İnsanlar Olmasaydı, Dünya Necə Olardı?


Danimarkalı elm insanları, insan oğlunun olmadığı bir dünyanın necə görünəcəyinə dair bir araşdırmaya imza atdı. Dünyada vəhşi heyvanların xəritəsini çıxaran elm insanları, hazırda vəhşi həyatın demək olar ki yox olduğu Avropa, Şimali və Cənubi Amerikada hansı heyvanların yaşaya biləcəyini də müəyyənləşdirib.
 Araşdırma nəticələrinə görə, ətraf mühiti çirkləndirərək ekosistemi pozan insan olmasaydı, Dünya böyük bir təbiət qoruğunu xatırladardı. Şimali Avropada canavarlar, maral və ayıların yanaşı, fillər və kərgədanlar da yaşayardı. Araşdırmanı aparan Aarhus Universitetinin məlumatlarına görə, heyvan çeşidi bol olan Afrika, bunu misilsiz əlverişli iqlimi deyil, insanın vəhşi təbiətə minimum müdaxiləsinə borcludur. Professor Jens Christian Svenning, "Şimali Avropa, insanlar üzündən məməli müxtəlifliyinin böyük ölçüdə azaldığı yeganə bölgə deyil. Bu qlobal bir faktdır dedi.


Bu fikri, araşdırmaya qatılan Doktor Soren Forby də dəstəkləyir. Elm adamına görə, insanlar olmasaydı Şimali və Cənubi Amerika ilə Avropada, yəqin ki, hazırda Afrikada olduğundan daha çox böyük məməli yaşayardı, növləri də olduqca çox olardı.

Dünyanın ən təhlükəli yırtıcısı kimdir?


Digər bir araşdırmanın nəticələri, insanın planet üzərində yaşayan ən təhlükəli və aqressiv yırtıcı olduğunu göstərir. İnsanın hər il öldürdüyü heyvan və balıq sayı, digər bütün yırtıcıların öldürdüyündən olduqca çoxdur.

Elm adamları, bütün dəniz yırtıcılarına görə 14 qat daha çox balıq ovlayan insanın, bütün quru yırtıcılarına görə 9 qat daha çox heyvan öldürdüyünü bildirir. Beləliklə insanın şir, ayı və ya köpək balığından daha təhlükəli olduğu ortaya çıxır.

Bu arada, insanın ovunun da, digər heyvanların yemək tapmaq üsullarından çox fərqli olduğu müəyyənləşdirilib. Kanadadakı Viktoriya Universitetindən Professor Tomas E. Reimchen, yırtıcıların bala, gənc, yaralı, xəstə və ya qoca heyvanları ovladığını bildirərək, "İnsan isə ümumiyyətlə doğma dövründəki yetkin heyvanları öldürür, yəni çoxalma ehtimalını yox edir" dedi.

İnsan övladı bundan başqa, yırtıcıları da ovlayır. Ekoloji zəncirə bu müdaxiləsi, başqa heç bir heyvanın etmədiyi qədər eko tarazlığı pozur.

Yazının paylaşımı zamanı istinad vacibdir.


Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment