Dünya əhalisinin 11%-i yəni
800 milyon insan qeyri-kafi qidalanır.
Birləşmiş
Millətlər Qida və Kənd Təsərrüfatı Təşkilatına görə dünyada yaşayan hər 100 nəfərdən
11-i yəni təxminən 800 milyon insan qeyri-kafi qidalanmaqla qarşı-qarşıyadır >>.
Bu insanların 98%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Başqa sözlə,
inkişaf etməkdə olan ölkələrdə yaşayan hər 8 nəfərdən 1-i həyatını davam etdirmək
üçün minimum ərzağı almağa belə imkanı çatmır. Bu artımda ən mühüm amillərdən
biri Afrika əhalisinin artmasıdır. Hər nə qədər 1990-cı ildən etibarən Afrikada
yaşayan insanların aclıq səviyyəsi azalmış olsa da sayı 182 milyondan 233
milyona yüksəlmişdir.
Aclıq çəkən hər 5 nəfərdən 3ü qadındır.
Dünya Səhiyyə
Təşkilatına görə az inkişaf etmiş ölkələrdə gedən cinsiyyət ayrı-seçkiliyi
üzündən qız uşaqları və qadınlar kişilərə görə daha çox aclıq çəkir >>. Bəzi ölkələrdə
qadınların ancaq ailədəki hər kəs yemək yedikdən sonra qarınlarını doydurmaq
haqqı var. Ayrı-seçkilik hamilə qadınları da təsir edir. İnkişaf etməkdə olan
ölkələrdə doğulan hər 6 körpədən 1-i bu səbəbdən yetərsiz çəki ilə dünyaya gəlir.
Beş yaşın altında həyatını itirən uşaqların yarısı aclıq səbəbindən vəfat edir.
BMT-yə görə hər il təxminən 6 milyon uşaq, yəni
gündə 16 min 500 uşaq qeyri-kafi bəslənmə və ya aclıq səbəbiylə həyatını
itirir >>. Eyni hesabata əsasən, inkişaf etməkdə olan ölkələrdə yaşayan hər 4
uşaqdan 1-i kifayət qədər kiloya sahib deyil. Bu vəziyyət isə yalnız problemin
başlanğıcıdır. Qeyri-kafi qidalanma səbəbi ilə ölməyən uşaqların böyük bir
qismi də inkişaf pozğunluğu, bədən və beyin inkişaflarının əskik olması kimi əsas
problemlərlə mübarizə edir.
Dünyada hər il bütün dünya əhalisini doyduracaq qədər ərzaq istehsal olunur, ancaq bu ərzaq israf edilməkdədir.
Bəşəriyyət hər il dünya əhalisinin hamısını bəsləyəcək
qədər ərzaq istehsal edir ancaq təəssüf ki, istehsal olunan bu məhsulların üçdə
biri, yəni 1,3 milyard ton ərzaq maliyyə, texniki məhdudlaşdırmalar və ərzaq tədbirlərinin
alınmaması səbəbindən yox olur >>. Yalnız Amerika Birləşmiş Ştatlarında israf edilən
qida miqdarı 222 milyon tondur. Bu da təxminən Böyük Saxara səhrasından cənubda
yerləşən ölkələrdə stehsal edilən bütün ərzağa bərabərdir.
Böyük Saxara səhrasından cənubda yerləşən ölkələrdə yaşayan hər 4 nəfərdən 1-i aclıq çəkir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına görə
Böyük Saxara səhrasından cənubda yerləşən ölkələrdə yaşayan 220 milyon insan
qlobal iqlim dəyişikliyinin də təsiri ilə aclıq çəkir >>. Regionda olan
qarşıdurmalar və müharibələr da bölgədə yaşayan insanların sabit bir şəkildə ərzaq
təmin etmələrini əngəlləyir.
Qadınlara ev iqtisadiyyatı mövzusunda daha çox səlahiyyət verilməsi 150 milyon nəfəri aclıqdan xilas edə bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
hesabatına görə qadınların ailə iqtisadiyyatı ilə bağlı qərarlarda səlahiyyətli
olması qlobal aclıqla mübarizənin vacib bir üsuludur. Hesabata görə qadınları
bu məsələdə gücləndirmək uşaqları qorumağı və 150 milyon insanı aclıqdan xilas
etməyi təmin edəcək >>.
Vərəm, QİÇS və malyariya səbəbindən ölən insanların cəmindən daha çox insan aclıq səbəbiylə ölür.
BMT hesabatına görə, hər il dünyada aclıq səbəbilə
ölən insan sayı vərəm, QİÇS və malyariya səbəbindən ölən insanların cəmindən
daha çoxdur >>. Bəşəriyyət hər nə qədər bu xəstəliklər də mübarizə aparmaq məcburiyyətindədirsə,
aclıq da fəal şəkildə mübarizə aparmaq məcburiyyətindir. Bunun ilk yolu da bəlli,
ərzaq təhlükəsizliyini və ədalətli bölüşdürülməsini təmin etməkdir.
Bir
uşağın gündəlik ərzaq xərci sadəcə 65 qəpikdir.
BMT-nin Dünya Ərzaq Proqramının apardığı işlərə
görə dünyada aclıq çəkən bir uşağın gündəlik orta hesabla ərzaq xərci sadəcə 65
qəpikdir. Sadəcə 45 manata bir uşağın bütün bir məktəb ili ərzində qidalanmasını
təmin etmək mümkündür. Kasıb ailələr əksəriyyətlə uşaqlarını pul qazanıb ərzaq
alması üçün işləməyə göndərməklə məktəbə göndərmək arasında seçim etmək məcburiyyətində
qalırlar. Dövlətlərin məktəblərdə ərzaq yardımı etməsi, milyonlarla insanın sağlam
təhsil alması üçün də bu səbəbdən önəmli bir zərurətdir.
Dünyada aclığı bitirmək mümkündür!
Hunger Projectə görə bütün çətinliklərinə
baxmayaraq dünyada aclığı bitirmək mümkündür. 1990-cı ildən bəri ağır yoxsulluq
şəraitində yaşayanların sayı yarı yarıya azalıb, ancaq bu qədər yaxşılaşma yetərli
deyil. Əlbəttə, aclığı tamamilə bitirmək nöqtəsində bəzi çətinliklər var, ancaq
aclığın vacib bir problem olduğunu qəbul edib hərəkətə keçməklə bu problemlərin
heç biri keçilməz deyil.
Yazının paylaşımı zamanı saytımıza istinad vacibdir.
www.OxuZali.com
Yazının paylaşımı zamanı saytımıza istinad vacibdir.
www.OxuZali.com
0 yorum:
Post a Comment