GÖZƏL VƏ SAĞLIQLI ƏLLƏR | Aysel Ağayeva

GÖZƏL VE SAGLIQLI ƏLLƏRİN SİRLƏRİ

Əllərimiz  önəmli bədən üzvlərimizdən biridir. Lakin yaşadığımız həyat boyunca ən çox  baxımsızlığa, isti, soyuq temperatur, təzyiqlərə  məruz qalaraq ləkə və qırışların qurbanı olurlar. Məhz buna görə Qədim Yunanıstanda, Misirdə qadınların yaşını onların   əllərindəki  görünüşə görə verirlərmiş .
Bunun üçün əllərimizi qorumaq ve vaxtında yaşlanmanın qarşısını almaq məqsədilə gündəlik olaraq  bir neçə diqqət etməmiz lazımlı olan, bir o qədər də asanlıqla başa gələcək məqamları bilmək vacibdir. Bununla həm sağlamlıq baxımından, həm də estetik baxımdan gözəl, baxımlı, cavan dəriyə və əllərə sahib ola bilərsiniz.

✔SOYUQDAN QORUYUN!

Əl dərisi çox zərif anatomik xüsusiyyətə malikdir. Bu səbəbdən ətraf mühitin zərərli təsirlərinə daha tez məruz qalırlar.Bunun üçün əlləri soyuq suyla təmasdan qorumaq və soyuq havada yun əlcəklərdən istifadə etmək lazımdır.

✔ÇİRKLƏNMƏYƏ MƏRUZ QOYMAYIN!

Piy vəzlərinin ifrazi nəticəsində dəri üzərində yağlı təbəqə formalaşır. Hansıki ,bunun sayəsində dəri  yağlı, nəmli, yumşaq olur. Həmçinin bu yağ təbəqə dəridə turş mühit yaradaraq, mikroblara və digər bakteriyalara qarşı müqavimət göstərir. Əl dərisindəki piy vəzləri üz nahiyyəsindəki kimi hədsiz yağlanmaya səbəb olmur. Odur ki, tez-tez əllərin yuyulması bu müdafiə təbəqəsindən məhrum olunur.

✔GÜNƏŞDƏN QORUYUN!

Bildiyimiz kimi, günəşin zərərli şüaları dəri xərçəngi ilə yanaşı həmçinin qadınların baş bəlası olan qırışların yaranmasına səbəb olur. Odur ki, ilin bütün fəsillərində əllərinizə günəş  şüalarından qoruyucu kremlərdən istifadə edin.

✔KÖPÜKLƏNƏN SABUNLARDAN İSTİFADƏ ETMƏYİN!

Əl ya da üzünüzdə sabun istifadə edərkən, mühiti pH'i 5,5 olan sabunlardan istifadə edin. Köpüklənməyən sabunların tərkibində dərini aşındıran non-ion maddələr yoxdur.

✔DIRNAQ ƏTLƏRINI  TƏMİZLƏMƏYİN!

Əl qulluğunda, əsasən xanımların ən çox istifadə etdikləri dirnaqların manikürüdür. Manikür zamani çox böyük  yanlışa yol verilir. Belə ki, dırnaqla ətin arasında bir dəri parçası olur və bu  təbəqə manikür zamanı kəsilir. Əslində bu təbəqə qoruyucu funksiyaya malikdir, mikrobların, təmizləyici kimyəvi maddələrlə istifadə zamani onların dırnaq yatağına girməsinin qarşısını alır.

✔ DIRNAQ BOYALARINI DIRNAĞINIZDA  ÇOX SAXLAMAYIN!

Dırnaq qandan oksigeni alaraq qidalanr, məhz buna görə  xaricdən də hava ilə təması vacibdir. Vacib olmadığı müddətcə istifadəsini məhdudlaşdırın.

✔DIRNAQLARINIZA QARŞI HƏSSAS YANAŞIN!

Əsasını keratin maddəsi təşkil edən dırnaqlar, dəmir, sink, biotin, A, E vitaminləri ilə qidalanmadıqda bir çox dəyişikliklərlə, dırnaqların soyulması, qırılması, gec uzanması və s. bu kimi mənfi hallarla  özünü biruzə verir. Odur ki, qida balanslaşdırılmasına düzgün əməl edin.

✔ƏL KREMLƏRİNDƏN İSTİFADƏ EDİN!

Əllərdə quruluq olduğu zaman əl kreminden istifadə etdikdə bəzən kifayətsiz olur. Səbəb isə kremin tərkibindəki  mayenin aktiv maddələrin dəridən sorulmasını əngəlləməşidir. Kremi əllərinizə vurduqdan sonra  əlcək geyinmək və 15-20 dəqiqə saxlamaq məsləhətdir. Bu proseduru həftədə 2-3 dəfə edə bilərsiniz.


Aysel Ağayeva | www.OxuZali.com

Yazının paylaşımı zamanı istinad vacibdir.
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment