SARIKÖKÜN FAYDALARI | Aysel Ağayeva

Sarıkökün faydaları | Aysel Ağayeva

Sarıkök bitkisi haqqında bu günə qədər 2334 elmi araşdırmalar aparılmışdır. Və alınan nəticələr elm dünyasının diqqətini bu bitkinin möcüzəvi olmasına yönəldir. Nəticələrin ən üstünü isə bu bitkini 'xərçəng döyüşçüsü ' adlandırmağa əsas verir. Sadəcə xərçəngmi? Oynaq xəstəlikləri, revmatizma şikayətlərinin azaldılmasi, yüksək xolesterinli xəstələrdə
alınmış  müsbət nəticələr, immun sistemə  təsiri və ən əsası isə Parkinson xəstələrinə  ümid verə
biləcək faydaları təsdiqini tapmışdır.
Milli mətbəximizin və əvəzedilməz ədviyyatı kimi əksər yeməklərdə öz ləzzəti  ilə yanaşı sarı rənglərin alınmasında  sənayedə  də  rəngləndirici kimi istifadə edilir. Sarıkökə sarı rəng verən maddənin adi 'kurkumin' və ya 'kurkuminoit'dir.
Sarikökün müalicəvi xüsusiyyətindən ilk olaraq Hindistan, Çin ve Şərq  təbabətində  istifadə edilmişdir. Belə ki,Hind müalicə üsulu olan 'Ayurveda'da  müxtəlif tənəffüs sistemi xəstəliklərində (bronxial astma, allergiya, öskürək, sinuzit), həzm sistemi xəstəlikləri (köp,qaz əleyhinə,yaglarin həzm olunmasinda, xora, iştahasızlıq və.s), qaraciyər, revmatizma, dəri xəstəliklərinin   (diyabetik 
yaralar, yara sagaldıcı, akne, ekzema ) müalicəsində oz effektini gostərmiş ve bilinən xalq təbabətinin 'ana bitkisi' adlandırılmışdır.
Sarıkökün bu müalicəvi xüsusiyyəti 1951-ci ildə tərkibindəki 'kurkumin'lərin oldugundan sonra aşkarlandı.Məlum oldu ki, 'kurkumin'lər, antioksidant kimi müxtəlif xərçəng hüceyrələrinə qarşı tibbdə  'E' vitaminindən 10 dəfə artıq güclü oldugu isbat edilmişdir.
*Aparılan klinik araşdırmalardan biri diqqətimi daha çox çəkdi. Belə  ki, yoğun bağırsaq polipləri olan könüllü xəstələr üzərinde  6 aylıq  tədqiqat zamanı, həmin xəstələrə gündə 3 dəfə 480 mg kurkumin kapsul şəklində verildi. Nəticədə isə poliplərin sayında 60 %, ölçülərində isə 51 % azalma müşahidə edildi. Və məhz bu təcrübədən sonra Celecoxib (COX-2 nin inhibitoru) dərman preparatları farmokologiyada geniş istifadə edilməsinə baxmayaraq alınan nəticə 31% oldu.
*Parkinson xəstələrinə də sarıkökün faydalı oldugu bilindi. Bu xəstəliyin əsas səbəbi isə beyində dofamin çatmamazlığı nəticəsində sinir ucları ilə əlaqənin pozulmasından  bədəndə titrəmə, yavaş hərəkət etmə kimi ilkin əlamətlərlə özünü göstərir. Bu xəstəliyə daha çox kişilərdə rast gəlinir. Daha maraqlı bir fakt isə statistikaya  görə bu xəstəlik Asiya xalqlarında digər xalqlara nisbətən azdır. Səbəb isə Asiyalıların sarıkökdən gündəlik qidalanmada mütləq istifadə etmələridir. Bir çox alimlərin fikrincə 'kurkumin'lər beyin toxumasına daha tez nüfuz edir.

Yazının paylaşımı zamanı istinad vacibdir.

Aysel Ağayeva | www.OxuZali.com


Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment