Amerikan dolları haqqında maraqlı faktlar

Adın mənşəyi
Amerika Birləşmiş Ştatlarında dolları “greenback”(yaşıl arxa) adlandırlar. Bu ad keçmişdə istifadə olunan faizsiz istiqrazlardan gəlir. Onların arxa tərəfi yaşıl rəngdə idi. Bu istiqrazlar 1861ci ildə ABŞda vətəndaş müharibəsi zamanı dövriyyədə idi.
Dəyişilməz dəyər
1861ci ildən başlayaraq ABŞda dövriyyədə olan heç bir nominalın dəyəri dövlət tərəfindən dəyişilməyib. Dollar ABŞda həmişə stabil dəyərli valyuta olaraq qalıb.
Rəngə qayıdış
Rəngli son dollar əskinası 1905ci ildə çap olunan 20 dollarlıq əskinas olub. Onun qızılı fonu var idi.
Qadın siması
Marta Washington- dollar üzərində şəkli olan yeganə xanımdı. Bu 1886,1891 və 1896cı illərdə çap olunmuş gümüş rəngli dəyəri 1 dollarlıq olan sertifikatlar idi.
Ən dəyərli əskinas
Bugünə kimi çap olunan ən böyük əskinas dəyəri 100min dollar olan sertifikat olub. Bu əskinaslar ümumi dövriyyəyə buraxılmayıb və yalnız federal banklar və Dövlət Xəzinəsinin pul əməliyyatlarında istifadə olunurdu.
In God We Trust
Tərcüməsi “Biz Allaha inanırıq” olan “In God We Trust” ifadəsi Amerika qəpiklərinin üzərində ilk dəfə 1864cü ildə peydə oldu. Təxminən, 100 il sonra Konqress bu ifadəni milli deviz kimi qəbul etdi. Bugünkü qanuna görə “Biz Allaha inanırıq”  devizi hər bir istər əskinas,istər qəpiyin üzərində olmalıdı. Sonuncu dəfə 1977ci ildə məhkəmə bununla bağlı qərar çıxarıb.
Daimilik
1929cu ildən bəri ABŞ əskinaslarının üzərində eyni dövlət xadimlərinin portretləri çap olunur.
Pul kəməri
Hər il 8 milyona yaxın ABŞ dolları əskinası çap olunur. Onlar Yer kürəsini ekvator boyunca 30 dəfə dövrə edə bilərlər.
Material
ABŞ dollarının hazırlandığı parça 25% kətandan, 75 % isə pambıqdan hazırlanır. Onun rəngi neytraldı.
1 mil üçün milyonlar
1 mil hündürlükdə sütun qurmaq üçün 14 milyona yaxın əskinas tələb olunacaq.
Ən çox işlədilən əskinaslar
ABŞda ən çox işlədilən əskinaslar 1 və 20 dollarlıq əskinaslardı. Digər ölkələrdə isı 100 dollarlıq.
Share on Google Plus

About Kamil

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment