi olub.[141]

  • 2012-ci ildə Vordenkliffdə Tesla Elm Mərkəzi qeyri-kommersiya qrupunun prezidenti Ceyn Alcorn və karikatura veb saytı olan Oatmealin yaradıcısı Metyu İnman Vordenkliff qülləsini muzeyə çevirmək üçün Nyu York ştatındakı qrantdan 850,000 $, kampaniyadan isə 1,370,511 $ olmaqla ümumilikdə 2,220,511 $ vəsait topladılar.[142][143] Qrup 2012-ci ilin oktyabrında Afga Korporasiyasından Lonq Aylenddə mülkiyyət almaq üçün danışıqlara başlayıb.[144] Mülkiyyətin alınması 2013-ci ilin mayında başa çatdırılıb.[145]
  • Nikola Teslanın şərəfinə xatirə lövhəsi İEEE tərəfindən New Yorker Otelinin fasadına quraşdırılıb.[146]
  • Teslanın şərəfinə adlandırılmış Nikola Tesla Bölgəsi Nyu-York şəhərində Manhettendə 40-cı küçə ilə Altıncı Avenyunun kəsişməsindədir. Lövhənin yerləşməsi Nyu Yorkun Tesla Xatirə Cəmiyyətindən Lyubo Buyoviç və Nyu York rəsmiləri ilə Nyu-York Xorvatiya Klubunun səyləri sayəsində mümkün olub.[147]
  • Teslanın şərəfinə Nyu York şəhərinin 26-cı küçəsində Müqəddəs Sava Serb Pravoslav Kilsəsinin xaricində onun büstü və xatirə lövhəsi qoyulub.[148]
  • Teslanın şərəfinə zaman kapsulası və pulsuz Wi-Fi ilə təhciz olunmuş heykəl (Teslanın vəfatının 100-cü ildönümü ilə əlaqədar olaraq 7 yanvar 2043-cü ildə açılacaq) 7 dekabr 2013-cü ildə Palo-Altoda nümayiş olunub.[149]
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment