Tarix, çoxumuzun tanış olduğu əfsanəvi və böyük ölümlərlə doludur. Amma keçmişin qaranlıq səhifəlirndə utanc verici və bədbəxt ölümlər də baş vermişdir. Belə ölümlər ki ölənlərin bizim yanaşmamızı istəmədikləri. Bu siyahı bu şanssız adamların utanc verici sonlarının xatırlanan hissələrini birləşdirir.
Xronoloji ardıcıllıq belədir.
10
Empedocles – E.Ə 430
Ölüm Şəkli: Ölümsüz olduğunu sübut etmək üçün özünü bir vulkanın içinə atdı.
Dörd element nəzəriyyəsi ilə tanınan, Empedocles nəzəriyyələrini yazan son Yunan filosofudur. Əfsanəyə görə Empedocles, tərəfdarlarına ölümsüz olduğunu sübut etmək üçün özünü Siciliyadakı Etna Vulkanına atdı. Bu şəkildə bədəninin yox olub tanrı olaraq yenidən doğacağına inanmalarını istəyirdi. Amma təəssüf ki, səndəllərindən biri vulkanın qəzəbindən sağ qurtulmuş və inanlarından biri tərəfindən tapılmış beləliklə liderlərinin yanlışlığı ortaya çıxarılmışdır.
9
Pirr – E.Ə. 272
Ölüm Şəkli: Yaşlı bir qadın tərəfindən atılan saxsı ilə, sərsəmlədikdən sonra öldürülüb.
Pirr gəlmiş-keçmiş ən böyük fatehlərdən biri idi. Pirr, Roma ordusunu məğlub etdiyində, ordusunun hamısını itirmiş və "Bir daha belə bir qələbə istəmirəm" demişdi. Böyük itkilərin olduğu qələbələrə bu hadisədən sonra "Pirr qələbələri adlanmağa başlanmışdır. Pirr o qədər böyük adamdı ki, Spartalı Cleonymus ondan Spartanı məğlub edib özünü taxta salmasını istəmişdi. Ancaq nəticədə 300 spartalını izləyənlər də bilirlər ki Pirr, Sparta ordusuna məğlub olmuş və bir sonrakı macərasına yol alaraq Argosa gəlmişdir. Filinin üstündə şəhərin dar yollarında irəliləyən Pirr məğlub edilməsini bir yandan bir də Sparta ilə baş verən müharibədən narazı olan qoca bir qadın tərəfindən başına saxsı atılaraq sərsəmləmiş və oralardan keçməkdə olan bitli bir piyada tərəfindən bıçaqlanaraq öldürülmüşdür.
8
Eleazar Maccabeus – E.Ə. 162
Ölüm Şəkli: Öldürdüyü fil tərəfindən öldürülüb.
Eleazar Maccabeusun ölümü Əhdi-ətiqin 1-ci Maccabees kitabında bildirilmişdir. "Beth-zechariah" müharibəsi zamanı Eleazar, bir an üçün düşmən Kral 5-ci Antiochusu və filini gördüyünü güman edir. Kralı və filini öldürərək qəhrəman olmağı xəyal edən Eleazar filin altına keçir və nizəni filin mədəsinə sancır. Fil olduğu yerə çökür və oradaca Eleazara qarşı hücum edərək onu öldürür. Eleazarın ölümünə bir az da utanclıq gətirən hissə isə əslində öldürdüyü filin kralın fili belə olmamasıdır.
7
İmperator Valerian – 260
Ölüm Şəkli: Kətil kimi istifadə edildikdən sonra dərisi üzülərək.
Romalı bir əsilzadə olan Valerian daha sonra İmperator 1-ci Valerian kimi tarixdə yerini almışdır. M.S. 260-da quruculuq Edessa Müharibəsində məğlub olmuş və Fars Kralı 1-ci Shapur tərəfindən əsir alınmışdır. İmperatoru alçaltmaq üçün onu kətil kimi istifadə edən Fars Kralı ondan bezəndə dərisini üzmüş və içinə saman və gübrə doldurmuşdur. Və onu dekorativ əşya kimi böyük Fars məbədində sərgiyə çıxarmışdır.
6
Humphrey de Bohun – 1322
Humphrey do Bohun İngiltərədə güclü bir Anglo-Norman ailəsinin üzvü idi. Kralları 2-ci Eduardın həddini aşmasından məmnun qalmır və bunları dilə gətirməkdən də çəkinmirdi. Əsgərlərinə "Boroughbridge Müharibəsində" rəhbərlik edərkən elə də xoş olmayan bir aqibətlə üzləşdi. Tarix kitablarında belə bildirilir:
"Adamlarını körpünün üzərində döyüşməyə vadar edən Humphrey bu zaman ox atəşinə düşür və dayanmaq məcburiyyətində qalır. Bu zaman körpünün altında gizlənmiş bir əsgər, nizəni körpünün lövhələrinin arasından yuxarı doğru itələyir və Humphreyi arxasından şişləyir, Dəmir nizəni çevirərək bağırsaqlarına qədər itələyir"
İşin maraqlı tərəfi isə bu tərz ölümlərin orta əsrlərdə çox tez-tez rast gəlinən bir vəziyyət olması idi. Zamanına görə çox da təəccüblü bir ölüm deyilmiş demək ki.
5
Kral 2. Edward – 1327
Ölüm Şəkli: İsti bir ocaq süngüsü ilə arxasından şişlənərək.
2-ci Eduard 20 il ərzində (1307-1327) İngiltərənin kralı idi. Edvardın bir çox yaxın və çox özəl kişi yoldaşı olması İngilis zadəgan ailələrinin sərt reaksiyasına səbəb olmuşdur. Taxtdan endirildikdən və həbs edildikdən sonra xanımı Isabella Kralın edamının sirlərini açıqlayıb. Yazılanlara görə:
"11 Oktyabr gecəsində yataqda uzanan kral qəfil yaxalandı, böyük bir döşək altında saxlanılıb, bu sayədə nəfəs almırdı. Bu zaman ifrat qızdırılmış dəmir bir zərbə, kralın xüsusi bölgələrindən içəri soxuldu və bağırsaqlarına qədər içəri soxularaq yandırılıb"
4
Humayun – 1556
Ölüm Şəkli: Öz cübbəsinə ilişib pilləkənlərdən yıxılaraq.
Babur İmperatoru Humayun Əfqanıstan, Pakistan və Hindistanın şimal ərazilərini 1530-1540 və daha sonra yenə 1555-1556 illərində hökmdarlığı altında saxlayırdı. Çox böyük bir astronomiya aşiqi olan Humayun arxasında böyük bir irs qoyub. Bununla yanaşı çox dindar biri olan Humayunun "süqutuna də bu (həqiqi mənada) səbəb oldu. Kitabxanadan aldığı kitabları daşıyarkən azanı eşidən Humayun hər zaman etdiyi kimi tək dizinin üstünə çökmək istədi. Dizini bükdüyü vaxt isə ayağı uzun cübbəyə ilişdi. Bu zaman pilləkənlərin başında olan Humayun buradan yuvarlanmış və gicgahını pilləkənə vurub can vermişdir.
3
Arthur Aston – 1649
Ölüm Şəkli: Taxta ayağı ilə ölümünə döyülərək. Artur Aston həyatı boyu hərbi xidmət keçmiş peşəkar bir əsgər idi. Həyatı boyu bir çox müharibə görmüşdü. Sentyabrın 1644-də atdan düşmüş və sonradan ölümünə səbəb olacaq taxta ayağa məhkum olmuşdu. 1649-cu ildə Oliver Cromell-in əsgərləri Astonun şəhərinə hücum etmiş və hər kəsin edam edilməsini istəmişdi. Aston təslim olmaq istəmiş, amma onu yaxalayan əsgərlər ayağında qızıl gizlətdiyini düşünmüşdülər. Sökdükləri taxta ayağı sındırıb açmaq üçün Astona vurmağa başlayan əsgərlər Astonun protez ayağının sadəcə bir taxtadan ibarət olduğundan xəbərsiz idilər.
2
Julien Offray de La Mettrie – 1751
Ölüm Şəkli: Çox yemək yeyərək.
Rahibə müxtəlif əhvalatlar danışardı. Offray de La Mettrie bir Fransız həkim, filosof idi. Ona görə cismani həzzlər (yemek,sex və oyun kimi) həyatın tək səbəbi idi və o da həyatını bu şəkildə yaşamağı seçdi. Julien ateist idi və onun inancına görə dünyadakı həyat yaşamağa dəyməzdi və bu səbəbdən özünü mükafatlandıraraq həyatına son verdi. Bir az ironik amma həyata qaytardığı xəstələrindən birinin, onun şərəfinə verdiyi ziyafətdə çox göbələk əzməsi yediyi üçün əzablar içərisində öldü.
1
Bando Mitsugoro – VIII 1975
Ölüm Şəkli: Aslılığı olduğunu iddia etdiyi zəhərli balığı yeyərək.
Bando Mitsugoro, Yaponiyanın aparıcı Kabuki (bir rəqs növü) ifaçısı idi və ona milli dəyər gözü ilə baxılırdı. 16 Yanvarda milli dəyər, axşam yeməyinə getməyə və aslılığı olduğunu iddia etdiyi balığın qaraciyərini (hansıki, çox zəhərlidir) yeməyə qərar verdi. Xidmət edən aşpaz onun kimi möhtərəm bir centlmenə ölümcül qaraciyəri verməkdən imtina edə bilmdəyini demiş olsada Mitsugoro yeməkdən 7 saat sonra öldü.
Yazı Listemiste.com saytından götürülmüşdür.
www.OxuZali.com
0 yorum:
Post a Comment