Diqqət !!! Kül və Atəş adı altında gələn təhlükə.

İnternet üzərindən dünya klassiklərini oxuyarkən diqqətli olun. Hakerlər klassiklərdən paraqrafları zərərli məzmuna sahib olan veb saytlarını gizlətmək üçün istifadə edirlər. 

ABŞ-lı bir cd şirkətinin dərc etdiyi hesabata görə kompüterlərin təhlükəsizlik divarını yıxmaq üçün dünya klassiklərini istifadə edən hakerlərin son zamanlar üstünlük verdiyi Ceyn Austenın Sense and Sensibility / Kül və Atəş romanıdır.

Kaliforniya cd şirkəti Cisco Security son hesabatına görə, hakerlər kompyuterin təhlükəsizlik divarını sıradan çıxara biləcək yeni bir üsul inkişaf etdirmişlər və bu üsul qarşısında anti-virüs proqramlarının da hələlik çarəsiz qaldığı bildirilir. Sistemin fəaliyyət forması isə belədir: Zərərli məzmun alan veb saytlarını gizlətmək üçün dünya klassiklərindən paraqraflar istifadə edilir. Beləliklə siz ən təhlükəsiz veb brauzeri ilə sayta daxil olarkən belə veb brauzeri saytı skan etdikdən sonra veb brazuer saytın hər hansısa kitaba aid olduğu zənn edir, güvənli saytlar siyahısına alır və virus sizin kompyuterinizə düşərkən sizin bundan xəbəriniz olmur.

Cisco Security şirkətinin mühəndisləri Kül və Atəşin digər klassiklərə görə daha çox üstünlük verilməsinin səbəbini hələ də anlaşılmadığını açıqlayıb. Mühəndis Jason Brvenik, "Hər nə qədər hakerlərin kitabları təsadüfi olaraq seçdiklərini düşünsək də, hər daşın altından Kül və Atəş çıxması maraqlıdır" deyə bildirib.

Məlumatın paylaşımı zamanı saytımıza istinad vacibdir.


Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment