Qızıl Nisbət Nədir?


Qızıl Nisbət Nədir?

Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir. (Talaq surəsi-3)

Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi 3-4)


Riyaziyyatda və fiziki kainatda əzəldən bəri var olmasına baxmayaraq, insanlar tərəfindən nə vaxt kəşf edildiyinə və istifadə edilməyə başlandığına dair qəti bir məlumat mövcud deyil.

Fizikada də Qızıl Nisbət.

 Fibonacci düzlüşləri və qızıl nisbət ilə fizika elminin sahəsinə girən mövzularda da qarşılaşırıq:

"Bir-biri ilə təmas halında olan iki şüşə təbəqəsinin üzərinə bir işıq tutulduqda, işığın bir hissəsi digər tərəfə keçir, bir qismi udulur, qalanı da əks olunur. Meydana gələn, bir, "çoxlu əks olunma" hadisəsidir. Şüanın təkrar ortaya çıxmadan əvvəl şüşənin içində tutduğu yolların sayı, şüanın məruz qaldığı əks olunmaların sayına bağlıdır. Nəticədə, təkrar ortaya çıxan şüa saylarını müəyyənləşdirəndə bunların Fibonacci saylarına uyğun olduğunu anlayırıq ".

 Təbiətdə bir-birilə əlaqəsiz canlı və ya cansız bir çox quruluşunun müəyyən riyazi formuluna görə formalaşmış olması onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Qızıl nisbət, sənətkarların çox yaxşı bildikləri və etdikləri bir estetik qanunudur. Bu nisbətə asılı olaraq istehsal olunan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətkarların təqlid etdikləri bu qanunla nizamlanan bitkilər, qalaktikalar, mikroorqanizmlər, kristallar və canlılar Allahın üstün sənətinin bir örnəkləridirlər. Allah Quranda hər şeyi bir ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:

Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. ) (Rad surəsi-8)


 Qədim Misirlilər və Yunanlar tərəfindən kəşf edildiyi və istifadə edildiyi fərz edlir. Əsas olaraq bölünən bir bütünün yan-yana gətirilən iki hissəsinin digər böyük hissə təşkil etməsi prinsipinə əsaslanır və qızıl nisbətin ədədi qiyməti 1,618033988749894 olur. Bu say memarlıq abidələrdə, heykəllərdə və digər bədii sahələrdə istifadə edilmişdir.

 Tarixdə İtalyan riyaziyyatçı Fibonacci də qızıl nisbətə uyğun olaraq düzülən saylar icmanısını kəşf etmişdir. Fibonacci düzülüşündə arxa-arxaya gələn hər sayının cəmi bir sonrakı saya bərabərdir. Məsələn; 3, 5, 8, 13, 21 kimi. Sıradakı sayı bir-birindən əvvəlki saya böləndə bir-birinə çox yaxın rəqəmlər əldə edərsiniz.
Hətta 13-cü saydan sonra bu say sabitləşir məhz bu sayı qızıl nisbət sayıdır.

 Leonardo da Vinçi də bu saydan bir çox sahədə istifadə etmişdir. Gündəlikləri arasında, aldığı notların yanında yerləşən rəsm iç içə keçmiş qolları və ayaqları açıq və qapalı olmaqla çılpaq bir adamı təsvir edirdi. Rəsmdəki bədən müxtəlif riyazi dəyərlərlə, həndəsi şəkillərlə tənqid edilə bildiyinə görə Leonardo da Vinci "İnsanın Nisbətləri" adını verdiyi bu rəsm insanı və təbiəti, aralarındakı uyğunluğu kəşf etməyə çalışan bir əsər kimi xarakterizə olunur. Qızıl nisbət və ya ilahi nisbət adını istifadə edən ilk şəxs də Leonardonun özüdür.

 Bu nisbət təbiətdə, canlılarda və quruluşlarda mükəmməl şəkildə mövcuddur. İilbiz kimi canlıların, özəklərində, insan orqanizmindəki üzvlər və orqanlarda, DNT-də, kosmosda və daha bir çox fərqli sahədə qızıl nisbətə rast gəlmək mümkündür. Məsələn; İnsan əlindəki ilk 2 barmaq düyününün ümumi uzunluğu 3-cü düyünün uzunluğuna bərabərdir və ya iki ayağın ümumi ölçüsü insanda yerdən diz bölgəsinə qədər olan hissənin ölçüsü eynidir. Başın üst hissəsindən boyunun axırına qədər olan ölçü iki dəfə alt alta düzəndə ortaya çıxan ölçü tam olaraq insanın bədənindəki mərkəz olan qarın hissəsinə uyğun gəlir. Üzdə dodaq axırları ilə, göz bəbəkləri eyni xətdə olduğu təqdirdə qızıl nisbəti yaradarkən bu xəttin tam ortası burunun ucuna uyğun gəlir.
 Ağciyərdə isə asimmetrik şəkildə inkişaf edən qısa bronxların cəmi uzun bronxlara bərabərdir. İlbiz yer qabığındakı və kosmos boşluğunda spiral şəkli də içdən xaricə doğru olmaq şərtilə bu nisbətin meyarlarına uyğun gəlir.

 Canlılarda və quruluşlarda mövcud olduğu kəşf edilməyən bu say öz növbəsində ilk olaraq Misirdə xüsusilə Keops Piramidanın tikilişində istifadə edilmişdir.
 Daha sonra Antik Yunan Dövründə heykəllərin həqiqətə daha uyğun olması məqsədilə bu müqayisədən istifadə edilmişdir.

Yazının Paylaşımı zamanı istinad vacibdir.
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment