Albert Eynşteyn və Ölüm Günü

Məşhur Fizikin ölüm günü çəkilən fotoları:

Bəzi fotoşəkillər, göründüklərindən daha çox şey göstərir.
Şəkildə göründyü kimi dağınıq bir masa, arxa planda quru taxtaya yazılmış bir neçə formul, dağınıq rəflər. Eynşteynin (etibarlı mənbələrdən təsdiqlənməmiş olsa da) belə dediyi iddia edilir:

"Dağınıq bir masa, dağınıq bir zehin anlamına gəlirsə, boş bir masa nə mənaya gəlir ?"

Həqiqətən bu sözü söylədisə, deməli bu sözün məntiqi ilə razıdır. Çünki fotoşəkildə gördüğüz, Albert Eynşteynin Prinston Universitetindəki iş masasıdır.


 Ancaq dediyimiz kimi, fotolar bəzən olduğundan çox şey izah edir. Çünki bu fotoşəkil, elə adi bir gündə çəkilmədi. Bu fotoşəkil, 18 Aprel 1955-ci ildə Eynşteynin ölüm günü çəkildi. Eynşteynin öldüyü gün, ölümündən yalnız bir neçə saat sonra, LIFE jurnalının fotoqrafı Ralf Morze tərəfindən çəkildi. Morze, tam 55 il sonra, o gündən yadında qalanları belə danışır:

"Fotokameramı götürüb, Nyu-cersi şimalında yerləşən evimdən 150 kilometr uzaqdakı Prinstona doğru yola çıxdım. Eynşteyn Prinston xəstəxanasında ölmüşdü, ona görə də birbaşa ora üz tutdum. Ancaq tam bir xaos vardı: O zamanlar çoxda böyük olmayan xəstəxana Jurnalistlər, fotoqraflar, nələr olduğunu həvəskar edərək yığılan insanlar ilə dolmuşdu. Özümə "Unut bunu" dedim. Dərhal Eynşteynin çalışma otağının yerləşdiyi binaya üz tutdum".

Və Eynşteynin otağını, ölümdən əvvəl son olaraq qoyduğu kimi göstərən bu şəkli çəkdim.


O gün çəkilən bəzi fotoşəkillər:

Ən sol küncdə məlum olmayan bir qadın onun qarşısında Eynşteynin oğlu Hans Albert, onun qarşısında yenə məlum olmayan digər bir qadın, onun bir az yanında olan qadın Eynşteynin uzun illərdir katibəliyini edən Elen Dukas, onun yanında qismən görünən, Eynşteynin yaxın dostu Dr. Gustav Bucky


Eynşteynin meyitin yarılmasını həyata keçirən Doktor Tomas Harvey. Harvey, Eynşteynin beynini çıxarıb, diqqətlə parçalara ayırdı və tədqiqat məqsədli olaraq illərlə saxlayıb. Fotoqrafının dediyinə görə fotoda Doktor Harvey kəsdiyi orqan Eynşteynin beynidir.


mənbə: Burada
Yazıların paylaşımı zamanı istinad vacibdir.
www.OxuZali.com
Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment