Dünyanın Ən Böyük Etinasızlığı

Bu gün hələ də araşdırılan Titanic hadisəsi, yeni yeni aydınlığa qovuşur.

Növbəti oxucu istəyi bölməmizin yazısı Titanik gəmisində baş vermiş etinasızlıq haqqında qısa məlumat oldu.
Dünya üzərində bir çox laqeydlik ilə baş verən kədərli hadisələr, insanları bu məsələlər üzərində tədqiqata yönəltmişdir. Bu gün hələ də araşdırılan Titanic hadisəsi, yeni yeni aydınlığa qovuşur. Əvvəla, bizləri təəcübləndirən ən böyük laqeydlik, ekipajdan qaynaqlanır.

 Titanic gəmisi, səfərinin ilk saatlarında bir çox müqavimətlə qarşılaşmış, dəmir aldıqdan 3 saat sonra qazan dairəsində yanğın çıxmışdır. Hesabatlara rəsmi olaraq keçən bu hal, nə qədər məsuliyyətsiz bir ekipajın ortada olduğunu göstərir. Halbuki Titanic, dünyanın ən sağlam gəmisi kimi təqdim edilmişdi və heç vaxt batmaz adlanırdı. Lüks istirahət gəmisi olan və Nyu-yorka yola çıxan Titanicdəki ən qəribə hadisə isə, 15 dənə müşahidə dirəyi olmasına baxmayaraq, bunların yalnız 3 dənəsi üzrə ekipajın olduğu istiqamətində iddialar irəli sürülür. Bununla yanaşı, ekipajların müşahidə dirəklərində durbin və ya dənizçi teleskopu istifadə etmələrinin zəruri olduğu, ancaq buna baxmayaraq heç birinin bunları istifadə etmədiyinin ortaya çıxması başqa bir skandaldır. Əgər ki, monitorinq dirəklərində yerləşən ekipajlar bu avadanlığı istifadə etsəydi, toqquşulan buz dağı çox daha əvvəldən hiss etmək olunardı.

Digər bir iddia isə, gəminin çox böyük bir sığorta şirkətinə sığortalandığı və bilərək batırıldığı istiqamətindədir. İngilis İstintaq Nazirliyi bu iddianı da fayllara qeyd etdi və araşdırma sırasına əlavə etdi. Görək, gələcəkdə bununla bağlı nə kimi həqiqətlər gün üzünə çıxacaq.

Yazının paylaşımı zamanı saytımıza istinad mütləqdir.

www.OxuZali.com

Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment