Bu siyahı
"haqq verilmir, alınır" sözünün bəlkə də yaşamış ən böyük
simalarından biri olan Xilaskar (Libertador) Simon
Bolivar haqqında
olacaq. Bu yazımda Simon Bolivar kimdir
sualına cavab tapmağa çalışacam.
Aristokrat və zəngin bir ailədə dünyaya
gəlməsinə baxmayaraq, əziləndən, bərabərlikdən və azadlıqdan yana mövqe tutan, bu
davranışından dolayı da "qarətçi", "əzazil" kimi günahlandırılan, üstəlik
bir də kilsə tərəfindən qəbul edilməyən biri olmuşdur.
Sizlərə, İspanları qovacağımız və azad bir idarə quracağımız mövqeyə nəyin çatdıra biləcəyini söyləyəcəm: Bu qətiyyən birlikdir. Bu emosional təsirlər və yaxşı liderlik edilmiş səylərdən gələcəkdir. Güclü olduğumuzda, bizi qoruyacaq liberal bir millətin himayəsində, əzəmətə çatdıracaq fəzilətləri və qabiliyyətləri inkişaf etdirmək mümkün olacaq; Sonra, Cənubi Amerikanın yönəldiləcəyi daha böyük uğurlara doğru möhtəşəm yürüşü davam etdirəcəyik.
Bolivar 232 yaşında
Bolivarın əsl adı Simón José Antonio de la
Santísima Trinidad Bolívar Palacios Ponte y Blancodur. Biz qısa formada Bolivar
deməyə davam edək. 24 İyul 1783-də (yəni 232 il öncə) aristokrat bir ailənin
uşağı olaraq Venesuelada anadan olub.
Mədənlərdən gələn sərvətdən inqilablara.
Kiçik yaşda ailəsini itirən Bolivar,
ailəsindən qalan mirasla təhsilinə davam etdirərək Madriddə hüquq təhsili
almışdır. (Ailəsinin sərvəti qızıl və mis mədənlərindən gəlirdi. Bolivar daha
sonra bu sərvəti inqilabları maliyyəyə etmək üçün istifadə etmişdir.)
Simon Rodriguez təsiri.
Simon Rodriguez kimdir desəniz, Bolivarın
xüsusi müəllimlərin əlində keçən təhsil həyatının ən mühüm obrazıdır.
Rodriguezin bərabərhüquqlu fikirləri və təhsil üsulu Bolivar üzərində çox
təsirli olmuşdu.
Mariya Teresa və qısa müddətli ilk evlilik.
Bir müddət Avropada gəzdikdən sonra Mariya
Teresa ilə evlənir və Venesuelaya qayıdır. Lakin həyat
yoldaşı 1802-də sarı titrətmə xəstəliyi səbəbindən vəfat edir və Bolivar
Avropaya yenidən qayıdır.
Humboldt təsiri, Napoleon heyranlığı.
Bolivar bu prosesdə Locke, Hobbes, d'Alembert,
Buffon kimi mütəfəkkirlərdən təsirlənir. Bir tərəfdən də İmperator Napoleona
içdən içə heyranlıq bəsləyirdi. Bolivarın müstəmləkə əleyhinə fikirlərinin yetişməsində
Alman alim Humboldtun böyük təsiri olur. Bolivar 1806-da Venesuelaya geri qayıdır.
And Dağlarının arxasında Boyaca Qələbəsi
İspan qüvvələri, İngiltərə və İrlandiyanın da
dəstəyi ilə Venesuelaya hücum edir. Bolivar, And Dağlarını aşaraq 7 Avqust
1819-da Boyacada İspan qüvvələrini darmadağın edir.
Carabobo Müharibəsi
24 İyun 1821-də Bolivarın rəhbərlik etdiyi
azadlıq ordusu ilə Miguel de la Torrenin rəhbərlik etdiyi müstəmləkə ordusu
arasında aparılıb, bu müharibə. Britaniya adalarından 600-dən çox könüllü də bu
müharibədə Bolivarın yanında müharibə apardı. Təchizat baxımından zəif
olmalarına baxmayaraq ən strateji yüksəklikləri canları bahasına müdafiə
etdilər və müharibənin azadlıq ordusunun xeyrinə nəticələnməsini təmin etdilər.
Müstəqilliyə doğru: Maracaibo Gölü Müharibəsi
Bu müharibə José Padilla Prudencio
rəhbərliyinəki azadlıq ordusu ilə Ángel Labordenin rəhbərlik etdiyi müstəmləkə
ordusu arasında Venesuelanın Maracaibo Gölündə 24 İyul 1823-də baş verir.
Carabobo Müharibəsi ilə birlikdə bu müharibə, Venesuelanın azadlığı üçün bir
dönüş nöqtəsi deməkdir. İspaniya bu məğlubiyyətlərdən sonra Venesuelaya yeni
bir ordu göndərmədi və biraz kec də olsa Venesuelanın müstəqilliyini qəbul
etmək məcburiyyətində qaldı.
Junin Müharibəsi
Bu müharibə, 6 Avqust 1824-də Simon Bolivar və
José də Sucrenin (Bolivarın yaxın dostu və sağ əli) rəhbərlik etdiyi azadlıq
ordusu José də Canteracın rəhbərlik etdiyi müstəmləkə ordusu arasında baş
verir. Azadlıq ordusunun zəfəri ilə nəticələnən bu müharibədə Bolivarın ordusu
150, Canteracın ordusu 250 itki verir. Ordunun idarə olunması ilə və verdiyi
əmrlərlə müharibənin qəhrəmanı Otto Philipp Braun (Felipe Braun) olmuşdur.
Gran Colombia İspanlardan azad edilir: Ayacucho Müharibəsi
9 Dekabr 1824-də José də Sucre komandanlığı
altındakı Peru-Kolumbiya ordusunun, İspan vali La Sernayı qəti məğlubiyyətə
uğradaraq Cənubi Amerikadakı İspan hökmranlığına son zərbə endirdiyi
müharibədir. Bütün bu müharibələrdən sonra o coğrafiyada yerləşən Kolumbiya,
Venesuela, Ekvador, Peru və Boliviya (bax. Böyük Kolombiya/Gran Kolumbiya)
İspan müstəmləkəçilərdən azad edilmişdir. Həmçinin Peru ordusu da bu qələbə hər
ildönümündə qey etməkdədir.
Əsl məqsəd: Cənubi Amerika Birliyidir
Bolivar hər zaman böyük bir ittifaq yaratmağı
hədəf seçmişdi və bu düşüncəsini 1826-da Panamada keçirilən konfransda dilə
gətirmişdi. Beləliklə, ümumi bir ordu qurmağa, federasiyasının ayrı-ayrı
dövlətləri təmsil edən bir məclis təşkil etməyi, dövlətlər arasında çıxa
biləcək mümkün problemləri hakim nümayəndə heyəti həll etməyi və ortaq bir
qərar mexanizmi formalaşdırmağı qarşısına məqsəd qoyurdu. Amma bu fikri
istədiyi nəticə vermədi, konfransa qatılanlar bu fikrə müsbət yanaşmadı.
İştirak edən nümayəndələrin müstəqillik istəkləri daha ön planda gəlirdi.
Və Paez ayağa qalxır.
Bolivarın "böyük birlik" ideallarını
mənimsəməyən və bütün müharibələrdə Bolivarla birlikdə savaşmış olan Jose Antonio
Paez Venesuelada ayağa qalxdı. Buna görə də, Bolivarın yoxluğunda ən
səlahiyyətli şəxs olan Santanderlə Paezin arası gərginləşdi və vətəndaş savaşı
başladı.
Ocana Konqresi və sui-qəsd cəhdi.
1828 Aprelində toplanan bu qurultayda seçilən
nümayəndələrin əksəriyyəti Santanderin başçılıq etdiyi liberallar idi. Bolivar
konqresdə yeni və daha mühafizəkar bir konstitusiya hazırlığı gözləyərkən
liberallar bu məqsəd istiqamətindəki bütün cəhdləri əngəllədi. Bolivar
liberalların bu maneə törədici cəhdlərinə öz prezidentlik səlahiyyətlərini
artıraraq cavab verdi. 25 Sentyabr 1828-də gecə prezident sarayına girən bir
qrup liberal Bolivarı öldürmək istədi. Xilas olan Bolivar bu sui-qəsd cəhdindən
Santanderi məsul tutaraq onu ölkədən sürgün etdi.
İspanlara qarşı ilk mübarizə.

Cartagena Manifesti və "Libertador"
Bolivar, Cartagenada 15 Dekabr 1812 tarixində
Cartegana Bəyanatını yayır. Sonra kiçik ordusu ilə apardığı altı döyüşü qazanır
və 6 Avqust 1813-də "Libertador" olaraq Caracası ələ keçirir və
Venesuela İkinci Respublikasını elan edir.
Fikir ayrılıqlarından daxili müharibəyə gedən yol.
1829-da Peru, Ekvadora hücum edir. Bunun üzərinə
Bolivar, dostu və silahdaşı Sucrenin köməyinə getdi. Sucre, Peru ordusunu
Tarquida məğlub edir. Qısa bir müddət sonra da Bolivarın generallarından Jose
Mariya Cordova ayağa qalxır, daha sonra bu üsyan da yatırır. Bolivar yaratdığı
birlikdə baş verən üsyanlarla boğuşarkən, beynəlxalq sahədə də ona qarşı
müxalifət artırdı. Fransa, İngiltərə və ABŞ Bolivardan gələn yardım istəklərini
rədd etdi. Liberallar, Bolivarın əlində topladığı şəxslərlə bir diktatura
yaradacağı görüşündə idilər. 1829 sonunda da Venesuela, Kolumbiya
Respublikasından ayrıldığını elan etdi.
Təzyiqlərə dözə biləməyən Bolivar.
1830 Mayında Bolivar Avropaya miqrasiya etmək
üçün Bogotayı tərk etdi. Avropa yolunda ən böyük köməkçisi və ən yaxın dostu
Sucrenin bir sui-qəsdə uğradığını və öldürüldüyünü öyrəndi.
Dönüş yolunda.
Sonra Bogotada hərbi üsyanı olur və hakimiyyəti
ələ keçirən qrup Bolivara ölkəyə qayıtması təklifini edir. Avropaya getməkdən
imtina edib yurduna qayıtmağa qərar verən Bolivar, Bogotaya qayıdış yolu üzərində
Sanda Martada bir İspanın evində 17 Dekabr 1830-da vərəmdən ölür və təəssüf ki,
Cənubi Amerikanın birlik olduğunu görə bilmir.
Öldümü dedik?!
Səhv yazmışıq. Yox ölmədi, belə bir inqilabçı
istəsə də, ölməz. Adı bir çox ölkədə, abidədə, parkda, kitabda yaşayır,
yaşadılır. Hazırda iki ölkə onun adı ilə anılır onsuz da: Boliviya və Republica
Bolivariana de Venesuela (Bolivarcı Venesuela Respublikası). Boliviyanın
paytaxtı da Sucre adlanır bu arada.
www.OxuZali.com | Sənan Ağayev
0 yorum:
Post a Comment